Laylalar
Şirin noğul, gül balam,
Canımın parasısan.
Gün batır, gecə düşür,
De nə vaxt yatasısan?
Lap yumulur gözlərin,
Yat, ay gözünə qurban.
Səhər yenə durarsan,
Anan üzünə qurban!
Məndən nağıl istəyən,
Layla istəyən balam.
Layla deyim yatasan,
Qadanı özüm alam!
Yat, yuxun şirin olsun,
Mənim ürəyim, canım.
Yat, gözünü yum daha,
Yat, başına dolanım...
Dəcəl və şıltaq balam,
Yat, heç nədən qorxma sən.
Yandırım çıraq, balam,
Gələcəyəm səsləsən!
Yat mənim ipək tellim,
Mən sənə laylay deyim.
Yat mənim şirin dillim,
Yat ey candan sevdiyim!
Di yum gözün, mürgülə
Yuxun baldan şirindi.
Səhər yenə durarsan,
Bax yuxun qaçar indi...
Yuxuda səni gözlər,
Gözəl-göyçək mələklər.
Səni orda gözləyir,
Gül çəmənlər, çiçəklər.
Dovşanlar oynaşırlar,
Səninçün darıxıblar.
Maral ceyran, ahular,
Yuxunda toplaşıblar.
Sənin oyuncaqların
Yatıb artıq, nə vaxtdı
Yuxuda görüşərsiz
Gecədir yatmaq vaxtı
Yum gözünü, yum artıq,
Yuxu da səni gözlər.
Bir az da gec yatarsan,
Bax, yuxun küsüb gedər
Bayatı-layla
Balam baldır, şəkərdir,
Qönçə çiçəkdir, tərdir.
Yat şirin balam, lay-lay,
Bilmə həyatda ah-vay...
Səhər açılınca yat,
Qalxdın, məni də oyat.
Canım- ciyərim, lay-lay
Bu canımda sənə pay.
Güllər heyran balama,
Balam yanar halıma
Daim gərəyim, lay-lay
Yox həyatda sənə tay!
Yat, yuxun şirin olsun,
Yatağın, yarin olsun.
Yat yatağında, lay-lay
Xəyallardan qur saray...
Balam sarılıb indi.
Gecə,yuxusu gəlir
Balamı dindirməyin,
Səs salıb oyatmayın
Onu hirsləndirməyin.
Balam yatağındadı
Söndürün işıqları,
Yatsın qoy,çoxdan yatıb
Hamının uşaqları.
Mənim balam ağıllı,
Ən mehriban,gül bala,
Bilinki yatmaqda da
Heç kimdən qalmaz dala!
Yat,dəcəl balam laylay
Yat dincəl,balam laylay
Məncə özü layla oxuya bilməyən analar belə laylaları mahnı kimi yazdırırb, balasına yatmazdan öncə dinlətməli, onun psixoloji rahatlığını təmin etməldir. Allah balalarımızı və bizi hifz etsin, bəxtəvər eləsin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
Lənkəran sakini su quyusu qazdırdı, qaz çıxdı - VİDEOREPORTAJ
Qaymaqlı tort (foto resept)
Uşaqların ailədaxili vəzifələri
Kişilər hansı qadınlardan xoşlanır?
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Miqdarına görə ölümə səbəb olan ərzaqlar
HAVA necə olacaq?-12 Noyabr
Məşhur aktyor itinə ad günü etdi-FOTO
Günün ulduz falı
Uşaqların internetdən asılı olduğunu göstərən hallar
51 yaşlı qadının dizlərindən çıxanlar HƏKİMLƏRİ ŞOKA SALDI
Acılış mərasiminə 100 milyon manat xərclənib
Adriana Lima yeni reklama çəkildi-FOTO
Goranboyda 110 yaşlı qadın koronavirusdan sağalıb
Kişiləri necə cəlb etməli?
Ətli badımcan boxçası (foto resept)
Şəhidlər sükutla anıldı
Qadın döyüşçü rəqs etdi - VİDEO
Twitter 2014-ü "selfie ili" elan edib
Məşhur aktyor müflis oldu - FOTO
Cennifer Lopez milyonlarından danışdı
Bakıda "məzun gün"ləri dəyişdi
Fransız qadınlarının ən çox sevdiyi geyimlər
Sirli qızın restoranı
Foqts: "Estonlara qarşı alman yox, azərbaycanlı olacağam"
Bakıda bu gün məşəl hansı yollarla daşınacaq? (ÜNVANLAR)
Nifrət hissi ilə yaşamaqdan bezmişəm!
Şahzadə Mustafanın ölümünün tarixi miniatürü yayıldı
Bakıda 12 milyona villa satılır
Onlar da AYRILDILAR-FOTO
Yeni doğulan körpəsi ilə maraqlı şəkillər çəkən qadın
Qənirə Paşayevanın "Qarabağ" sevdası
Azərbaycan iri qaz nəqlinin reallaşdırılmasında əlavə həcmləri nəzərə alır
Macarıstanda ali təhsil imkanı
Dəri gözəlliyi üçün 6 qida
"Rafaello"-nun sahibi öldü
Qızıl balıq piroqu (foto resept)
Azərbaycanda 450-dən çox qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
Dünyanın malı dünyada qalacaq
Yeni il üçün peçenye(foto resept)
Yoluxmanı 1 həftəyə 97% azaltmaq olar - EFFEKTİV ÜSULLAR
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
ABŞ geri addım - növbə Britaniyanındırmı?
Yaşlı halını xatırladığımız məşhurların cavanlığı
“Qaçqınkom”dan məcburi köçkünlərin köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Təbiilik və gözəllik
Uşağınızla kitab oxuyun
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
HAVA necə olacaq?- 11 fevral
- ŞƏRHLƏR