Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Meşəbəyi (1-ci hissə)

Meşəbəyi (1-ci hissə)

Bu hekayə zənnimcə, bir qədər vestern janrı sevənlər üçün maraqlı olacaq. Amma ibrətamiz bir yazıdır. Qadin.Netin dəyərli oxucularıyla paylaşmaq istədim. İnşAllah bəyənərsiz...

Zəngin bir ailənin oğlu öz cangüdəni və iki qız məşuqəsi ilə ad gününü qeyd etmək üçün ailəsindən gizlin bir meşəyə yola düşməyə qərar vermişdi. Cangüdən Taleh bu barədə onun valideynlərinə xəbər verə bilmədi... Düşündü "Nə olacaq, bir az əylənib gələrik"... Səhər tezdən yola çıxdılar... Meşə sakit, mənzərəli idi. Uzaqda meşəyə nəzarət üçün ucaldılan ağacların arasında bir koma görünürdü. Amma insan səs-səmiri gəlmirdi. Bir qədər aralıda, gölməçənin kənarında əylənməyə qərar verdilər. Maşını saxlayıb, yüklərini yerə endirməyə başladılar.

Zəngin səbəbkar məşuqələri ilə gölməçəyə atıldı. İndi Taleh yemək tədarükü haqda düşünməli idi. Amma ətrafa göz gəzdirib, suyun dərinliyini, təhlükəsizliyi yoxlamaq daha vacib idi. O da ilk öz işini etdi... Su sərin idi, dərin deyildi. Elə bir təhlükə də yox idi. Gəncləri əyləncədə qoyub, manqal qurmağa ,yemək və süfrə tədarükünə başladı...

Zəngin gənc qızlarla kifayətlənməyib, əyləncə üçün nəşə də gətimişdi. "Kazbek"i hazır idi. Talehin başı tədarükə qarışdığından istifadə edib, siqaretini yandırdı. Tüstünü acgözlüklə ciyərlərinə sümürdü. Qızlarla suda oynaşmağa, əylənməyə başladı.

Meşənin qoruqçusu meşəbəyi Fərhad kişi ailəliklə bu yerlərin sakini idilər. Bu gün onların yeganə övladları, zərif qızları Aygünün on beş yaşı tamam olurdu. Fərhad həyat yoldaşı, köməkçisi, Həcər qeyrətli Həcər xanımı, qardaşı Sahil və atası qocaman İldırımla birgə idi. Sakit bir guşədə ad gününü qeyd edirdilər. Gələn çağırılmamış qonaqlardan da bu səbəbdən bixəbər idilər.

Fərhad da atası və qardaşı da içki düşkünü deyildi. Amma bu gün hamı məst idi. Yeyib-içir, deyib gülür, əylənirdilər. Aygün isə hədiyyələrinə baxır ,ad günü də olsa anasına süfrə tədarükündə kömək edirdi... Babası qəfildən göbələk sevdasına düşdü... Hə... Hər şey də elə bundan sonra başladı... Düzdür, olacağa çarə yoxdu deyirlər, amma qızcığaz böyüklərindən tək aralanıb, babası üçün göbələk yığmağa, gölməçəyə getməsəydi... bu hadisələr də olmazdı bəlkə...

Meşəbəyi (1-ci hissə)

Aygün meşənin gölməçə hissəsinə göbələk yığmağa çatdığı an acı təsadüfdən nəşəli zəngin də yüngülləşmək üçün bir ağaca söykənmişdi. Məşuqələrindən, bu vaxtədək gördüyü bütün gözəl qızlardan da gözəl olan bu qızı görmüşdü. Talehdən xəbərsiz qızları gölməçədə əyləncədə qoyan bu zəngin bir canavar kimi qıza gözlərini zilləmişdi. Bir qədər nəşənin təsiri, bir qədər də daxilində olan vəhşi ehtiras onu azğın vəhşiyə cevirmişdi. Məsum qızın, "şikarının" üstünə atılmağa məqam gözləyirdi. Onun burda olmasından xəbərsiz olan Aygün isə oxuya-oxuya, çömbəlib göbələk yığırdı... Yenicə ərsəyə gələn bu qız hədsiz gözəl idi...

