Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub.1974-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Gənc Tamaşaçılar Teatrında əmək fəaliyyətinə başlayıb və ömrünün sonuna qədər bu teatrın aktyoru olub.
Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə G.Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
1990-cı illərdə Azərbaycan kinosunda yaranan boşluq G.Qurbanova yaradıcılığından da yan keçmədi. Həmin illərdə aktrisa yaradıcılığını yalnız teatrda davam etdirirdi. Bundan əlavə o, müxtəlif illərdə televiziyalarda “Mikser” (Lider TV), “Qaynar qazan” (ANS) verilişlərini aparırdı. Gülşən Qurbanova verilişə dəvət alan qonaqlarla ünsiyyət qurmaq bacarığından əlavə, aktyorluq peşəkarlığından irəli gələn xüsusiyyətlərinə əsasən ekran mədəniyyətinin də qorunmasını təmin edirdi.Bəlkə sənətini həddindən artıq sevdiyindən irəli gəlirdi ki, o, səhhətində problem olsa da yaradıcılığına fasilə vermirdi. 17 noyabr 2006-cı ildə, o, televiziya proqramlarının birindən axşam evə gələrkən üçüncü dəfə infarkt keçirərək həyata vida etdi.
Aktyor Ağadadaş Qurbanovun qızıdır.
Aktyor Hamlet Qurbanovun ögey bacısıdır. (ata bir, ana ayrı)
Aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı olmuşdur
Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşğun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış etmişdir.
Filmoqrafiya
- Ad günü (film, 1977) (tammetrajlı bədii film)
- Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film)
- Anlamaq İstəyirəm (1980)
- Arvadım Mənim, Uşaqlarım Mənim (1978)
- Bağdada putyovka var... (film, 2000)
- Balıq Günü (1983)
- Bayquş Gələndə (1978)
- Bir Axşam... (1985)
- Bir dəfə Qafqazda (2007)
- Cin Mikrorayonda (1985)
- Evləri Köndələn Yar (1982)
- Günlərin Bir Günü... (1981)
- İntizam (1983)
- İşgüzar Adamlar (1977)
- Qoca Palıdın Nağılı (1984)
- Mən Mahnı Qoşuram (1979)
- Mənim Günahım (1985)
- Ordan-burdan (film, 1987)
- Ötən İlin Son Gecəsi (1983)
- Pərilərə İnanmayın (1979)
- Yol Əhvalatı (1980)
XƏBƏR LENTİ
"Aslan" qonağını parçaladı
Evlilik rekordu qıran məşhurlar
Dünyanın ən varlı 10 xanım idmançısı
Müxtəlif hislərin beyində yaratdığı dəyişikliklər
Təbii yollarla saç düzləşdirən üsullar
Dünyanın ənləri
2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ? - VİDEO
Bakıda döyüş olacaq
Mövlud Çavuşoğludan İlham Əliyevin Yunanıstanın səfirinə dediklərinə REAKSİYA
Toyuqla dünya turuna çıxan gənci siz də tanıyın!
BÜRCLƏR bizə nə vəd edir?- 10 Dekabr
Qayda açıqlandı: gözəllik salonuna getmək istəyənlərin nəzərinə
Türk general Bakıdan İrəvana ULTİMATUM göndərdi: "Bütün imkanlarımızla..."
Ədviyyatlı toyuq budu (foto resept)
Aktrisanın çılpaq görüntüləri Canlı Yayımlandı-FOTO
Kibariye Bakıda konsert verəcək
Bu xəstəlik kefə baxmır
Şokoladlı piroq (foro resept)
Payızın rəngləri
Azərbaycanda tədrisin dayandırılması müddəti uzadıldı - RƏSMİ
Tək ayaqlı güllə əsgər
Şəkər xəstələrinə müjdə - YENİ DƏRMAN KƏŞF EDİLDİ
Millət vəkilləri avtoxuliqanlara qarşı
Uşaqların pis vərdişi: saçla oynamaq
Qısa zamanda gözəl görünmək üçün praktik məsləhətlər
Cari tədris ilində Prezident təqaüdü alacaq tələbələrin SİYAHIsı
Pirojki 8 növdə (foto resept)
BMT-nin məhkəməsi Perunun ərazi iddiasını təmin edib
Bəzi yerlərdə zəif duman olacaq
Havanın temperaturu düşəcək
Dünyanın ən böyük şokolad tablosu ilk Avropa Oyunlarına həsr ediləcək
Göz şişkinliyini yox edən 9 təklif
Bacılar 4 il KİŞİ kimi geyinib dəllək işlədilər-FOTO
Sindi Kroufordun qızı məşhur aktyorla sevgilidir- FOTO
Windows 9 əməliyyat sisteminin istifadə vaxtı açıqlandı
Soyadın sənədlərdə dəyişilməsi problemi
“Hercai”nin aktyorları nə qədər maaş alır?
Hadisenin bahalı doğum günü hədiyyəsi-FOTO
Azərbaycanlı şagird dünya çempionu oldu
QMİ Ramazan ayının başlanması ilə bağlı fətva verdi
Nyu-Yorkda sutka ərzində 4,8 min nəfər koronavirusa yoluxub
Şokoladlı dondurma (foto resept)
Əl çatmaz məhəbbətim
Koronavirusun qorxunc təsiri
Alma şirniyyatı (foto-resept)
Məşhur fırıldaqçı Nyu-Yorkda tapıldı
Uşaqlarda dəmir çatışmazlığının səbəbləri
İdman edərkən diqqət yetiriləcək qaydalar
190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Jerard Depardye Afrikaya köçür
- ŞƏRHLƏR