Hər “dərs oxuma proqramı” eyni zamanda “həyat planlama proqramı”dır. Elə bir şagird yoxdur ki, həftəlik dərs oxuma proqramının olmasını və bu proqrama riayət edərək dərslərində uğur qazanmasını istəməsin. Həmçinin, ailələr də uşaqlarının planlı həyat yaşamaları və nailiyyətlərə imza atmaları arzusundadırlar. Bütün bu arzuların həyata keçməsi üçün isə ilk növbədə evdəki sosial həyat planlaşdırılmalıdır.
Bu mövzuda yazılmış bir çox tövsiyyələr və yazılar var. Təbii ki, şagirdlərin bütün bunların hamısını əldə etməsi və nəzərə alması qeyri-mümkündür. Ona görə də bu yazımızda əhəmiyyətli hesab etdiyimiz bir necə məqamı qeyd edəcək, yazının sonunda isə nümunə üçün bir dərs proqramı verəcəyik.
Əgər ilk dəfə proqram hazırlayırsınızsa, əvvəlcə bunu bilməlisiniz ki, dərs oxuma proqramının konkret bir şəkli və ya cədvəli yoxdur. Əgər tətbiq olunduğu zaman sizi birbaşa uğurlu gələcəyə aparacaq sehrli bir proqram olsaydı, böyük məmniyyətlə onu sizə təqdim edərdik. Proqramın əsl sirri isə sizin göstərəcəyiniz səbirdə və iradədədir. Əvvəlcə özünüzü yaxşı tanıyın. Digər tərəfdən, dərs oxuma proqramını hazırlamazdan əvvəl aşağıdakı sualları cavablayın. Və təbii ki, qeyd götürməyi də unutmayın.
Əgər bu suallara cavab yazmaqda çətinlik çəkmədinizsə, deməli, proqramlı həyata ilk addımınızı atdınız. Dərs oxuma proqramı həftəlik hazırlanmalıdır. Digər tərəfdən dərslərdən kənar hansı gün kimə və nəyə vaxt ayırdığınızı yaxşı bilməlisiniz. Həftənin hər günü nə edəcəyinizi yazmalısınız. Amma daha dəqiq proqram hazırlamaq üçün başqa məlumatlara da ehtiyac var.
Dərs oxuma proqramında o gün məktəbdə tədris olunan fənləri təkrar etmək üçün vaxt ayırın. Ancaq sonrakı günün dərslərini gözdən keçirməyi də yaddan çıxarmayın. Məsələn, çərşənbə axşamı məktəbdən sonra dərs oxuma proqramının ilk saatlarını o günün dərslərinin təkrarına ayırın. Sonrakı saatlarda gözucu da olsa çərşənbə günü olacaq dərslərə nəzər salın. Beləliklə, eyni dərsi 2 gün ərzində 3 dəfə təkrar etmiş olacaqsınız (əlbəttə ki, məktəbdə müəllimin dərsi izah etməsini də nəzərə almaq şərti ilə). Bir dərsi oxuma müddəti 20 dəqiqədən az 40-50 dəqiqədən isə çox olmamalıdır. Ancaq riyaziyyat kimi çox vaxt tələb edən dərslər üçün bu vaxtı artırmaq da mümkündür. Hər dərs arasında mütləq 10-15 dəqiqə fəsilə verilməlidir. Oxsar dərsləri dalbadal oxumayın. Biologiya dərsindən də bildiyimiz kimi müxtəlif dərsləri oxuyarkən beynin müxtəlif sözləri aktiv olur. Humanitar dərsdən sonra dəqiq fənni oxumaq həm də beynin aktiv istirahətinə kömək etmək deməkdir.
İmtahan gününə qədər görəcəyiniz işlər
Eyni zamanda yatmaq üçün də düzgün saat müəyyən edin. Ən geci saat 24.00-dan sonra yatmağa gedin. Bu saatlardan sonra zehninizi yormayın və zehninizə istirahət etmək üçün vaxt verin. Düzgün qidalanmağın, sağlam olmağın, sağlamlığınıza ziyan gətirəcək ərzaqlar əvəzinə sağlamlığa xeyir gətirəcək qidalara üstünlük verməyin də çox vacib olduğunu unutmayın. Faydasız telefon danışıqlarına (istər ev istərsə də mobil) vaxt sərf etmək, faydasız televizor proqramlarına vaxt ayırmaq, faydasız işlə məşğul olmaq kimi pis vərdişləri özünüzdən uzaqlaşdırın. Bunun üçün üzərinizə düşən məsuliyyəti qoyduğunuz məqsədi yalnız oxumaqla əldə edə biləcəyinizi gözünüzün qarşısına gətirin və bütün vərdişlərinizə “yox” deyin.
