Günəş isti üzünü gün keçdikcə daha da hiss etdirir. İsti hava bizim üçün xoşbəxtlik qaynağıdır, bəs hamilələr üçün necə?
Yay hamiləliyində nə etməliyik?
Hava istiliyinin getdikcə artması hamilələr üçün də bir az daha çətin günlər başlamış olur. Hamiləlik boyunca qan dövranı təəccüblü ölçülərdə artır. Hormonlardakı dəyişikliklərlə və qan dövranındakı tezləşmələrlə artan bədən daxili temperaturu, bir də havaların istiliyi ilə əlavə çətinliklər başlayır.Tətbiq olunacaq bir neçə sadə üsul və kiçik detallar bu çətin günlərin öhdəsindən gəlməyi təmin edə bilər.
Günəş işıği faydalıdırmı?
Təmiz hava və günəşdən hamilələr mütləq faydalanmalıdırlar. Günəş işığının qəbul olunmaması D vitamini əksikliyinə yol açacağını ifadə edən mütəxəsislər bunun da ana qarnındakı körpənin beyninin inkişafına təsir edəcəyini vurğulayırlar. Ana qarnındakı körpənin günəş işığına hər zaman ehtiyacı vardır və az miqdarda alınan günəş işığı irəlidəki yaşlarda şizofreniyaya yol aça bilər. Lakin hamiləliyini yay aylarında keçirən ana namizədlərinin əhəmiyyət vermələri lazım olan bir neçə məsələ var. Körpə sağlamlığının ana qarnında başladığı qətiliklə unudulmamalıdır. Həddindən artıq istiyə məruz qalan hamilələrin körpələrində müxtəlif şikəstliklərə qədər çatan problemlər ortaya çıxa bilər. Bu səbəblə ana namizədləri özlərinin və körpələrinin sağlamlığı üçün həddindən artıq istilərdə diqqətli olmalıdırlar.
Maye qəbulu vacibdirmi?
Hamilələrin maye qəbulu istiliyin artması ilə birlikdə daha da artırılmalıdır. Qan həcmindəki artım və rəhmdəki körpəni qorumaq üçün çıxarılan amniyon mayesinə görə daha çox mayeyə ehtiyac görülür. Bədənin susuz qalması rəhmdə sıxılmalar səbəbindən tez doğuma səbəb ola bilər. Lazımlı olacaq qədər maye qarşılanmadığında sidik yolu infeksiyalara, qəbizlik, hemoroid kimi bir çox vəziyyətlərlə qarşılaşma riskini artırır. Hər gün çoxlu su içilməli və gün içərisində həddindən artıq olmamaq şərti ilə meyvə suları ilə mayeyə olan ehtiyacınıza dəstək ola bilərsiniz. Buzlu, nanə və limon ətirli içkilər sərinləşdirici alternativ içkilər meydana gətirə bilər. Diqqət edilməsi vacib olan başqa məsələ isə bədəndə maye itkisinə yol açan qəhvə, çay və kola kimi içkilərdən uzaq durmağınız lazımdır. Təklif olaraq gündə ən azı 8 və ya 10 stəkan su içilməlidir.
Günəş şüalarından necə qorunmalıyıq?
Günəş şüalarına məruz qalmamaq üçün mümkün qədər 11.00-16.00 saatlarına qədər çölə çıxmamağa diqqət göstərilməlidir. Günəş şüalarının daha dik və təsirli olduğu bu saatlar arasında çölə çıxmaq məcburiyyətində qaldıqda isə mütləq günəş qoruyucu yüksək faktorlu günəş kremi dəriyə sürülməli, şapka taxılmalıdır. Gedərkən kölgəli yerlər secilməli, geyimlər açıq rəngli parçadan və ipək pambıqlı bir quruluşda olmalıdır. Tez-tez fasilə verilməli və maye qəbul edilməlidir. Hamilələr səhər və ya axşamçağı gəzməkləri ilə yayın kefini çıxarmalıdırlar.
Bədən şişməsinə qarşı nə etməliyik?
Hamiləliyin son aylarında nadir də olsa, əllərdə və xüsusilə ayaqlarda şişmə halları olur. Hava istiliyindəki və nəm nisbətindəki artım bədəndəki şişməyi artırır. Ayaq üstə çox qalmaq, çox oturmaq və uyğun olmayan ayaqqabılar geyinmək bu şişməyə mənfi təsir göstərir. Hamiləlik dövrü ərzində, xüsusilə isti havalarda qıçlardakı qan dövranını təmin etmək məqsədi ilə ayaqları yüksəyə qaldırmaq, ayaqları və qıçları masaj etmək, ayaq duşu etmək tösiyyə edilir. Bu etdikləriniz qış və ayaq biləklərindəki şişkiliklərin enməsinə kömək edir.