Nəhayət azğın zəngin qəfil onun üstünə şığıdı. Qızı bir an içində cənginə aldı, əli ilə ağzını tutub onu entirasla öpməyə bşladı...

Zorlandığı bir anda şokda olan məsum qız çığırmağa macal tapanda, artıq iş-işdən keçmişdi... Zərif, sakit bir qız olan Aygün nə bəlaya düşdüyünü heç anlaya da bilmədi...

Harayı Fərhad və Taleh eyni anda eşitdilər... Taleh silahını alıb səsə sarı yüyürdü, manqal da, yeyib-içmək də yaddan çıxdı. Mühafizəçi olduğu illər ərzində hələ belə haray eşitməmişdi... Bir qızın qəfil harayı, eşidildi və kəsildi... Səsin gəldiyi yeri meşədə təyin etmək asan olmasa da Taleh proffesional bir mühafizəçi ,keçmiş bir xüsusi təyinatlı idi. O, hadisə yerinə tələsirdi...

Fərhad kişi, atası, qardaşı və Həcər xanım da səsi eşitdilər. Aygünün çığırtısı tez də kəsildi... Bu bir heyvanla üzləşən insan harayı deyildi... Tez yüksəklikdəki komaya tələsən Fərhad kişi beşaçılanın binoklundan ətrafa baxdı. Qızının gölməçəyə göbələk üçün getdiyini bilən Həcər də atlandı, silahı da çiynində idi.

Yaşlı İldırım kişi təlaş içində, çaşqın qalsa da Sahil tez qardaşı qızına yardıma tələsdi. O da silahına sarılıb, gölməçəyə tələsdi. İki atlı, Həcər və Sahil səsə sarı yorğa çapırdı...

Hadisəni ilk görən isə Fərhad kişi oldu... Qızını əlləri ilə sıxan bir əclafın cəngində gördü... Ürəyi qan ağladı... Məsafə uzaq olsa da nişan aldı... Atəş açıldı...

Taleh təzəcə hadisə yerinə yetişmişdi... Atəş səsinə reaksiyası cəld və ani oldu. Yıxılaraq yuvarlandı, bir atəş açılan istiqamətə, bir də qorumalı olduğu zənginə baxdı... O qan içində olsa da ayağa qalxdı...Güllə onun qulağını sıyırmış, qızın isə boğazını dəlmişdi. Qız elə yerindəcə keçinmişdi... İkinci atəş zəngin cinayətkarı yerə sərdi... Taleh ona kömək etməyə macal belə tapmadı. Ard-arda daha üç atəş açıldı... Hamısı da hədəfə dəymişdi. Güllə atan sərrast atıcı idi... İndi Talehin öz həyatı təhlükədə idi...

Meşəbəyi (1-ci hissə)

Tez və ani reaksiya, bir cangüdən çevikliyi ilə maşına sarı yuvarlandı. Taleh artıq özünün xilas etməyi düşünürdü. Ölən əldən getmişdi onsuz da...

Atəş səsindən təlaşa düşən sərxoş məşuqələr də təlaşla maşına minmişdilər. Tir-tir titrəyirdilər. Soyuqdan yox, qorxudan... Taleh maşına atılanda iki silahlı atlının da hadisə yerinə çatdığını görmüşdü. Aradan çıxmaq lazım idi. Maşını işə saldı, artıq dayanan vaxt deyildi... Geri baxan zaman da deyildi...

