Bakıda hava +26°
USD 0.7842 AZN
EUR 1.0561 AZN
10:25Gulum Bayramınız mübarek əziz qadın netlilər 10:16Nigar ALLAH ORUCLARINIZI QEBUL ETSIN 10:15Nigar HAMINIZI RAMAZAN BAYRAMI ILE TEBRIK EDIREM 08:13AYSUN MEMMEDOVA Sabahiniz xeyr qadin.net bayraminiz mubarekkk 07:42Gulum Ramazan bayramınız mübarək Qadın netliler 01:48S.N. Allah haminizin dualarini qebul elesin,bacilarim! 01:46S.N. Tebriklere qoshulub,butun muselmanlari tebrik edirem. 00:38BIBIXANIM muqeddes bayraminiz mubarek!allah niyetlerinizi qebul edsin! 00:25•●Narın●• Amin Aysun Amin İnşAllah bacı dualarına qoşuluram. 00:25•●Narın●• Cümlə müsəlmanların bu müqəddəs bayramı mübarək olsun...
26234

"Çərpələng uçuran"

 

Bu kitabı əlimə alıb ilk dəfə oxuyanda o qədər də sevə biləcəyimə inanmamışdım. Oxuduqca insan özünü, yaşadıqlarını, həyat tərzini, ən çoxda peşmanlığın nə olduğunu hiss edir. Oxuduqca əsl dostluğun, qayğının, mənəvi tənhalığın, mənəvi ehtiyacsızlığın nə olduğunu hiss edir. Duyğusu var olan bir insanın bu əsəri göz yaşları içində oxumaması mümkün deyil.

 

Əsərin müəllifi əfqan əsilli Xalid Hüseynidir. Kitab 2004-cü ildə Amerikada çap olunub. Kitab qısa zamanda gözlənilməz oxucu kütləsinə nail olub. Buna görə də kitab demək olar ki, müasir dünya ədəbiyyatının ən gözəl nümünəsinə çevrilib.

 

"Çərpələng uçuran"

 

Əsər Əmir adlı bir oğlanın həyatından bəhs edir. "Çərpələng uçuran" uşaq vaxtı başına gələn dəhşətli hadisəni unutmağa və atası ilə dil tapmağa çalışan gənc oğlan Əmirdən, hər şeyə rəğmən öz dostundan əsla əl çəkməyən Həsəndən, oğlunu əyilməz, "hərtərəfli" yetişdirməyə çalışan Babadan, Əmiri anlamağa çalışan Rəhim xandan, Əmirin yaşadığı peşmanlqdan və onu hər tərəfli qəbul edən Sürəyyadan bəhs edir.

Bununla yanaşı romandakı hadisələr monarxiyanın çökməsindən bəhs edir və Taliban hərəkatının dağılmasına qədər Əfqanıstanda, sonra isə Kaliforniyada baş verir. Kitabın başqa bir mövzusu Əfqanıstanda olan etnik qruplar – xəzərlər və puştunlar arasındakı fikir ayrılıqları, eləcə də Əmirin və onun atasının emmiqrant həyatından bəhs edir.

2005-ci ildə roman ABŞ-da "bestsellerlər" (ən çox satılan kitablar) arasında 3-cü yeri qazanıb. 2007-ci ildə kitabda olan hadisələrin əsasında eyni adlı film də çəkilib .

 

 

    Burdan kitabı türkcə yükləyə bilərsiniz.   

                          http://www.boxca.com/38un9hf24ijz/khaled_hosseini_-_ucurtma_avcisi.pdf.html

Səslərin sayı: 5
42
2981
Şərhlər
Offline
Minira Aslanzade
Kinosuna baxaram yüklənmədi nəsə
26 mart 2014 00:43
Offline
günel musayeva
bu eseri 3 il əvvəl oxumuşam. onda hələ tərcümə edilməmişdi "Bequshiy za vetrom" rus dilində. dəhşətli dərəcədə təsirlidi. Ağladığım yerləri oldu.... :(
10 noyabr 2013 00:43
Offline
PePito
Iceberg,
cox sag ol link ucun,baxdim ujee kinosuda cox maraqli idi...
20 sentyabr 2013 22:37
imza: Bezen ehtiyacimiz olan tek shey 5 saniyelik bir cesaretdir....

