Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan fətvada bildirilir ki, Ramazanın hər gəlişi İslam aləmi üçün böyük sevincdir, çünki müqəddəs Qurani-kərim bu ayda nazil olub, xeyir-bərəkət bu ayın rəhmətinə bağlanıb. “Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvimi və yaddaş kitabçasını tərtib edib. Builki hesablamalara əsasən, miladi təqvimlə 29 iyun 2014-cü il - hicri tarixi ilə Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir. Xüsusi minnətdarlıqla bildirmək istərdik ki, Azərbaycan dövləti müsəlman dindarların tolerantlığını və qardaşlıq münasibətlərini nəzərə alaraq Ramazan bayramının iki gün – 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verilib. Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr – Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaqdır, inşallah. Müqəddəs dinimiz orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının sonunda) çıxarılması və imkansızlara verilməsini və bununla da onlara bayram sevincini yaşatmağı tövsiyə edir. Fitrə canın sədəqəsidir və hər bir imkanlı müsəlmanın bu günün həyat şəraitinə uyğun olaraq ailənin hər bir üzvü üçün 5-10 manat civarında fitrə zəkatı verməsi Allahın buyruqlarındandır. Mənəvi birliyimizi qorumaq məqsədilə bu qaydalara və müxtəlif mənbələrdən daxil olmuş və möminlər arasında məzhəb ayrıseçkiliyinə səbəb olan təqvimlərə deyil, məhz QMİ ilə AMEA-nın rəsədxanası tərəfindən birgə hazırlanmış və Azərbaycan üfüqünə uyğun olan mövcud təqvimə riayət etməyi dindarlarımıza tövsiyə edir, bölgələrdəki qazılar, səlahiyyətli nümayəndələr, imam və axundlar tərəfindən icraatının vacib olduğunu bildiririk. Azərbaycanda tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV-dən bu təqvimdən istifadə etmələrini xahiş edirik. Qazilər Şurası din xadimlərimizin nəzərinə çatdırır ki, orucluqda iftardan öncə ehsan süfrələrində iştirak etməkdən qəti şəkildə çəkinsinlər. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək. Əhalidən xahiş edirik ki, belə hallarla rastlaşdıqları təqdirdə QMİ-yə məlumat versin. Azərbaycan dindarları bu əziz günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən bütün qəhrəman övladlarımızın, o cümlədən Qarabağ şəhidlərinin əziz xatirəsini yad edir, ruhlarına dualar oxuyurlar. Mübarək Ramazanda edilən duaların qəbul olunacağına əmin olduğumuz üçün biz Allah-taaladan dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük fədakarlıq göstərən dövlət rəhbərimiz İlham Əliyev cənablarına sonsuz xeyir-dualar diləyirik. Ülvi niyyətimiz budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin! Amin!”, - .deyə fətvada bildirilir. QMİ müsəlman qardaş və bacıları mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edib. Mənbə: Lent.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
BÜRCLƏR bizə nə vəd edir? -10 İyun
Günəş ləkələrinə qarşı nə etməli?
Qozlu əncir mürəbbəsi (foto-resept)
Bir pərəstişkarın xəyal gücü
Türkiyə prezidenti Avropa liderlərinə "diktator" damğası vurub
Baş pediatr: "Azərbaycanda uşaq ölümləri artıb"
Kişilərin qadınlardan eşitmək istədikləri sözlər
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Tarixi faktlar - 1
Nə yediyiniz deyil, nə qədər yediyiniz vacibdir
Vitamin çatışmazlığının əlamətləri
Dekabrın 3-də hər şey məlum olacaq
Evlilik xəbəri yalan çıxdı-FOTO
Qeyri-adi ayaqqabı modelləri
Hamilə qadınlara və valideynlərə
Yumurtalı ət ruleti (foto resept)
İstirahət gününün havası
Bakılıları xəstə edən küy
Dünya fəlsəfi irsindən - 2
Günün qoroskopu: mənasız arzulardan əl çəkin
Sabahın hava proqnozu
Qeyri-adi fincanlar
"X factor" teleşousunun məşhur iştirakçısına ömürlük həbs cəzası verdildi
Toyuq langeti (foto-resept)
“NBC News”: Bayden 30 il sonra Corciyada demokratları qalib etdi
Koronavirusdan ölmüş din xadimlərini öpmək baha başa gəldi
Yaddaş zəifliyini necə aradan qaldırmaq olar?
Putinin qızı avtomobil qəzasında həlak oldu?
“Keçmişdən gələn cəngavər” metroda maraqla qarşılandı - VİDEO
Ramazanın 27-ci gününün duası
"Təhsilin inkişafı məqsədilə verilən təkliflər nəzərə alınacaq"
Azərbaycanda magistratura pilləsinə qəbulda yenilik
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Frida Farrellin bioqrafiyası hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Pablo Pikasso haqqında 10 fakt
Sehirli fincanlar
Dolça və Oğlaq bürcü uyğunluğu
İşin, yoxsa mənəviyyatın?
Hikmət Hacıyev: “Ermənistanın Bərdəyə hücumu nəticəsində 3 mülki şəxs öldü, 10 nəfər yaralandı”
Avtobuslarda gedişhaqqını artırmaq istəyirlər
Bilirdinizmi?
Kim Çen In səlahiyyətlərinin yarısını bacısına verdi
Sürücülərə müjdə: tıxac problemi aradan qaldırılır
Sibel Canın başına gözlənilməz hadisə gəldi-VİDEO
Bakıda bəylə gəlin hər kəsi təəccübləndirdi
Çimərlik və turizm obyektlərində qidalanma necə olmalıdır?
Dünyanın ən ucuz smartfonu istehsal ediləcək
Dünya çempionatının 23 xanımı
Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA
Erməni siyasətçidən şok açıqlama: "Sarkisyan Qarabağı satıb, biz hələ də anlamırıq"















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]