Qadin.NET / Qadın.netlilərin tərcümeyi-halı 7

Qadın.netlilərin tərcümeyi-halı 7

Qadın.netlilərin tərcümeyi-halı 7

Gülərəsmər

Mən M.Jalə 1985-ci ildə Qazax şəhərində anadan olmuşam. Ailəmiz 5 nəfərdən ibarətdir. Atam, anam, qardaşım, bacım və mən. 1991- ci ildə məktəbə getmişəm. 2001-cil ildə məktəbi bitirdim, həmin il SDU-nin Tarix fakültəsinə qəbul oldum. Evimizdə iki qat bayram idi, bacım da Tibb Universitetinə daxil olmuşdu. 4 il gözəl tələbəlikdən sonra 2006-cı ildə Universiteti bitirdim. Hazırda qardaşim DIN də, bacım da öz sahəsi üzrə işəyir. 2006-cı ildə ailə həyatı qurdum, indi 2 gözəl qızımız var. Hələlik evdar qadınam inşallah qismət olsa işləyəcəm. Məndən bu qədər. Yeqişim bu xəbərdə mənə yer verdiyin üçün təşəkkür edirəm.

PrOsTa NiKa

Mən Həsənzadə Nigar 1995-ci ildə aprelin 17-də Suqayıtda anadan olmuşam. Ailədə 4 nəfərik: atam, anam, bacım və mən. Bacım ATU-da oxuyur. Mən də həmişə həkim olmaq istəmişəm, amma biologiya ve kimya fənnini sevmədiyim üçün sənədlərimi 4-cü qrupa verməmişəm. 2012-ci ildə məktəbi bitirmişəm, ADPK-nın Riyaziyyat ve informatika fakültəsinə daxil olmuşam. Məktəb vaxtlarım çox maraqlı və əyləncəli keçib. O günlərim üçün çox darıxıram, sinif yoldaşlarımla hələdə əlaqə saxlayıram. Boş vaxtlarımda skripka çalıram və Qadın. netə (yeni bura) gəlirəm. Bura ilk gəldiyimdə Pərvanə Əliyevaya yazmışam. Bəzi şeyləri mənə Pərvanə bacı öyrədib. Bura girməkdə əsas məqsədim mətbəx, gözəl xanım bölmələrini oxumaq olub. Sonra bəzi xanımlarla dost oldum, söhbət etdim. Bunlardan biridə Deniz 84 bacı olub, çox şeyi o öyrədib mənə, əsasda xəbər qoymağı. Hələ tam öyrənməmişdim xəbər qoymağı bunun üçün ilk xəbərimi redaktor Fidan yazıb. Xəbərimi yazdıqda Deniz bacıya söz vermişdim ki ,tam özüm öyrənəcəm xəbər yazmağı və sözümdə durdumda. Artıq sərbəst xəbər yaza bilirəm. Belə-belə Dəniz bacının nəzarətçisi oldum. Artıq günün əsas xəbərlərini qoyuram. Bir daha Dəniz bacıya mənə dözdüyü üçün təşəkkür edirəm. Onu xəbər işlərində çox yormuşam. Burda olduğumüçün çox şadam. Günün xəbərlərini oxuyub, şərh yazdığınız üçün təşəkkürlər.