Xeyallarinin arxasinca qac, bir gun mutleq yorulacaqlar
Offline
20 sentyabr 2013 17:15
imza: Günahı keç,savabı keç,Keçdin, bir yer görəcəksən,Səninlə orda görüşək...
C. Rumi
Offline
lala
Oxumamisham nede filmine baxmamisham.
20 sentyabr 2013 12:27
Offline
PePito
, filminə isə elə bu səhər baxdım..

filmide var bunun? filmin adi eynidi? acim mende baxim .gorum filmde kitab kimi maraqliid
19 sentyabr 2013 20:58
imza: Bezen ehtiyacimiz olan tek shey 5 saniyelik bir cesaretdir....

Xeyallarinin arxasinca qac, bir gun mutleq yorulacaqlar
Offline
Gulshen_q
Əsər müasir tariximizlə də bağlı olduğundan mənə daha da maraqlı gəldi.Hövsələm çatmadı axtarmağa.Elə vikipdiyadan tapıb oxudum.- http://az.wikipedia.org/wiki/%C3%87%C9%99rp%C9%99l%C9%99ng_u%C3%A7uran_(roman)
Ümumi məzmunu oxusam da o kiçik hissə belə məni öz təsirinə sala bildi.Tam oxumağa isə heç dözə bilmərəm.Yalnız əfqanlar deyil, bu gün çox müsəlman ölkəsi istismar olur avropalılar, amerikalılar (əlbəttə dövlətləri)tərəfindən.Nə bilmək olar, onların yerində sabah biz olmayacağıq deyə?Buna kim söz verə bilər? recourse
18 sentyabr 2013 20:00
Offline
ilhame
maraqli melumata gore twk. girl_smi
18 sentyabr 2013 17:33
Offline
Seli
Elə, bajı, elə. Dünən tənbəllik elədim, axtarmadım. Sənin yadındamı?

Muellif nedi ee, hec kitabin adida yadimda deyil. Nese ne muellifin, nede kitablarin adlari yadimda qalmir. Belkede kitabdakilari heqiqi heyat hadiseleri saydigimdan onlara elede ehemiyyet vermirem.
18 sentyabr 2013 17:09
Offline
Iceberg
Hardasa 10-15 gün əvvəl yükləmişdim kitabı kompa, filminə isə elə bu səhər baxdım...tək kəlmə ilə MÜKƏMMƏL...
18 sentyabr 2013 15:57
imza: Günahı keç,savabı keç,Keçdin, bir yer görəcəksən,Səninlə orda görüşək...
C. Rumi
Offline
Bakuji
Bu meshur eseri oxumaga xeyli gecikdim, bu yaxinlarda oxumusam.
Teqdimat ucun tesekkur, xanimlara oxumalarini tovsiye edirem.

Azerbaycan dilinde kitab seklinde Ali-Nino-dan ya da bezi metro cixislarindan (İceri seher) ala bilersiniz, Xedice İsmayil orijinaldan tercume edib, ugurlu tercumedir.
18 sentyabr 2013 15:48
Offline
Fatma xanım
çoxusu dəhşətdi.

hə elə götürək Türkiyəni orda əyalətlərdə qadınları necə adam yerinə qoymurlar min şükür bizim halınmıza
o kitabıda tapıb oxuyum gərək
18 sentyabr 2013 13:53
imza: Saytda 4 ilim tamam oludu ,

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Utopya
Fatma xanım - Siz Xalid hüseynin min möhtəşəm günəş kitabını oxuanda görəcəksizki orda qadınlar necə dəhşətlərə dözüb. Necə qadın bu qədər alçaldılır. Bir qadın bu əzablara necə dözə bilər. Bu gün bu ölkədə, bu cəmiyyətdə yaşamaq həqiqətəndə bizim hədiyyəmizdi. Qədrini bilməliyik. Müxtəlif ölkələrin qadınlarının həyatlarını oxumuşam çoxusu dəhşətdi.
18 sentyabr 2013 13:28
imza: O biri dünyada əbədi eyş-işrətdə yaşamaq ümidi ilə ibadətlə məşğul olanlar az şey verib çox şey alan alverçilərlə oxşardır.
Offline
Fatma xanım
Birdən onunda başına iş açarlar və s və ilaxır.

