Qadin.NET / Meşəbəyi (1-ci hissə)

Meşəbəyi (1-ci hissə)

Bu hekayə zənnimcə, bir qədər vestern janrı sevənlər üçün maraqlı olacaq. Amma ibrətamiz bir yazıdır. Qadin.Netin dəyərli oxucularıyla paylaşmaq istədim. İnşAllah bəyənərsiz...

Zəngin bir ailənin oğlu öz cangüdəni və iki qız məşuqəsi ilə ad gününü qeyd etmək üçün ailəsindən gizlin bir meşəyə yola düşməyə qərar vermişdi. Cangüdən Taleh bu barədə onun valideynlərinə xəbər verə bilmədi... Düşündü "Nə olacaq, bir az əylənib gələrik"... Səhər tezdən yola çıxdılar... Meşə sakit, mənzərəli idi. Uzaqda meşəyə nəzarət üçün ucaldılan ağacların arasında bir koma görünürdü. Amma insan səs-səmiri gəlmirdi. Bir qədər aralıda, gölməçənin kənarında əylənməyə qərar verdilər. Maşını saxlayıb, yüklərini yerə endirməyə başladılar.

Zəngin səbəbkar məşuqələri ilə gölməçəyə atıldı. İndi Taleh yemək tədarükü haqda düşünməli idi. Amma ətrafa göz gəzdirib, suyun dərinliyini, təhlükəsizliyi yoxlamaq daha vacib idi. O da ilk öz işini etdi... Su sərin idi, dərin deyildi. Elə bir təhlükə də yox idi. Gəncləri əyləncədə qoyub, manqal qurmağa ,yemək və süfrə tədarükünə başladı...

Zəngin gənc qızlarla kifayətlənməyib, əyləncə üçün nəşə də gətimişdi. "Kazbek"i hazır idi. Talehin başı tədarükə qarışdığından istifadə edib, siqaretini yandırdı. Tüstünü acgözlüklə ciyərlərinə sümürdü. Qızlarla suda oynaşmağa, əylənməyə başladı.

Meşənin qoruqçusu meşəbəyi Fərhad kişi ailəliklə bu yerlərin sakini idilər. Bu gün onların yeganə övladları, zərif qızları Aygünün on beş yaşı tamam olurdu. Fərhad həyat yoldaşı, köməkçisi, Həcər qeyrətli Həcər xanımı, qardaşı Sahil və atası qocaman İldırımla birgə idi. Sakit bir guşədə ad gününü qeyd edirdilər. Gələn çağırılmamış qonaqlardan da bu səbəbdən bixəbər idilər.

Fərhad da atası və qardaşı da içki düşkünü deyildi. Amma bu gün hamı məst idi. Yeyib-içir, deyib gülür, əylənirdilər. Aygün isə hədiyyələrinə baxır ,ad günü də olsa anasına süfrə tədarükündə kömək edirdi... Babası qəfildən göbələk sevdasına düşdü... Hə... Hər şey də elə bundan sonra başladı... Düzdür, olacağa çarə yoxdu deyirlər, amma qızcığaz böyüklərindən tək aralanıb, babası üçün göbələk yığmağa, gölməçəyə getməsəydi... bu hadisələr də olmazdı bəlkə...

Aygün meşənin gölməçə hissəsinə göbələk yığmağa çatdığı an acı təsadüfdən nəşəli zəngin də yüngülləşmək üçün bir ağaca söykənmişdi. Məşuqələrindən, bu vaxtədək gördüyü bütün gözəl qızlardan da gözəl olan bu qızı görmüşdü. Talehdən xəbərsiz qızları gölməçədə əyləncədə qoyan bu zəngin bir canavar kimi qıza gözlərini zilləmişdi. Bir qədər nəşənin təsiri, bir qədər də daxilində olan vəhşi ehtiras onu azğın vəhşiyə cevirmişdi. Məsum qızın, "şikarının" üstünə atılmağa məqam gözləyirdi. Onun burda olmasından xəbərsiz olan Aygün isə oxuya-oxuya, çömbəlib göbələk yığırdı... Yenicə ərsəyə gələn bu qız hədsiz gözəl idi...

Nəhayət azğın zəngin qəfil onun üstünə şığıdı. Qızı bir an içində cənginə aldı, əli ilə ağzını tutub onu entirasla öpməyə bşladı...

Zorlandığı bir anda şokda olan məsum qız çığırmağa macal tapanda, artıq iş-işdən keçmişdi... Zərif, sakit bir qız olan Aygün nə bəlaya düşdüyünü heç anlaya da bilmədi...

Harayı Fərhad və Taleh eyni anda eşitdilər... Taleh silahını alıb səsə sarı yüyürdü, manqal da, yeyib-içmək də yaddan çıxdı. Mühafizəçi olduğu illər ərzində hələ belə haray eşitməmişdi... Bir qızın qəfil harayı, eşidildi və kəsildi... Səsin gəldiyi yeri meşədə təyin etmək asan olmasa da Taleh proffesional bir mühafizəçi ,keçmiş bir xüsusi təyinatlı idi. O, hadisə yerinə tələsirdi...

