Qadin.NET / Dərs oxuma proqramı necə hazırlanmalıdır?

Dərs oxuma proqramı necə hazırlanmalıdır?

Dərs oxuma proqramı necə hazırlanmalıdır?

Hər “dərs oxuma proqramı” eyni zamanda “həyat planlama proqramı”dır. Elə bir şagird yoxdur ki, həftəlik dərs oxuma proqramının olmasını və bu proqrama riayət edərək dərslərində uğur qazanmasını istəməsin. Həmçinin, ailələr də uşaqlarının planlı həyat yaşamaları və nailiyyətlərə imza atmaları arzusundadırlar. Bütün bu arzuların həyata keçməsi üçün isə ilk növbədə evdəki sosial həyat planlaşdırılmalıdır.

Bu mövzuda yazılmış bir çox tövsiyyələr və yazılar var. Təbii ki, şagirdlərin bütün bunların hamısını əldə etməsi və nəzərə alması qeyri-mümkündür. Ona görə də bu yazımızda əhəmiyyətli hesab etdiyimiz bir necə məqamı qeyd edəcək, yazının sonunda isə nümunə üçün bir dərs proqramı verəcəyik.

Əgər ilk dəfə proqram hazırlayırsınızsa, əvvəlcə bunu bilməlisiniz ki, dərs oxuma proqramının konkret bir şəkli və ya cədvəli yoxdur. Əgər tətbiq olunduğu zaman sizi birbaşa uğurlu gələcəyə aparacaq sehrli bir proqram olsaydı, böyük məmniyyətlə onu sizə təqdim edərdik. Proqramın əsl sirri isə sizin göstərəcəyiniz səbirdə və iradədədir. Əvvəlcə özünüzü yaxşı tanıyın. Digər tərəfdən, dərs oxuma proqramını hazırlamazdan əvvəl aşağıdakı sualları cavablayın. Və təbii ki, qeyd götürməyi də unutmayın.

Dərs oxuma proqramı necə hazırlanmalıdır?
1. Yuxudan saat neçədə qalxırsınız?
2. Məktəbə saat neçədə gedirsiniz?
3. Evə saat neçədə gəlirsiniz?
4. Evdə hansı saatlarda yemək yeyirsiniz?
5. Vaxtınızı başqa harada və nə qədər keçirisiniz?
6. Sizə dərs oxumaq üçün nə qədər vaxt qalır?

Əgər bu suallara cavab yazmaqda çətinlik çəkmədinizsə, deməli, proqramlı həyata ilk addımınızı atdınız. Dərs oxuma proqramı həftəlik hazırlanmalıdır. Digər tərəfdən dərslərdən kənar hansı gün kimə və nəyə vaxt ayırdığınızı yaxşı bilməlisiniz. Həftənin hər günü nə edəcəyinizi yazmalısınız. Amma daha dəqiq proqram hazırlamaq üçün başqa məlumatlara da ehtiyac var.

Dərs oxuma proqramı necə hazırlanmalıdır?
7. Gündə neçə saat yolda keçirirsiniz?
8. Gündə neçə saat televizor qarşısında keçirirsiniz?
9. Gündəlik görəcəyiniz işlərə özünüz qərar verirsiniz, yoxsa başqa müdaxilələr də var?
10. Həftə sonunu necə keçirirsiniz?
11. Əvvəl hazırladığınız proqramların həyata keçməməsində hansı amillər rol oynadı?

