Müəllimlik sözsüz ki, ən çətin peşələrdən biridir. İnsanın bütün zehni, fiziki, mənəvi resurslarını tükədir. Xüsusən yazı-pozu və zehni iş olması bir müəllimin bir saatda xərclədiyi enerjini bir daş karxanasında bir fəhlənin 3 saatda sərf etdiyi güc və enerjiyə bərabər edir.
Müəllimin işi dərs saatından sonra da bitmir, mütəmadi yoxlama, kurs, imtahan, jurnal yazmaq, dəftər və yazı işi yoxlamaq, özünün imtahanları və s və ilaxır.
Bütün bunlar onun özünə diqqət yetirməyə vaxt və gücünü azaldır, müəllim bir də gözünü açır ki, 35 yaşı olsa da, 60 yaşlı bir adamın xəstəlik tarixçəsində tapılan simptomları var.
-LOR orqan xəstəlikləri – faringit, laringit, səs tellərinin problemləri
Bu siyahı çox uzundur. Səs telləri, boğaz və sinirlərin daim gərgin olması, insan kütləsi içində səsini yüksəkdən çıxarmağa məcbur olması LOR orqanlarında toz, quru hava, infeksiya səbəbindən iltihabi proseslər çox yaranır. Vəziyyət qışda daha da çətinləşir: çünki siniflər radiatorla, istilik sistemi ilə isidildikdə, otaqda hava quru olur, bu da səs telləri, burun, udlaq üçün zərərlidir.
-İnfeksion xəstəliklər
Nəzərə alsaq ki, dərsdən qalmamaq üçün hətta xəstəliyi olan uşaqlar da gəlir və hər uşaqda olan virus, bakteriya, infeksiya hava-damcı yolu ilə yayılır, müəllimlər də bu viruslara yoluxmaq təhlükəsi ilə üz-üzə qalır. Hər müəllimin də immuniteti güclü deyil. Ona görə müəllimlər il ərzində ən çox qrip və hərarətdən əziyyət çəkən tərəf olur.
-Gözlərdə problem, görmə zəifliyi
Gözlərə böyük və qarşısı alınmaz yük və nurun sərfiyyatı onları daha tez yaşlarda yaxındangörmə, dumanlı görmə, ağır astiqmatizmə düçar edib, eynəyə məhkum edir.
Müəllimlər il ərzində gözləri üçün ən müxtəlif möhkəmləndirici metodları sınamalıdır.
-Həzm pozğunluqları, qastrit
Müəllimlər dərs saatları müddətində, xüsusən daha çox saatı olan müəllimlər normal rejimdə qidalanmır, təbii ki, dərsdə və ya fasilədə ev yeməkləri yeyə bilmir, çox zaman bufetə vaxt tapmır, vaxtında maye, çay qəbul etmir, ona görə də həzm pozğunluqları, mədə-bağırsaq, mədəaltı vəz problemləri qaçılmazdır.
Bəzən şagirdlər düşünürlər ki. müəllimlər ümumiyyətlə yemək yemir, hava ilə dolanır. Bu fərziyyə əslində gerçəyə yaxındır. Müəllimlər hər addımbaşı, xüsusən şagirdlərin gözü önündə qida qəbul etmir, heç buna vaxtları da yoxdur. Eləcə də stres və gərginlik onlarda mədə nevrozu yaradır
-Ürək-damar problemləri
İstər orta məktəb, istər ali məktəb müəllimləri içində elə dərsə gələn zaman və ya məktəbdə infarkt, insult olma faktları çoxdur. Oturaq iş, gərginlik, az hərəkət, stress, hipodinamiya- müəllimləri artıq 45 yaşından damar –ürək patologiyaları ilə üz-üzə qoyur. Təzyiqləri qalxır, şəkərli diabet olurlar və damar tıxanması baş verir.
Ayaq üstə çox dayanmaq isə varikoz və tromboz yaradır.
-Nevroz, vegetativ distoniya, gərginlik baş ağrıları
90% müəllimlər müntəzəm boyun, gicgah, baş ağrılarından şikayətlənir, bəzən özlərini pis hiss edərək, müxtəlif həkimləri gəzir, nasazlıqlarına cavab kimi, əsəbdən, stresdəndir cavabını eşidirlər.
Müəllim olmaq dəmir sinirlərə sahib olmaq deməkdir, amma bu hər adama nəsib olmur.
Ona görə hər müəllim yanında validol, valerian, müxtəlif sakitləşdiriclər gəzdirir. İş yerində konfliktlər, yersiz tələblər, bəzən güce yetməyəcək yüklənmə, müasir uşaqların tərbiyəyə çətin tabe olması – hazırda müəllimliyi insan sağlamlığı üçün ən təhlükəli peşələr səviyyəsinə gətirib.
Müəllimlər emosional yanma və tükənmişlik sindromundan əziyyət çəkir, lakin təqaüdə kimi bunu gizlədir.
medicina.az
XƏBƏR LENTİ
Məşhur aktyor "Yasak Elma"da
Noutbukların qiyməti bahalaşacaq
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq - AÇIQLAMA
Xocalının Quşçubaba kəndi Baharlı adlandırıldı
Meqan Fox aparıcılıq edəcək-FOTO
Günün ramazan təqvimi (28 iyun)
Sosu və Haru
Boyun düzləşməsi əlaməti
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Sellülit üçün faydalı yağlar
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq
Şuşa həbsxanasının indiki vəziyyəti - VİDEO
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dərdli zamanlardan qurtulmağın yolu
“İmamzadə” ilə bağlı sərəncam
Şokolad haqqında bilmədiyiniz faktlar
Taekvondo üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Putinin daha bir istedadı üzə çıxdı - VİDEO/FOTO
Dünyanın ən bahalı spirtli içkisi oğurlandı
Məşhur aktrisa yıxıldı-FOTO
Övladım əzizdir, tərbiyəsi ondan da əziz
Münasibətdə qadınların yol verməməli olduğu xətalar
"Ermənilər digər əraziləri də işğal ediblər"
Gözəl mebellər
Azərbaycanda yağış yağacaq
Qəhvə haqqında nə qədər bilirik?
İtirilmiş və oğurlanmış telefonlar
Ana oğlundan utanıb arıqladı
SON DƏQİQƏ: Azərbaycanda da ZƏLZƏLƏ OLDU
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Azərbaycan Gürcüstana 450 milyon sərmayə qoyub
Antarktida - Əbədi buzlar qitəsi
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb
Ailə fotosu qadını 38 kiloqram arıqlamağa sövq etdi
Bakıda piyadalara yol hərəkəti qaydalarına riayət etmək təbliğ olunacaq
Səudiyyə Ərəbistanı "Bakı Ağ şəhər" layihəsinə maraq göstərir
“Coca-Cola” 130 illik ənənəsini pozur
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
Həftə sonunun HAVAsı
"Azərbaycan Ermənistandan 300 milyard dollar təzminat tələb edəcək"
Bakı məktəblərində saqqız qadağası - SİYAHI
Alimdən VACİB AÇIQLAMA: "Qoyun və keçi pendiri yeyən insanlar..."
Əvvəll döydü, sonra xilas etdi
Mistik meşələr
Geyim nümunələri
Formada qalmağın sirri
2020 Oscar Mükafatları: Qırmızı Xalça
Kələm salatı (foto resept)
2013-cü ilin hündürdaban çəkmələri
- ŞƏRHLƏR