Fərhad kişi, atası, qardaşı və Həcər xanım da səsi eşitdilər. Aygünün çığırtısı tez də kəsildi... Bu bir heyvanla üzləşən insan harayı deyildi... Tez yüksəklikdəki komaya tələsən Fərhad kişi beşaçılanın binoklundan ətrafa baxdı. Qızının gölməçəyə göbələk üçün getdiyini bilən Həcər də atlandı, silahı da çiynində idi.

Yaşlı İldırım kişi təlaş içində, çaşqın qalsa da Sahil tez qardaşı qızına yardıma tələsdi. O da silahına sarılıb, gölməçəyə tələsdi. İki atlı, Həcər və Sahil səsə sarı yorğa çapırdı...

Hadisəni ilk görən isə Fərhad kişi oldu... Qızını əlləri ilə sıxan bir əclafın cəngində gördü... Ürəyi qan ağladı... Məsafə uzaq olsa da nişan aldı... Atəş açıldı...

Taleh təzəcə hadisə yerinə yetişmişdi... Atəş səsinə reaksiyası cəld və ani oldu. Yıxılaraq yuvarlandı, bir atəş açılan istiqamətə, bir də qorumalı olduğu zənginə baxdı... O qan içində olsa da ayağa qalxdı...Güllə onun qulağını sıyırmış, qızın isə boğazını dəlmişdi. Qız elə yerindəcə keçinmişdi... İkinci atəş zəngin cinayətkarı yerə sərdi... Taleh ona kömək etməyə macal belə tapmadı. Ard-arda daha üç atəş açıldı... Hamısı da hədəfə dəymişdi. Güllə atan sərrast atıcı idi... İndi Talehin öz həyatı təhlükədə idi...

Tez və ani reaksiya, bir cangüdən çevikliyi ilə maşına sarı yuvarlandı. Taleh artıq özünün xilas etməyi düşünürdü. Ölən əldən getmişdi onsuz da...

Atəş səsindən təlaşa düşən sərxoş məşuqələr də təlaşla maşına minmişdilər. Tir-tir titrəyirdilər. Soyuqdan yox, qorxudan... Taleh maşına atılanda iki silahlı atlının da hadisə yerinə çatdığını görmüşdü. Aradan çıxmaq lazım idi. Maşını işə saldı, artıq dayanan vaxt deyildi... Geri baxan zaman da deyildi...

Həcər Aygünün qan içində görüb, atı saxladı. Atdan cəld endi... Amma qızına heç nə ilə kömək edə bilməzdi. Aygün artıq dünyasını dəyişmişdi. Zorlanmış, qan içində həlak olmuş balasının acısı bir anlıq Həcərin ağlını başdan aldı. Vay-şüvəni, harayı meşəni bürüdü... Uzaqdan boz atın belində, maşınla qaçmaq istəyən cinayət şahidlərinin, bəlkə də cinayətkarların qarşısını kəsməyə çalışan Sahilin səsi gəlincə Həcər özünə gələ bilməmişdi...

Fərhad kişi qızını vurduğundan xəbərsiz deyildi... Amma onun öldüyünü Həcərin naləsindən anladı... Amma o soyuqqanlı davrandı. Atını ölən qızının olduğu yönə yox, qaçanların maşınının qarşısına çıxaracaq cığıra sürdü...

Sahilin tüfəngi açıldı, bir tüfəng səsi də gəldi... Bu Talehin silahının səsi idi. Meşəbəyi yad silah səsini ayırd eləmişdi... Özü də keçmiş kəşfiyyatçi idi. Silahlardan anlayışı güclü idi .Bu çox bahalı, hələ onun əlinə almadığı bir silahın səsi idi... Sahilin naləsi atının yerə yıxılması ilə bir anda oldu... Talehin gülləsi atı ölümcül yaralamışdı. İkinci gülləni də atdı, Sahilin ayağından vurdu. O canını qurtarmaq istəyirdi, kimi isə öldürmək yox... Onsuz da öz ölümündə qızın həyatının məhvində səbəbkar zadəganın ucbatından ölmək istəmirdi...

Amma meşəbəyinin dəqiq atıcı olduğunu da bilirdi. Maşının güzgüsündən kəsə yolla qarşılarına çıxmaq istəyən boz atlı meşəbəyi onun da əcəli ola bilərdi... Fərhad kişi onu meşədən sağ buraxmaq niyyətində deyildi... İndi qızının ölümündə nə qədər günahı olduğunu bilməsə də bu maşındakı silahlını da düşməni bilirdi. Ölü-dirim savaşında, keçmiş kəşfiyyatçı,qızının qanını almaq istəyən qəzəbli meşəbəyi Fərhad bu hadisənin sadəcə iştirakçısı olan, keçmiş xüsusi təyinatlı-cinayətkarın mühafizəçisi olsa da qızın ölümündə səbəbkar olmayan, amma izlənilən, meşədə təqib olunan şikara çevrilən mühafizəçi Talehlə üz-üzə qalmışdılar...

Taleh tez bu meşədən çıxmaq, şəhərə çatmaq istəyirdi... Fərhad isə hədəfini burdaca haqlamaq istəyirdi...

(Ardı var)

11 noyabr 2013
GO BACK