Elə uşaqlar var ki, tərəvəzi heç görmək belə istəmirlər, elə uşaqlar da var ki, tərəvəzi çox sevirlər. Sevməyən niyə sevmir? Sevən niyə sevir? Buyurun "niyə" suallarına cavab tapaq.
Aparılan son araşdırmalara görə, ana hamiləliyin 6-cı ayında hansı qidalardan istifadə etsə, uşaq da anadan olandan sora o qidaları sevəcək. Hamiləliyin 6-cı ayında çiy, ya da bişmiş tərəvəz yeyən anaların uşaqları dünyaya gəldikdən sonra tərəvəzləri çox sevir. Amma hamiləliyin bu vaxtında tərəvəz yeməyən xanımların uşaqları heç vax tərəvəzə yaxın da getmirlər. Bu o deməkdir ki, hamiləlik zamanı qidalanma gələcək körpənin qidalanmasını xeyirli və ya ziyanlı qidalanmasında böyük rol oynayır.
Uşaqlara süddən əlavə qidalara keçəndə ona tərəvəzi sevdirmək lazımdır. Bundan başqa, ailə üzvlərindən biri tərəvəzi sevmir və tərəvəz yemirsə, uşaq da ona baxıb tərəvəzdən uzaqlaşır. Amma bunların heç biri olmaya da bilər. Ailədə hamı tərəvəzi çox sevir: uşaq körpəlikdən tərəvəzi tanımış olur, ancaq bağçada, ya da məktəbdə dostları tərəvəzə heç yaxın durub dadını bilmirlərsə, uşaq da onlar kimi olmaq istəyər. Ana işləyir və ancaq uşağına yemək yedirtdiyi vaxt uşaqla maraqlanırsa, uşaq bundan istifadə edərək tərəvəzdən uzaqlaşar. Bunlardan əlavə brokoli, kərəviz, kələm kimi bəzi tərəvəzlərin iyi çox insana xoş təsir etmədiyi üçün uşaqlar sevmirlər. Dadını bilmədən sadəcə iyinə görə bu tərəvəzlərin dadına baxmırlar.
Uşaqlara tərəvəzi necə sevdirməliyik?
Ailədə tərəvəz sevməyən biri varsa, uşağın yanında tərəvəzi sevmədiyini deməsinin yerinə, tərəvəzin çox xeyirli olduğunu, tərəvəzi çox sevdiyini, xəstəliklərin qarşısını aldığını deməsini xahiş edin. Tərəvəzi uşaqlara güclə verməyin, bu hərəkətiniz uşağı tərəvəzdən uzaqlaşdırar. "Bundan yemək istəyrsən? Yeyirsən?" kimi suallar uşağın sevmədiyi hər hansısa qidanı istəyib-istəməməsinin özündən asılı olduğunu hiss edər və cavabı həmişə "Yox" olar. Buna görə bu sualları uşağa verməyin. Amma süfrənizdən tərəvəz yeməklərini, salatları əskik etməyn. "Çox dadlıdır, bir az ye" yerinə, "Ancaq dadına bax" desəniz, uşaq dadına baxmağa çalışacaq.
Görülən işlər göstərir ki, süfrədə həmişə olan bir qida (ən azı 8-10 dəfə qoyulan) bir müddət sonra uşaqda maraq yaradır və uşaq dadına baxır. Halbuki, uşaqlar hər dəfə istəmədiklərini dedikləri üçün ailə uşağın qarşısına bu qidadan qoymur. Burada əhəmiyyətli bir nöqtə var: uşaq tərəvəzi tanımalıdır. Tanısa, sevər və yeyər. Bağınız varsa, bağda bərabər tərəvəz əkə bilərsiniz. Eyvanda saxsı qabda da əkmək olar. Birlikdə dükana gedib uşaqlardan tərəvəz gətirərək ona toxunub, iyləyib, hiss etməsini təmin edə bilərik. Tərəvəz bişirərkən uşaqdan kömək istəyə bilərsiniz: yumağa, doğramağa, çox gözəl düzəldərək süfrəyə gətirməsində kömək edin. Lobyaları necə təmizləyib, soğan, sarmısağı təmizləməyi, pomidorları yuyub, soğanı qızartmağı, dolmalıq bibərin başını kəsib içini təmizləməyi, salat doğrayıb qarışdırmağı, makaronun üstünə tərəvəzlə bəzək vurub süfrəyə verməyi öyrədib, sonra özünün tək etməsini tələb edin.