Həyatda uğur qazanmaq məqsədə nail olmaq və cəmiyyətdə yerinizi tapmaq öz əlinizdədir. Sizə uğurlar arzulayıram. Qoy üzünüzdən heç vaxt təbəssüm əskik olmasın.
P.S Ən pis proqram proqramsızlıqdan daha yaxşıdır.
Abituriyentlər üçün dərs oxuma proqramı
Gün Saat |
1-ci gün |
2-ci gün |
3-cü gün |
4-cü gün |
5-ci gün |
6-cı gün |
7-ci gün |
|||||
07:00-07:45 |
Sabahınız xeyir! Məktəbə getməzdən əvvəl səhər yeməyini unutmayın! |
8:00-8:30 Səhər yeməyi |
||||||||||
07:45-08:30 |
Məktəbə gecikməməli və ehtiyatlı getməlisiniz. Uğurlu dərslər. |
|||||||||||
08:30-13:30 |
Məktəb |
Universitetə hazırlıq əlavə dərslər |
||||||||||
13:30-15:00 |
Yol. Günorta yeməyi. İstirahət |
|||||||||||
15:00-15:30 |
Universitetə hazırlıq dərsləri. Yol. |
Sərbəst: İstirahət etmək olar |
||||||||||
15:30-17:00 |
Dərs oxuma |
Dərs oxuma Az.dili |
||||||||||
17:00-18:00 |
Sərbəst: Kitab oxumaq olar |
|||||||||||
18:00-20:00 |
Dərs oxuma |
Dərs oxuma kimya |
||||||||||
20:00-21:30 |
Axşam yeməyi. İstirahət. |
|||||||||||
21:30-22:20 |
Dərs oxuma: |
Dərs oxuma: |
Dərs oxuma: |
Dərs oxuma: |
Dərs oxuma: |
Sərbəst: Televizora baxmaq olar |
||||||
22:20-22:40 |
Meyvə yemək və ya çay içmək olar. |
|||||||||||
22:40-23:30 |
Dərs oxuma: |
Dərs oxuma: |
Dərs oxuma: |
Dərs oxuma: |
Dərs oxuma: |
Sərbəst: kompüterlə oynamaq olar |
||||||
23:30-00:00 |
Yatmazdan əvvəl 30 dəqiqə kitab oxumağı vərdişə çevirin. |
|||||||||||
00:00-07:00 |
Dişlərimizi fırçalayır və ailəmizə “Gecəniz xeyrə qalsın” deyirik. Şirin yuxular! |
|||||||||||
Qeyd |
Həftə içindəki günlərə kitab oxumaq, televizora baxmaq, komputerlə oynamaq kimi işləri yazmırıq. Bunları həftə sonunda sərbəst vaxtlarınızda keçirə bilərsiniz. |
XƏBƏR LENTİ
Dəriniz yaz meyvələri ilə yenilənsin
Qeyri-peşəkarların "psixoloqluğu": həyatınız məhv ola bilər
Ebru Şallı bu gün ərə gedir
Adriana Limanın pəhriz siyahısı
BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”
Xəzər dənizində zəlzələ oldu
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
Sağlam olmaq üçün məsləhətlər
İlham Əliyev 2 həftə vaxt qoydu
Makiyaj masaları
HAVA necə olacaq?-XƏBRDARLIQ
Zaman axıb gedir
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bergüzar Korelin 3 aylıq oğlu-FOTO
Sivilizasiyanın sonunu gətirəcək risklər
Haçalanan saçlar üçün maska.
Qadın metroda doğdu
Yaponlar yeməyi niyə çubuqla yeyir?
Sinələrin sallanma səbəbi
Tapmacalar
Sarkisyan mühasirədə
Özünüzdə yaşlanma əlamətlərini hiss edirsiniz?
87 kq arıqlayan qadın bodibildinq turnirinə qatıldı-FOTO
Yaxın Şərqdə yeni müharibə başlayır
Balıq sousu (foto resept)
Bədənin möhkəmləndirilməsi
2012-nin yay geyimləri
Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Günün qoroskopu: bu gün özünüz haqda daha çox düşünəcəksiniz
Emmy mükafatı: Qırmızı xalça
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Hadisə bu dəfə də geyimi ilə Gündəm oldu- FOTO
Dünyanın ən böyük fənər sərgisi
Sabahın HAVAsı
Meşələrdə yaşayan qəribə insanlar
Paxla çığırtması (foto resept)
Xəstəliyə qarşı mürəbbələr (2)
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kaliforniyalı qadın 10 dəqiqəyə 32 burger yedi
Görüntüləri yayılan Ece Erken istefa etdi
Əzələlər və stress
Vitaminli xörəklər - 4
2011 modeli çantalar
Uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı
Bleyk yeni trend yaratdı-FOTO
Bu tələbələrə təqaüd veriləcək
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
"Qaqa" sözü necə yaranıb?
Daşınan sensor vücudu yoxlayacaq
- ŞƏRHLƏR