Astma - əlamətləri bəzən ortadan qalxsa da ömür boyu davam edən bir xəstəlikdir. Həkimlər astmalı xəstələrin özlərini yaxşı hiss etsə də, müəyyən müddət dərman və peyvəndlərin lazımlı olduğunu diqqətə çatdırıblar.
Astmalı uşaqlar müvəffəqiyyətsiz olur
Aparılan araşdırmalar astmalı uşaqlarda psixoloji problemlərin ciddi ölçüdə olduğunu aşkar edib. Tez-tez təkrarlanan öskürək, xırıltı və nəfəs çatışmazlığı uşağın əhvalını pozur. Tez-tez xəstələnmək və böhrana girmə qorxusu uşaqda ruhi gərginliyə və xroniki bir stressə səbəb olur. Bəzi uşaqlar şikayətləri olmasa belə, astmalı olduqları üçün narahatlıq, gərginlik hiss edə bilər. Astma böhranları xüsusilə gecələr ortaya çıxaraq yuxunu pozur. Yuxusuzluğun səbəb olduğu yorğunluq, ürək döyünməsi və baş ağrısı uşağın məktəbdəki fəaliyyətinə təsir edən əhəmiyyətli amillərdir. Buna görə də valideynlər diqqətli olmalıdırlar.
Dərmanlar əks təsir edir
Bəzi dərmanların əks təsirləri uşaqları narahat edir. Nəfəs açıcı kimi istifadə edilən yüksək dozalı dərmanlar ürək döyünməsinə, ritm pozğunluqlarına və əllərdə titrəməyə səbəb ola bilər. Allergiyanın müalicəsində istifadə edilən antihistamin dərmanlar isə yuxulamaya səbəb olur. Bu da fikrin dağılması, diqqətsizlik kimi əks təsirlərə gətirib çıxarır. Eyni zamanda burnun tutulması və eşitmənin azalması astmalı uşaqlarda çox rast gəlinən hallardır. Bunlar da dərsi öyrənməyə mənfi təsir edir.
Astmalı uşaqların məktəb davamiyyətinin aşağı düşməməsi üçün nə etməli?
Astmalı uşaqların məktəb davamiyyətinin aşağı düşməməsi üçün aşağıdakı məsləhətlərə əməl edilməlidir:
* Məktəb binaları tıxac olan yolların yaxınlığında olmamalıdır.
* Məktəblərdəki təmir işləri yay tətilində edilməlidir.
* Astmalı uşaq günəş düşən, rütubət olmayan sinifdə oxumalıdır.
* Siniflər hər gün havalandırılmalı və təmizlənməlidir. Təmizlik tətil günlərində edilməlidir.
* Siniflərin döşəmələri parket, müşəmbə kimi sintetik maddələrlə örtülməlidir.
* Uşaqlar sinifdə oynamamalı, toz qalxmasına gətirib çıxaracaq hərəkətlər etməməlidir.
* Məktəblər siçan, tarakan kimi canlılara qarşı nizamlı olaraq dərmanlanmalı, ölü böcəklərin artıqları çox yaxşı təmizlənməlidir.
* Astmalı uşaq lövhəyə və qızdırıcı radiatorlara yaxın oturmamalıdır.
* Təbaşir tozundan uzaq durmalıdır.
* Kəskin qoxusu olan qələmlər də astmalı uşaqlar üçün zərərlidir.
* Müəllim və digər şagirdlər kəskin qoxulu ətir və dezodorantdan istifadə etməməlidir.
* Qidalara qarşı allergiyası olan astmalı uşaq yeməklərini evdən gətirməlidir.
* Bütün şagirdlər qrip peyvəndi olunmalıdır.
* İdman edən astmalı uşaq mütləq həkim nəzarəti altında olmalıdır.
* İdmandan 15 dəqiqə əvvəl dərmanlarını qəbul etməlidir.
* İdmana mütləq əvvəl istiləşmə hərəkətləri ilə başlamalıdır.
* Tox qarına idman edilməməlidir.
* Çox isti və ya çox soyuq, yağışlı havalarda idman edilməməlidir.
* İdman birdən kəsilməməli, 10-15 dəqiqə ərzində yavaş-yavaş bitirilməlidir.
* İdman əsnasında öskürək, xırıltı, nəfəs darlığı çəkənlər idmana ara verməli və yanlarındakı nəfəs açıcı spreylərindən də istifadə etməlidir.
XƏBƏR LENTİ
At quyruğuna qonmuş kəpənək fotoqrafı
Ağdamdakı Çay evinin 27 il fərqlə görüntüsü - FOTO
Hindistanda virusa yoluxanların sayı bir milyonu ötdü
İrem -4 dərəcə şaxtada konsert verdi-FOTO
Bakıda eyvana paltar asmaq QADAДћAN olundu
Mila Yavoviçin qızı aktrisalığa başladı-FOTO
Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi
Ayağı yaralamayan ayaqqabını necə seçməli?
Qışda çəkmələrə qulluq
Qaraciyərin yağlanmasına mane olan qidalar
Bakıda niyə tez-tez tufan olur?
İçərisində 122 nəfər olan gəmi batdı, axtarışlar gedir
Prezident İlham Əliyev Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Beren Saat Bodrum çimərliyinin zibillərini təmizlədi-FOTO
Hellouinin ən maraqlı cütlükləri
Sılanın yeni EŞQİ hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İranı Azərbaycanla yeni körpü birləşdirəcək
Günün qoroskopu: reallıq sizi pərişan edə bilər
Şokoladlı yanardağ keksi (foto resept)
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Hələ belə toy görünməyib
Azərbaycanda yazılı abidələr qanunla qorunacaq
Sağlam bir dəri üçün lazım olan 5 üsul
HAVA necə olacaq?-24 FEVRAL
İsrailli professordan PEYVƏND XƏBƏRDARLIĞI
Göbələkli makaron(foto-resept)
Əsla makiyajlı yatmayın!
İrem Derici hər kəsi təəccübləndirdi
Atasının külündən manikür etdi-FOTO
Serdar Ortaç Xloye haqqında AÇIQLAMA verdi
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib
Günün qoroskopu: Uğurlu gündür!
Xalq artisti Leyla Əliyevanın yaradıcılığına müraciət etdi: “Ey sirdaşım” - VİDEO
Tərz sahibi olmağın yolları
Obama Putinə xəbərdarlıq etdi
Darçınlı peçenye (foto resept)
Google sensor ekranlı noutbuk göstərdi
Zəlimxan Yaqubdan son xəbər
Həyatın həzzi
Biskvitli keks (foto resept)
Tramp geri çəkildi
Bakteriyalar
Azərbaycana idxal olunan minik avtomobilləri ilə bağlı yenilik
Günün qoroskopu: ötənləri xatırlayıb köks ötürməyin
Su və bitkilər arasındakı ahəng
Azərbaycanda koronavirus vaksinasiyası ilə bağlı AÇIQLAMA - CANLI YAYIM
Atəşkəs yenə pozuldu
Bu müəllimlərin maaşı 40% artırılır
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
2000 illik tarixi olan, yeyilə bilən kərə yağı tapıldı
- ŞƏRHLƏR