Qadın.netlilərin tərcümeyi-halı 7

İnsanliq

Adim Ayşəndi, 10.02.86-ci ildə Hacıqabul rayonunda anadan olmuşam. 1990-ci ildən Əli Bayramlıya (indiki Şirvana) köçmüşük. Ailədə 4 nəfər idik, 1 qardaşım var adı Şahmardı məndən yaş yarım böyük 84-cü ildəndi, Ali təhsillidi, Neft Akademiyasını qurtarib, Karatajnıda dəstə rəisi işləyir. Anam evdar qadındı, atam ancaq Ali təhsilliydi Şirvanda stansiyada baş xəzinadar vəzifəsində işləyirdi. Bacı-qardaş ikimizdə evimizin yanında 16 saylı məktəbə 1-ci sinifə getmişik, 2004-cü ildə məktəbi bitirmişəm, 6 ay kompüter kursuna getmişəm, başqa heç bir yeri oxumamışam, həvəsimdə olmayıb. Azərbaycanın çox yerlərin gəzmişəm, yeyib-içib, geyinib-keçinib kef eləmişəm. Qəti yalan danışan deyiləm, danışandan da acığım gəlir. Oğlan kimi olmuşam, hər şeyi bacarıram, bir az tərsəm, bir az eqoistəm, beynimə olanı edirəm, neynəyim Allah verən xasiyyətdi. 2009-cu ildə qardaşımın toyu olub, 2010-cu il avqustun 9-u mənim şirin burun balam Nuru (rəhmətlik babamızın adıdır) olub. NURU atama oxşayır, atamın da da gəlib-gedən nəfəsiydi, mənim də. İndi ona baxanda ele bilirəm atamın canı ondadı. Gəlinimiz tarixi qurtarıb, amma YAP-da təlimatçı işləyir, çox gözəl gəlindi, elə bilirəm bacımdı, ailələri də çox gözəldi, Allah yaxşı ailələrə onun kimi gəlin qismət etsin. 2013-cü ilin iyunun 10-da gəlin köçmüşəm, 2 gün sonra a.am bibimlə, gəlini uşaqları götürdü gəldi, utandımki niyə gəlib, ayıbdı deyə. Deməmişkən kişi mənsiz evdə adım çəkilən kimi gözü dolurmuş, deyib kim mənə nə deyir desin gedəcəm o mənim balamdı. 11 gün öz evimdə qaldım, 5 dəfə gəldi, bazarlığımıda eləyib gətirdi. 20-si zəng elədiki axşam qonaq gəlin, mən də gec getdim, tez də gəldim hec 2 saat olmadı. Qonağımız çox idi, atamla söhbət etməyə vaxt olmadı, tələsik görüşüb çıxdım, amma yeznəsinin əlin tutub tapşırıb ki, Doşidən  (uaqlıqdan mənə elə deyirdi idi, dovşanın qisası) muğayət ol, 21 görmədim, 22-si tezdən durmuşam, çantalar qapının ağzında maşın gələcəkdi, saat 8-ə işləmişdi. Qardaşım yoldaşıma zəng elədi, mənə hec nə demədilər, amma nəysə narahat oldum yoldaşımı gözləmədən çıxdım. Evə çatana kimi dua etdim, amma xeyri olmadı. Evə girəndə yerinin içində atamı yatmış kimi gördüm, amma nəfəs yox idi, o an ətrafda kim var idisə hamıya nifrət edirdim, hamını öldürmək istəyirdim. 3 gün yemədim-içmədim, özümü öldürmək istədim, bir tək anama görə qaldım carəsiz. Mənə yaz deməyinizə peşman olduz, hə Yeganə xanım başınızı ağrıtdımsa bağışlayın, ürəyim doludur. Həyat dolu tərcümeyi-halımı sizinlə paylaşıb qəlbən rahatlaşdım sanki.

Aşk Mələği

Adım Mələkdir. 1991-ci il sentyabrın 10-u Qəbələdə anadan olmuşam. Ailədə 5 nəfərik: atam, anam, böyük bacım, mən, kiçik bacım. Böyük bacım ailəlidir. Kiçik bacım da mənim kimi subaydır. Ortancılam, əsl adım Leyladır, anadan olmazdan qabaq Leyla qoymaq istəyiblər qoyublar, amma bir neçə ay sonra adımı dəyişdirib Mələk qoyublar. 1997-ci ildə məktəbə getmişəm. Məktəbdə əlaçı idim. Əslində atam məni 4-cü sinifdən məktəbdən çıxarmaq istəyirdi ki, yəni "qız uşağı nədi oxumaq nədi" deyirdi, amma anam qoymadı, məktəbdən çıxmağıma icazə vermədi. 5 il sonra, yəni 9-cu sinifdə də eyni şey oldu, yenə atam istəmədi oxuyum. Bu dəfə mən özüm onunla danışdım bir təhər yola gətirdim. Nəisə bele-bele 11-i qurtardım. İstəyirdim ki, Universitetə sənədlərimi verim, tərcüməçi olum, qoymadı. Mən də getdim bibim qızının yanına salona, saç ustası sənətini öyrəndim. Bax beləcə indi saç və makyaj ustasıyam. Rəfiqələrim, sinif yoldaşlarım, dost-tanışlarım mənim keçmişimi biləndə mənə deyirdilər ki, mən sənin yerində olsaydım çoxdan həyatdan bezib , "Pessimist"olardım. Mən "Realist" insanam, bir az da "Optimist" əm. Yəni, hər şeyi realda görən insanam. Bir dənə söz vare "Pessimst tuneldəki qaranlığı, Optimist tuneldəki qatarın işığını, Realist isə qatarı görür" bax mən beləyəm.