Artıq çəki gedərək böyüyən bir problemdir. Uşağınız normal çəkidə və ya az çəkili ola bilər. Ancaq bu o demək deyil ki, irəlidə kök olmaq riski yoxdur! Həm buna qarşı bir tədbir, həm də uşağınızın immunitet sisteminin inkişafı üçün gündəlik ehtiyacını qarşılayan, xərçəngə və digər bir çox xəstəliyə qarşı qoruyucu olan tərəvəzi bişərərək ya da çiy olaraq, uşağınızın gündəlik qidalanmasından əskik etməyin.
Uşaqlar niyə səhər yeməyi yeməyə məcburdular?
Səhər yemək yeməsələr, gələcəkdə uşaqları hansı problem gözləyər? Nizamlı nahar edilməsə, beynin ehtiyac duyduğu enerjini qəbul edə bilməz. Belə olduqda yorğunluq, baş ağrısı, diqqətsizlik kimi problemlər özünü biruzə verir. Nahar etməyi vərdiş halına gətirməyən uşaqları irəlidə gözləyən ən böyük problem artıq çəkidir. Bundan başqa, şam yeməyi ilə nahar yeməyi arasında 10-12 saat fərq var. Ac olanda beyinə enerji verən qanda şəkər səviyyəsi çox aşağı olur.
Çöldə hazırlanan yeməklərin zərəri nədir?
Çöl yeməkləri ucuz, tez-tez tapılan və dadlı olduqları üçün uşaqlar və kişilər onlara daha çox üstünlük verir. Bu yeməklərə normadan daha çox yağ qatılır. Bu qidaların istehsalında uzun müddət qalmağı və görünüşünün daha gözəl olmağı üçün qatqı maddələrindən istifadə edilir. Bişiriləndə qatılan maddələr və konservləşdirilmiş qidalar qatıldığı üçün təhlükəlidir. Qida dəyəri olaraq da kafi və balanslı qidalanmaq üçün ölçülərdən istifadə etmirlər, vitamin və minerallar yox dərəcəsindədir. İnsana lazım olduğundan çox şəkər və yağ qatırlar. Bunun ziyanını çox vaxt uşaqlar çəkir. Uşaqlar böyüyüb inkişaf etdikləri dövrdə canları istədiyi qidanı yox: sağlam, balanslı və kafi bəslənəcəyi qidalara üstünlük verməlidirlər.
Niyə süd içməyi uşaqlarda vərdiş halına gətirilməlidir?
Süd bədənin ehtiyacı olan 3 əsas qida elementini daşıyan tək qidadır. Kalbonhidrat, zülal, yağ, kalsium cəhətdən ən zəngin qidadır. Çox qidaların tərkibində kalsium var, məsələn: tərəvəz, meyvə, çörək, pendirə də kalsium daxildir. Ancaq insanın gündəlik 800 mg kalsium ehtiyacını qarşılamaq üçün ən azı 3 kilo alma yeməyi lazımdır. Halbuki, gündə 3 stəkan süd içsəniz, kalsiumu tamamlayar və kaloridə almazsınız. Digər tərəfdən pendirin də kalsiumu yetərincə çoxdur. Yalnız 100 qr pendirdəki kalsium 1 stəkan südün kalsiumuna bərabərdir. İnsanın günlük kalsium ehtiyacını 300 qr pendir qarşılaya bilər. 1 stəkan çox yağlı süddə 114 kalori var. Ancaq çox yağlı pendirdə 280 kalori var. 30 yaşına qədər 1 insan gündəlik kalsium qəbul edibsə, bu gələcəkdə sümük əriməsinin qabağını alar, ya da tamam yox edər. Süd, glisemik indeksi aşağı qida olduğu üçün insanı tox saxlayır. Bu da daha çox yeməyin qabağını alar. Amma gündə 1-2 litr süt içsəniz qan azlığına səbəb olar.
Tərəvəzin uşaqlara faydası nədir?