Həcər Aygünün qan içində görüb, atı saxladı. Atdan cəld endi... Amma qızına heç nə ilə kömək edə bilməzdi. Aygün artıq dünyasını dəyişmişdi. Zorlanmış, qan içində həlak olmuş balasının acısı bir anlıq Həcərin ağlını başdan aldı. Vay-şüvəni, harayı meşəni bürüdü... Uzaqdan boz atın belində, maşınla qaçmaq istəyən cinayət şahidlərinin, bəlkə də cinayətkarların qarşısını kəsməyə çalışan Sahilin səsi gəlincə Həcər özünə gələ bilməmişdi...

Fərhad kişi qızını vurduğundan xəbərsiz deyildi... Amma onun öldüyünü Həcərin naləsindən anladı... Amma o soyuqqanlı davrandı. Atını ölən qızının olduğu yönə yox, qaçanların maşınının qarşısına çıxaracaq cığıra sürdü...

Sahilin tüfəngi açıldı, bir tüfəng səsi də gəldi... Bu Talehin silahının səsi idi. Meşəbəyi yad silah səsini ayırd eləmişdi... Özü də keçmiş kəşfiyyatçi idi. Silahlardan anlayışı güclü idi .Bu çox bahalı, hələ onun əlinə almadığı bir silahın səsi idi... Sahilin naləsi atının yerə yıxılması ilə bir anda oldu... Talehin gülləsi atı ölümcül yaralamışdı. İkinci gülləni də atdı, Sahilin ayağından vurdu. O canını qurtarmaq istəyirdi, kimi isə öldürmək yox... Onsuz da öz ölümündə qızın həyatının məhvində səbəbkar zadəganın ucbatından ölmək istəmirdi...

Amma meşəbəyinin dəqiq atıcı olduğunu da bilirdi. Maşının güzgüsündən kəsə yolla qarşılarına çıxmaq istəyən boz atlı meşəbəyi onun da əcəli ola bilərdi... Fərhad kişi onu meşədən sağ buraxmaq niyyətində deyildi... İndi qızının ölümündə nə qədər günahı olduğunu bilməsə də bu maşındakı silahlını da düşməni bilirdi. Ölü-dirim savaşında, keçmiş kəşfiyyatçı,qızının qanını almaq istəyən qəzəbli meşəbəyi Fərhad bu hadisənin sadəcə iştirakçısı olan, keçmiş xüsusi təyinatlı-cinayətkarın mühafizəçisi olsa da qızın ölümündə səbəbkar olmayan, amma izlənilən, meşədə təqib olunan şikara çevrilən mühafizəçi Talehlə üz-üzə qalmışdılar...

Taleh tez bu meşədən çıxmaq, şəhərə çatmaq istəyirdi... Fərhad isə hədəfini burdaca haqlamaq istəyirdi...

(Ardı var)