Cute angel

Salam əvvəlcə xəbərinizdə mənə də yer verdiyiniz üçün çox sağ olun. Mənim adım Rəvanədir, 1992-ci ildə noyabırın 17-də Şəkidə anadan olmuşam. Ailədə 5 nəfərik: atam, anam, qardaşım, nənəm birdə mən. Qardaşım məndən 1 yaş böyükdür. Mən birinci sinifə 1999-cu ildə getmişəm. 2008-2009-cu ildə məkdəbdən ayrılmışam, həmin il Şəki pedaqoji kolecinə daxil olmuşam. 2012-2013-cü ildə kollecin "Fiziki tərbiyə və gənclərin çağrışa qədərki hazırlığı" fakültəsini bitirmişəm. Hal-hazırda işləmirəm, arzum sənətim üzrə işləməkdir, subayam, məndən bu qədər.

Qadın.netlilərin tərcümeyi-halı 7

♥Sweet dreams♥

Gözəl bacım ilk öncə mənə xəbərində yer verdiyinə görə çox sağ ol. Mən Cəbiyeva Zibeydə 1997-ci il mayın 4-də Bakı şəhərində anadan olmuşam. 2003-cü ildə məktəbə getmişəm. 4 il rəqslə məşğul olmuşam. Ailədə 4 nəfərik: atam, anam, qardaşım və mən. Qardaşımla bir sinifdə oxuyuruq. Bu il inşallah məktəbi bitirib, Ali məktəbə sənəd verəcəyik.

GülTən MİR

Mən Miriyeva Gültən 1988-ci ilin 30 noyabrında dünyaya gəlmişəm. Evdə 5 uşaq idik: 4 bacı 1 qardaş. Mən son beşiyem. Atam müəllim idi, mənim də oxumağa çox həvəsim var idi. Elə 1 və 2-ci sinifdən əlaçı idim. Sonra elə oldu ki, bütün arzularım puç oldu, atam dünyadan köçdü, ümidlərimdə qırıldı, oxumadım. Oxusaydımda qardaşım heç vaxt Universitetə qəbul olmağa qoymazdı. Bunu o vaxtdan bildim. 10-cu sinifi bitirib, 2005-ci ilin 2 oktyabrnda ailə qurdum (öz istəyimlə yox) 2006-cı ildən Rusiyada yaşayıram. 2007-ci ildə Ana oldum, qızım Sara dünyaya gəldi.  İndidə inşallah yazda ikinci dəfə Ana olmağa hazırlaşıram. Arzusunda olanlara qismət olsun. Amin!

Şükür Allaha heç nəyə ehtiyacım yoxdu, həqiqətən çox xoşbəxtəm, bircə sağlıq olsun bəsimdi. Yeqiş sənədə təşəkkürlər.

Qadın.netlilərin tərcümeyi-halı 7

Inci mirzezade

Salam Yeqiş bacı. Tərcümeyi-halımı yazıram. Mirzəyeva Nərgiz 1988-ci il, dekabrın 18-də Ağdam rayonunda anadan olmuşam. Atamın sevimli qızıyam. Adımı atam verib "Nərgiz çiçəyi". Atamla ata balalıqdan başqa, həm də dostuq. Məndən böyük qardaşım və məndən balaca bacım var. 1995-ci ildə 1-ci sinifə getmişəm. 2006-ci ildə orta məktəbi bitirib, Ağdam Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olmuşam. 2009-cu ildə bitirib, elə həmin ildən Ağdam rayon 7 illik uşaq musiqi məktəbində fortepiano müəlliməsi işləyirəm. Çoxlu şagirdlərim var. 2-si Musiqi texnikumunda əlaçı oxuyuram. Şagirdlərim məni çox istəyirlər. Çünki onlarla həm də dost kimiyəm. Subayam. Həm xalayam, həm də bibiyəm. Atam sənətkardı, anam riyaziyyat müəlliməsidir. Mənim çox qayğısız, xoşbəxt uşaqlığım olub. Elə o cür də davam edir, şükür Allaha. Çox sağ ol Yeqiş bac.ı

