Laylalar
Şirin noğul, gül balam,
Canımın parasısan.
Gün batır, gecə düşür,
De nə vaxt yatasısan?
Lap yumulur gözlərin,
Yat, ay gözünə qurban.
Səhər yenə durarsan,
Anan üzünə qurban!
Məndən nağıl istəyən,
Layla istəyən balam.
Layla deyim yatasan,
Qadanı özüm alam!
Yat, yuxun şirin olsun,
Mənim ürəyim, canım.
Yat, gözünü yum daha,
Yat, başına dolanım...
Dəcəl və şıltaq balam,
Yat, heç nədən qorxma sən.
Yandırım çıraq, balam,
Gələcəyəm səsləsən!
Yat mənim ipək tellim,
Mən sənə laylay deyim.
Yat mənim şirin dillim,
Yat ey candan sevdiyim!
Di yum gözün, mürgülə
Yuxun baldan şirindi.
Səhər yenə durarsan,
Bax yuxun qaçar indi...
Yuxuda səni gözlər,
Gözəl-göyçək mələklər.
Səni orda gözləyir,
Gül çəmənlər, çiçəklər.
Dovşanlar oynaşırlar,
Səninçün darıxıblar.
Maral ceyran, ahular,
Yuxunda toplaşıblar.
Sənin oyuncaqların
Yatıb artıq, nə vaxtdı
Yuxuda görüşərsiz
Gecədir yatmaq vaxtı
Yum gözünü, yum artıq,
Yuxu da səni gözlər.
Bir az da gec yatarsan,
Bax, yuxun küsüb gedər
Bayatı-layla
Balam baldır, şəkərdir,
Qönçə çiçəkdir, tərdir.
Yat şirin balam, lay-lay,
Bilmə həyatda ah-vay...
Səhər açılınca yat,
Qalxdın, məni də oyat.
Canım- ciyərim, lay-lay
Bu canımda sənə pay.
Güllər heyran balama,
Balam yanar halıma
Daim gərəyim, lay-lay
Yox həyatda sənə tay!
Yat, yuxun şirin olsun,
Yatağın, yarin olsun.
Yat yatağında, lay-lay
Xəyallardan qur saray...
Balam sarılıb indi.
Gecə,yuxusu gəlir
Balamı dindirməyin,
Səs salıb oyatmayın
Onu hirsləndirməyin.
Balam yatağındadı
Söndürün işıqları,
Yatsın qoy,çoxdan yatıb
Hamının uşaqları.
Mənim balam ağıllı,
Ən mehriban,gül bala,
Bilinki yatmaqda da
Heç kimdən qalmaz dala!
Yat,dəcəl balam laylay
Yat dincəl,balam laylay
Məncə özü layla oxuya bilməyən analar belə laylaları mahnı kimi yazdırırb, balasına yatmazdan öncə dinlətməli, onun psixoloji rahatlığını təmin etməldir. Allah balalarımızı və bizi hifz etsin, bəxtəvər eləsin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şon Konneri 6 mərtəbəli villasını rekord məbləğə satır
Sevgini tapmaq üçün 6 addım + 2 Bonus
Mehmet Ali 235 gün sonra evə buraxıldı
Biometrik bazar böyüyür
Aleyna Tilkinin bacısı aktrisalığa başladı-FOTO
Mikrobların düşməni
Bakıda yaşayış binasına ilan daraşıb -FOTO
Ramazanda qidalanma xətaları
Nazir orta məktəblərdəki kompüterlərin internetə qoşulmamasından danışdı.
BÜRCLƏR bizə nə vəd edir?-19 yanvar
Anna və Lusiyə bu dəfə də qanun "YOX" dedi-FOTO
Geyim seçərkən etdiyimiz səhvlər
Uşaqlarda yerini islatma
Ermənilər cəbhə xəttində gərginlik yaratmağa davam edirlər
İran Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir
Məşhur Azərbaycan kəndi təlaş içərisində: nə vurmaq olur, nə də qaçmaq
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
AFFA tərəddüd etdi, Moldovanın yolu açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
23 avqust-Fizuli və Cəbrayıl Rayonlarının işğalı günüdür!
Sentyabrın 30-dək qüvvədə olan qadağalar - Siyahı
Pekində 42 illik rekord yeniləndi
ABŞ Rusiyaya maliyyə yardımını dayandırıb
Evdə hazırlanan konservlər “ölüm” gətirməsin
0-2 yaş arası uşaq psixologiyası
Beyons Cəlaləddin Rumi haqda film çəkəcək
Memarlığın mükəmməliyi
Ali məktəblərin vakant yerlərinə tələbə qəbulunun nəticələri bu gün açıqlanır
Azərbaycanda ipoteka kreditlərinin 20 faizdən çoxu güzəştli əsasda verilib
İyun ayının qalibləri!
Kıvanç Tatlıtuğa ağır itki
Türkiyədə İŞİD hesabatı: Azərbayacan ilk beşlikdə
Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi
Bill Geyts yenə təəccübləndirdi-FOTO
Tərəvəzli qəhvə ilə arıqlama
HAVA necə olacaq?-16 dekabr
Hazal Kayanın toy DƏVƏTNAMƏLƏRİ-FOTO
Mehriban Əliyevadan yeni “Instagram” paylaşımı
BNA sürücü və sərnişinlərə müraciət etdi
Ərdoğandan ermənilərə sillə
Oğlan uşaqlarının saçlarını uzatmayın-SƏBƏB
İlham Əliyev: “Biz döyüş meydanında nə ediriksə, özümüz edirik”
Yayın dəbi
“Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA
Beyrutda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Dəmir tellərdən hazırlanmış heykəllər
Psixozun gecə "həyatı"
Qida infeksiyasından qoruyan ədviyyat
100 min uşaqdan biri kisədə doğulur-FOTO
Sərhəd Qoşunlarının peşə bayramıdır
- ŞƏRHLƏR