Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub.1974-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Gənc Tamaşaçılar Teatrında əmək fəaliyyətinə başlayıb və ömrünün sonuna qədər bu teatrın aktyoru olub.
Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə G.Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
1990-cı illərdə Azərbaycan kinosunda yaranan boşluq G.Qurbanova yaradıcılığından da yan keçmədi. Həmin illərdə aktrisa yaradıcılığını yalnız teatrda davam etdirirdi. Bundan əlavə o, müxtəlif illərdə televiziyalarda “Mikser” (Lider TV), “Qaynar qazan” (ANS) verilişlərini aparırdı. Gülşən Qurbanova verilişə dəvət alan qonaqlarla ünsiyyət qurmaq bacarığından əlavə, aktyorluq peşəkarlığından irəli gələn xüsusiyyətlərinə əsasən ekran mədəniyyətinin də qorunmasını təmin edirdi.Bəlkə sənətini həddindən artıq sevdiyindən irəli gəlirdi ki, o, səhhətində problem olsa da yaradıcılığına fasilə vermirdi. 17 noyabr 2006-cı ildə, o, televiziya proqramlarının birindən axşam evə gələrkən üçüncü dəfə infarkt keçirərək həyata vida etdi.
Aktyor Ağadadaş Qurbanovun qızıdır.
Aktyor Hamlet Qurbanovun ögey bacısıdır. (ata bir, ana ayrı)
Aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı olmuşdur
Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşğun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış etmişdir.
Filmoqrafiya
- Ad günü (film, 1977) (tammetrajlı bədii film)
- Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film)
- Anlamaq İstəyirəm (1980)
- Arvadım Mənim, Uşaqlarım Mənim (1978)
- Bağdada putyovka var... (film, 2000)
- Balıq Günü (1983)
- Bayquş Gələndə (1978)
- Bir Axşam... (1985)
- Bir dəfə Qafqazda (2007)
- Cin Mikrorayonda (1985)
- Evləri Köndələn Yar (1982)
- Günlərin Bir Günü... (1981)
- İntizam (1983)
- İşgüzar Adamlar (1977)
- Qoca Palıdın Nağılı (1984)
- Mən Mahnı Qoşuram (1979)
- Mənim Günahım (1985)
- Ordan-burdan (film, 1987)
- Ötən İlin Son Gecəsi (1983)
- Pərilərə İnanmayın (1979)
- Yol Əhvalatı (1980)