MIF

Xəbərinizdə mənə də yer verdiyiniz üçün çox sağ olun. Mən, Mənsurə 1 noyabr 1980-cı ildə Bakı şəhərində anadan olmuşam. Sakit, özünə qapanan uşağlığım olub. Evin ortancılıyam. 1987-ci ildə orta məktəbə getmişəm, 9-cu sinifdən isə 5 saylı kimya biologiya təmayüllü litseyə qəbul olub, 11-ci sinfi orda başa vurmuşam. Ailəmin istəyi ilə IV qrupa sənədlərimi verdim və qəbul ola bilmədim. Sinif yoldaşımla təsadüfi qarşılaşmağım məni 1 saylı Tibb Texnikumuna gətirdi. Sənədlərimi verdim və yüksək balla həmin texnikumun "Müalicə işi" fakültəsinə qəbul oldum. Əvvəlcə fikirləşdim ki, oxumaq daha bəsdi. Buranı bitirərəm, bir yerdə işə düzələrəm vəssalam. Amma oxumaq həvəsi qalib gəldi və evdəkilərə Universitetə hazırlaşmaq istəyimi bildirdim. Sağ olsunlar etiraz etmədilər. 2000-ci ilin fevralında Texnikumu bitirdim və ata anamın işlədiyi bir müəssisədə tibb bacısı kimi işləməyə başladım. Eyni zamanda özüm müstəqil qəbul imtahanlarına hazırlaşırdım. (Bu yerdə hələ litseydə oxuyarkən mənə fizikadan hazırlıq keşçmiş Əli müəllim və texnikumdan sonra riyaziyyatdan mənə kömək edən qonşu riyaziyyat müəlliminin əziyyətini qeyd etməsəm günah olar.) Beləliklə həmin il Azərbaycan texniki Universitetinə qəbul oldum. Qohumlar inanmırdılar, heç kim gözləmirdi ki, yenidən sənəd verə bilərəm. Amma məndə alındı, Allahıma şükürlər olsun. Mən öz yaşıdlarımla deyil, özümdən kiçiklərlə tələbə yoldaşı oldum. Hər kəsə qəribə gəlirdi Tibb Texnikumunu bitirib I qrupa qəbul olmağım. Tamam ayrı-ayrı sahələr idi. 2004-cü ildə Universiteti bitirdim və 1 il sonra kolleclərdən birinə laborant düzəldim. 1 il sonra də dərs deməyə başladım. İndi həmin kollecdə həm laborant, həm də müəlliməyəm. Məndən böyük bir bacım və məndən kiçik bir qardaşım var. İkisi də evlidirlər və hər birinin iki oğlu bir qızı var. Bacım Almaniyada yaşayır.

Qadın.netlilərin tərcümeyi-halı 7

Aytac Mammedova

Mənim adım Aytacdır, çoxları mənə Tacik, Mala deyir. Mala sözüdə-mən ağ dərili olduğuma görə ağcamaya deyiblər. Məndə maya deyə bilməmişəm,Mala demişəm. Ondan bəri adım Mala qalıb. Balaca vaxtı hamının sevimlisi davakar, qaşqabaqlı qız olmuşam. Ailədə 7 nəfər olmuşuq. 4 bacı, 1 qardaş, ana və ata. 18 yaşımda yoldaşımla calamaqla bir birimizi görüb və ilk baxışdan sevmişik və sevirik. Indi ailədə 5 nəfərik, 2qızım, qaynana və qaynatam. Sənətim dərzidi və sənətii çox sevirəm. Özümü çox xoşbəxt hiss edirəm. Uşaqlarım və yoldaşımı dəlicəsinə sevirəm və fərq qoymuram. Onlar üçün  canımdanda keçərəm. Təmizliyi, biş-düşü, tikməyi və qadına hörmət və qayğını çox sevirəm. İndi can deyənə canımı verərəm, gülərüz, zarafatı sevənəm. Indi gündəlik işim tikmək, uşaqlarıma vaxt ayırmaq, yoldaşımla zaman keçirmək və Qadın.netlə, dostlarla yazmaqla vaxtım keçir. Ən böyük arzum ailəmi itirməməkdir.

30 noyabr 2013
GO BACK