Uşaqların tərəvəzlə nə vaxt və necə tanış olduqları, sevmələri üçün vacib bir üsuldur. Ailə üzvlərindən biri tərəvəz sevməsə bu uşağın da sevməməsinə səbəb olar. Ailə uşağa bu istiqamətdə nümunə olmalıdır. Bazardan, dükandan alış-veriş edəndə uşaqları qidalarla tanış edin. Uşağın tərəvəzlərə toxunması, onları iynəməsi, hətta seçərək alması uşağı tərəvəzə yaxınlaşdırar. Tünd iyli tərəvəzlər, uşaqda xoş təsir oyatmaya bilər. Üzərinə düşməyin. Eyni şəkildə sevmədiyi tərəvəzləri yeməyə məcbur etməyin. Sevmədiyi tərəvəzlər, ətli yeməklər, börək ya da makaronun üstündə verə bilərsiniz. Tərəvəzdən hazırlanan bir axşam yeməyi, çox zövqlü bir masa düzülüşü və tərəvəzdən hazrlanmış gözəl iştah açıcı fiqurlu əyləncəli yemək. Tərəvəzin yerdə və ya ağacda yetişdiyi, tərəvəzin harda, necə yetişdiyi kimi bilgilər uşaqda maraq yaradar. Evdə uşaqla birgə tərəvəzlər haqqıda axtarış edin. Evdə saxsı qabda yetişən tərəvəzlərin necə yetişdiyinə baxa bilər. Tərəvəzin bizə nə qədər xeyirli olduğunu desəniz uşaq tərəvəzi sevməyə başlayar.
XƏBƏR LENTİ
Çin hökuməti vətəndaşlara müraciət etdi: Uşaq dünyaya gətirin
Bakı sakinlərinə şad xəbər
Dünya şöhrətli bakılı alim
"Bunun qarşısını ala bilməyəcəyik"
Polşada "Azərbaycan Mədəniyyəti və İncəsənəti" seriyasında" kitablar nəşr olunub
Dollarda qəfil ucuzlaşma
Bu restoranda ofisiant qızlar çimərlik geyimində gəzir - FOTO
Bakı bulvarında daha onları görməyəcəyik
Azərbaycanda VİP yas mərasimləri
Nazirlikdən xəbərdarlıq: "Diqqətli olun!"
Gəlinlik saç düzümləri
Yeni müharibə xəbərdarlığı
İmtahanlar yaxınlaşır, məzunlar isə...
“Google” mobil operator olmaq istəyir
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Rafet El Roman yenidən onunla evlənir? - FOTO
Suxarili salat (foto resept)
Uşaq otağı dizaynı
Ningen-qeyri-adi varlıq!
Məşhurları İlk Dəfə Belə Görəcəksiniz - FOTO
Ayselin “Eurovision 2018” mahnısı DƏYİŞDİRİLDİ:VİDEO
Kükü (foto resept)
"Bunu adi tamaşaçı da hiss edir"
Zander (foto resept)
Orqanizmin düyü ilə təmizlənməsi
Evliliyin ən çətin və xoşbəxt illəri
Məşhur həkim özünü koronavirusdan necə qoruyur?
Köhnə pianodan xəzinə çıxdı
Bu 16 situasiya qadınları çox özündən çıxarır
Toxunma uşaq geyimləri
Bakıda ictimai nəqliyyatda "MasterCard"la ödəniş olunacaq
Onlar bir zamanlar sinələrdə parlardı...
2011-ci ilin ayaqqabı modelləri
Nurgül Yeşilçay Mert Fıratla tərəfli müqabili oldu
Azərbaycandan ABŞ-a etiraz
Ramazanın beşinci gününün duası
Səhər-səhər bunları qətiyyən yeməyin
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Cənnət qonşusu
Şuşada tapılan 32 illik hədiyyə hər kəsi duyğulandırdı - FOTO
Kökəlməyimizin 5 əsas səbəbi
Çöpçülər: Uşaqların dərdlərinin əlacı onlardadır?
Günün ulduz falı
Nəqliyyat Nazirliyinin böyük layihəsi puç oldu?
ABŞ Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsinə çağırıb
Gənc qız əqrəb, taxtabiti, qurd yeyir
Rusiya COVID-19 peyvəndini uşaqlar üzərində sınayacaq - RƏSMİ
Tekila içkisi haqqında
Küçə sənəti - 1
Azərbaycanda yeni telekanal açıla bilər
- ŞƏRHLƏR