Səslərin sayı: 9
25
5334
loading...
Şərhlər
Offline
toma676
Oxudum maraqlidir saqol
6 aprel 2014 01:46
Offline
Ibrahimova Gulya♥S♥
Allah ozu qorusun bizi bele eclaf insanlardan, tesirli hekayedi ardini gozeyirem, twkler
14 noyabr 2013 00:05
Offline
......
Cox pis oldum.cox tesirli bir hekayedi.Aygune lap cox uzuldum.
13 noyabr 2013 22:50
Offline
aygul,alizade
Menimde qizlarim var.Bu cur hadiseleri internetden gorende ve ya oxuyanda inanin onlara gore cox qorxuram.Ve basa dusurem ki valideyin olmaq ozude indiki vaxtda cox cetindir.Allah qorusu butun balalari. recourse request
13 noyabr 2013 00:25
Offline
тихая
tesir edicidi no . ardi.... minnetdaram hekaye ucun yes
12 noyabr 2013 20:08
Offline
Sonay Quluzade
Ən nifrət etdiyim sənət kiminsə cangüdəni olmaqdır, kişi olsam, lap günəmuzd işləyərdim, həmin o varlının qapısında belimdə daş daşıyardım, amma hansısa bir əziz-xələf varlı üçün, suya girib, onun dərin və ya dayaz olmağını yoxlamazdım, aldığım maaşın müqabilində onu qorumaq üçün özümü qabağa atmazdım. Bunlar sırf düşündüklərimdir.
Hekayə maraqlı olduğundan çox təəssüfləndirdi məni. Səbəbi atanın qızının günahsızlığına baxmayaraq, bilə-bilə öz balasına qıyması oldu. Qorxdu ki, barmaqla göstərilər, qınayarlar, Allahın bir bəndəsinə qıymaqdan qorxmadı. Həmin zənginin cəzası ölüm idi, başqa variant yox idi, amma Aygünə heyif.
Ardını gözləyəcəm, görüm, sonluq nə ilə nəticələnəcək.
Müəllifə təşəkkür edirəm.
12 noyabr 2013 11:58
Offline
aysel letifli
maraqlı idi...ardın gözləyirəm
11 noyabr 2013 23:11
Offline
PƏRVANƏ ƏLİYEVA......
Allah bele qudurmushlarin cezasini versin.Neceki verdi.Ama rahat oldu gerey elesi en dehshetli ishgenceyle oleydi.Ama yenede Aygune cox uzuldum.Yaziq ushaq..Ardini sebirsizlikle gozluyurem.Talehin taleyi nece olacaq .Oda o qudurmushun qurbanidi axi..Elnur bey hemisheki kimi maraqli yenede tesirli bir hekaye.davami tez gelsin.
11 noyabr 2013 21:07
Offline
Zumrud Nurullayeva
Oxudum maraqlidir,ardin gozleyirem))
11 noyabr 2013 20:36
Offline
Şəri Babayeva
Yazıq Aygün... cray maraqlıdı ardını gözləyirəm.
11 noyabr 2013 17:45
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
insanliq
Ardini goz-em,qizin ad gunu olum gunu oldu
11 noyabr 2013 14:11
Offline
APENAS
Tesir edici hekaye idi. Allah hech kese gostermesin. Chox bash verir gunumuzde bele hadiseler. Allah ele insanlar insaf versin biraz. Teshekkur edirem hekaye uchun ardini gozleyirem...
11 noyabr 2013 13:38
Offline
♡Light in the dark♡
Qiza cox yazigim geldi,Allah hec kime göstermesin,hekayeye göre tesekkürler,ardini sebirsizlikle gözleyirem.
11 noyabr 2013 13:35
Offline
totuwun mamasi
Ayka demiwken hele bu bismillehidi ikisi oldu,ardinda ne olacag goren
11 noyabr 2013 13:27
Offline
Qemze Akberova
Maraqlı idi, amma ardında daha nə baş verə bilər ki?! Sadəcə ölülərin sayı artacaq, yəqin ki.
11 noyabr 2013 13:23
Offline
Asra1717
cox maraqli baslangic, yaqin ardi da eyni tempde gedecekş bir serial ssenarisi kimi eladir.
11 noyabr 2013 12:58
Offline
Fatma xanım
o qədər var ki belə qudurğanlar o qədər Aygünlər var ki onların qurbanına çevriliblər heç kimə də dərdlərini deyə bilmirlər
11 noyabr 2013 12:47
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Elnur Məmmədov
hər kəsə şəthlər üçün təşəkküt....hadisələrin böyük qismi Azərbaycanda baş verib,sadəcə konkret rayon adı çəilməyib,sonluq da illuziyamdı...üç məmurun vəzifəsinə diqqət edənlər bilir söhbət hansı rayon və kimlərdən gedir...
11 noyabr 2013 11:54
Offline
Seadet Sexavet
Allah heç kimi bu cür әyyaşlara tuş etmәsin.Ardlnı maraqla gpzlәyәcәm.
11 noyabr 2013 11:53
Offline
lala
Hekaye de olsa dehshetlidir Allah hec bir qiza gostermesin .
11 noyabr 2013 11:32
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış