Bu kitabı əlimə alıb ilk dəfə oxuyanda o qədər də sevə biləcəyimə inanmamışdım. Oxuduqca insan özünü, yaşadıqlarını, həyat tərzini, ən çoxda peşmanlığın nə olduğunu hiss edir. Oxuduqca əsl dostluğun, qayğının, mənəvi tənhalığın, mənəvi ehtiyacsızlığın nə olduğunu hiss edir. Duyğusu var olan bir insanın bu əsəri göz yaşları içində oxumaması mümkün deyil.
Əsərin müəllifi əfqan əsilli Xalid Hüseynidir. Kitab 2004-cü ildə Amerikada çap olunub. Kitab qısa zamanda gözlənilməz oxucu kütləsinə nail olub. Buna görə də kitab demək olar ki, müasir dünya ədəbiyyatının ən gözəl nümünəsinə çevrilib.
Bununla yanaşı romandakı hadisələr monarxiyanın çökməsindən bəhs edir və Taliban hərəkatının dağılmasına qədər Əfqanıstanda, sonra isə Kaliforniyada baş verir. Kitabın başqa bir mövzusu Əfqanıstanda olan etnik qruplar – xəzərlər və puştunlar arasındakı fikir ayrılıqları, eləcə də Əmirin və onun atasının emmiqrant həyatından bəhs edir.
2005-ci ildə roman ABŞ-da "bestsellerlər" (ən çox satılan kitablar) arasında 3-cü yeri qazanıb. 2007-ci ildə kitabda olan hadisələrin əsasında eyni adlı film də çəkilib .
Burdan kitabı türkcə yükləyə bilərsiniz.
http://www.boxca.com/38un9hf24ijz/khaled_hosseini_-_ucurtma_avcisi.pdf.html