İş yerində isti havaya qarşı nə etmək lazımdır?
İş yerində istidən qurtarmaq üçün əl və ayaq biləkləri su ilə nəmləndirilməlidir. İşləyərkən ara bir gəzib qan dövranını təmin edilməlidir. Təmiz hava almaq və su içmək sii rahatlaşdıra bilər. Aşıq ayaqqabılar, pambıqlı və dar olmayan geyimlər ilə istiliyin çətinliyini yüngülləşdirə bilərsiniz. İstilər ilə birlikdə xüsusilə son aylara yaxınlaşmısınızsa, baş ağrısı, baş gicəllənməsi, ürək bulanma, yorğunluq və halsızlıq da özünü göstərə bilər. Bu vəziyyətdə tez su içilməli, ayaq üstə dayanmamalı, hətta uyğun bir yerə uzanmalı və qan şəkərinin enməsini fikrləşərək nəsə yemək lazımdır.
Dondurma və bənzəri olan qidalar necə qəbul edilməlidir?
Yay istisində sərinləmək məqsədi ilə tez-tez yeyilən dondurma, süd və ayran kimi məhsullar alınarkən diqqət edilməli və çöldə istiyə məruz qalmış məhsullar alınmamalıdır. Kohnəlmiş qidaları qəbul etmək həm ana, həm də körpə üçün olduqca təhlükəlidir. Məhsulların açıq olaraq satılmadığı və əmin olunan yerlərdən alış-veriş etmək əhəmiyyətlidir. Bişirmə üsulu olaraq qızartma seçilməməlidir. Mövsümə uyğun tərəvəz və meyvələrindən hazırlanacaq salatlar yaxşı yuyulduğu müddətcə ən uyğun yeməklərdir.
XƏBƏR LENTİ
Gözünüzün rəngi xasiyyətinizdən xəbər verir
Azərbaycanda milli ödəniş sistemi yaradılacaq
Azərbaycan futbolunun "mərdimazar"ları
Metroda şalvarsız gün
Nyu-York moda həftəsi, Ralph Lauren
Uşaq otaqları üçün fərqli dizaynlar
Koronavirusun müalicəsində yararsız olan dərmanın adı açıqlandı
Ömrü uzadan səbəblər
NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı
Məhkəmə ANS-lə bağlı QƏRARını açıqladı
Saç uzadan zeytun yağı
104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ... - FOTO
Doğum gününə görə xarekter ( sentyabr)
“Helikopteri ruslar vurub”
Üz formasına görə qaş formaları
Ayrılmağı Serenay istəyib
Kriştianu Ronaldunun bacısı qardaşının koronavirusa yoluxmasına inanmır
Ağız qoxusuna son
Kosmetikamızı özümüz hazırlayaq
Həkiməqədər ilk yardım
Çuğundur salatı
ABŞ yeni qırıcıları sınaqdan çıxarıb
Dərini 1 gecəyə ağardan maska
Ölüm vaxtını təyin edən test inkişaf etdirildi
Diqqət: Xəzərdəki xəstəlikdən qorunun
Göz hərəkəti nədən xəbər verir?
Azərbaycanda 5 gün iş olmayacaq
Britni Spirsin fotoşop yalanı üzə çıxdı - FOTO
Payız aksesuarı
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Peyğəmbərin uşaqlığından bəhs edən film nümayişə başlayır
Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq
Londonun hava məkanı bağlandı
Qarğıdalı unundan hazırlanan maskalar
Azərbaycanın tanınmış professoru vəfat etdi
“Zəfərə doğru” bayraq yürüşü oldu - FOTO
Depressiyanın əlamətləri
Bakıda 4 gün davam edən Hindistan toyu - FOTO
İstirahər gününün havası AÇIQLANDI - Sinoptiklər növbəti günlər üçün XƏBƏRDARLIQ yaydı
Demet Özdemir İlk Dəfə ETİRAF etdi-FOTO
Ali məktəblərə qəbul imtahanlarının tarixi dəyişə bilər? - AÇIQLAMA
İlham Əliyev başsağlığı verdi
Məşhur aktrisa ərə getdi-FOTO
Limonla gözəlləşin
Yanvarın 17-si UŞAQLARI bağçalara APARMAYIN!-RƏSMİ XƏBƏRDARLIQ
Yalançı toyuq budu (foto resept)
Bakıda karantin qaydalarını pozan yüzlərlə şəxs cəzalandırıldı
Cennifer Lopez güllə keçirməz villada qalacaq!-FOTO
"Azərbaycanın mədəniyyət və turizm sahəsində yeni islahatlara ehtiyac var"
Jerar Depardye Rusiyadan qaçdı
- ŞƏRHLƏR