Allah heç kimə göstərməsin inan mən bu kitabı bir neçə aydı oxumuşam amma hələdə onun təsirindəyəm
indiyə kimi bilirdim ki əfqanıstanda müharibə gedir amma əsl dəhşəti bu kitabı oxuyandan sonra başa düşdüm
18 sentyabr 2013 13:16
imza: Saytda 4 ilim tamam oludu ,

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Utopya
Mən bu kitabı oxumuşam. Özüdə təsadüfən almışdım kitabı. kitab mağazasına girdim. Satıcı xanıma dedimki mənə muasir ancaq qeyri adi düşündürücü əsər məsləhət görün. Oda bunu məsləhət gördü. allah canını sağ eləsin.Məsləhət görərdimki xalid Hüseynin əsərlərini oxumağa başlayarkən birinci bu kitabı oxuyub sonra digər kitablara keçəsiz. Çoxdandı belə axıcı, maraqlı, qeyri adi kitab oxumamaışdım. Fərqli cəmiyyət ancaq qlobal olan bir məslə. bu əsər bir daha insanlara öyrədirki həyatda insan istəsə hər şeyə dözər və insan bir gün etdiyi yaxşılığında pisliyində hədiyyəsini alır. Ancaq filmini sevmədim. Əsərdəki duyğuların 5dən biri belə filmdə öz əksini tapmayıb. Bir faciənin elə bil mutfilim variantıdı.

Fatma xanım - Mənim oğlum olduğu üçün inanırsız tək mən yox bu kitabı oxuyan və oğlu olan hər kəs mənim keçirdiyim hissləri keçirib. Bir an insan ağlına gəlirki mənimdə oğlum var. Birdən onunda başına iş açarlar və s və ilaxır.

18 sentyabr 2013 13:12
imza: O biri dünyada əbədi eyş-işrətdə yaşamaq ümidi ilə ibadətlə məşğul olanlar az şey verib çox şey alan alverçilərlə oxşardır.
Offline
MAYA EL
lap yaxşı oldu çoxdandı kitab oxumurdum mən yükləyə bildim çox saq olun davamlı olsun
18 sentyabr 2013 12:41
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Gulum
Tewekkurler sene Aytencim give_ros oglum kitab heveskaridi Ali ve Ninoda kitab qoymur maraqli kitab gelen kimi o saat alib getirir di gel ki daniwiram ki niye bunlar hamisi turcedi oxumaga sebrim catmir dash soz verdi ki sabah sene azerice maraqli kitab getirecem ve iki il bundan qabaq bu kitabi oglum alib getirdi o qeder maraqli geldi ki iki gune oxuyub qurtardim amma inan ki uzun muddet tesirinden cixa bilmedim gunlerle ancaq olan hadiseleri fikirlewirdim, o oglanin bawina acilan oyunlar cekdiyi ezablar yadima duwende indi de eziyyet cekirem allah hec bir uwaga bu derecede qururu sindiracaq ezab vermesin bu yaxinlarda oglum dediki gel o kitabin kinosuna bax daha maraqli cekilib amma hec cure cesaret tapib baxa bilmedim. amma oxumaga deyer ,
18 sentyabr 2013 12:14
Offline
Mademoiselle
men oxuyuram bu kitabi hal hazirda cox gozel ve maraqlidir.ozum kitab oxumagi ele de seven deyilem feqet bu meni ovsunladi
18 sentyabr 2013 09:43
Offline
Sonay Quluzade
O kitabi mende oxumusam, Vinset Van Qoqun hryatindan behs edir elemi?

Elə, bajı, elə. Dünən tənbəllik elədim, axtarmadım. Sənin yadındamı?
18 sentyabr 2013 09:04
Offline
Hayat Mamedova
Gosterilen linki yukledim ama oxunasi halsa deyil ele bil kitay cin elifbasi ile yazilib.tewekkurler
18 sentyabr 2013 02:33
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Qadin.TV
Son yazılar
Maraqlıdır!
Son şərhlər
Ən çox oxunulanlar
Hansı TV kanalları izləyirsiniz?
Azərbaycan
Türkiyə
Rusiya
Müxtəlif
İzləməyə vaxt yoxdur!
Televizoru satmışıq ))