Dərs oxuma proqramında o gün məktəbdə tədris olunan fənləri təkrar etmək üçün vaxt ayırın. Ancaq sonrakı günün dərslərini gözdən keçirməyi də yaddan çıxarmayın. Məsələn, çərşənbə axşamı məktəbdən sonra dərs oxuma proqramının ilk saatlarını o günün dərslərinin təkrarına ayırın. Sonrakı saatlarda gözucu da olsa çərşənbə günü olacaq dərslərə nəzər salın. Beləliklə, eyni dərsi 2 gün ərzində 3 dəfə təkrar etmiş olacaqsınız (əlbəttə ki, məktəbdə müəllimin dərsi izah etməsini də nəzərə almaq şərti ilə). Bir dərsi oxuma müddəti 20 dəqiqədən az 40-50 dəqiqədən isə çox olmamalıdır. Ancaq riyaziyyat kimi çox vaxt tələb edən dərslər üçün bu vaxtı artırmaq da mümkündür. Hər dərs arasında mütləq 10-15 dəqiqə fəsilə verilməlidir. Oxsar dərsləri dalbadal oxumayın. Biologiya dərsindən də bildiyimiz kimi müxtəlif dərsləri oxuyarkən beynin müxtəlif sözləri aktiv olur. Humanitar dərsdən sonra dəqiq fənni oxumaq həm də beynin aktiv istirahətinə kömək etmək deməkdir.

Dərs oxuma proqramı necə hazırlanmalıdır?

İmtahan gününə qədər görəcəyiniz işlər

Eyni zamanda yatmaq üçün də düzgün saat müəyyən edin. Ən geci saat 24.00-dan sonra yatmağa gedin. Bu saatlardan sonra zehninizi yormayın və zehninizə istirahət etmək üçün vaxt verin. Düzgün qidalanmağın, sağlam olmağın, sağlamlığınıza ziyan gətirəcək ərzaqlar əvəzinə sağlamlığa xeyir gətirəcək qidalara üstünlük verməyin də çox vacib olduğunu unutmayın. Faydasız telefon danışıqlarına (istər ev istərsə də mobil) vaxt sərf etmək, faydasız televizor proqramlarına vaxt ayırmaq, faydasız işlə məşğul olmaq kimi pis vərdişləri özünüzdən uzaqlaşdırın. Bunun üçün üzərinizə düşən məsuliyyəti qoyduğunuz məqsədi yalnız oxumaqla əldə edə biləcəyinizi gözünüzün qarşısına gətirin və bütün vərdişlərinizə “yox” deyin.

Həyatda uğur qazanmaq məqsədə nail olmaq və cəmiyyətdə yerinizi tapmaq öz əlinizdədir. Sizə uğurlar arzulayıram. Qoy üzünüzdən heç vaxt təbəssüm əskik olmasın.

P.S Ən pis proqram proqramsızlıqdan daha yaxşıdır.

Abituriyentlər üçün dərs oxuma proqramı

       Gün

Saat

1-ci gün

2-ci gün

3-cü gün

4-cü gün

5-ci gün

6-cı gün

7-ci gün

07:00-07:45

Sabahınız xeyir! Məktəbə getməzdən əvvəl səhər yeməyini unutmayın! 

8:00-8:30 Səhər yeməyi

07:45-08:30

Məktəbə gecikməməli və ehtiyatlı getməlisiniz. Uğurlu dərslər.

08:30-13:30

Məktəb

Universitetə hazırlıq əlavə dərslər

13:30-15:00

Yol. Günorta yeməyi. İstirahət 

 

15:00-15:30

 

 

 

 

Universitetə hazırlıq dərsləri. Yol.

Sərbəst: İstirahət etmək olar

 

15:30-17:00

Dərs oxuma

Dərs oxuma Az.dili

 

17:00-18:00

Sərbəst: Kitab oxumaq olar

 

18:00-20:00

Dərs oxuma

Dərs oxuma kimya

20:00-21:30

Axşam yeməyi. İstirahət. 

21:30-22:20

Dərs oxuma:

Dərs oxuma:

Dərs oxuma:

Dərs oxuma:

Dərs oxuma:

Sərbəst: Televizora baxmaq olar

22:20-22:40

Meyvə yemək və ya çay içmək olar.

22:40-23:30

Dərs oxuma:

Dərs oxuma:

Dərs oxuma:

Dərs oxuma:

Dərs oxuma:

Sərbəst: kompüterlə oynamaq olar

23:30-00:00

Yatmazdan əvvəl 30 dəqiqə kitab oxumağı vərdişə çevirin.

00:00-07:00

Dişlərimizi fırçalayır və ailəmizə “Gecəniz xeyrə qalsın” deyirik. Şirin yuxular!

Qeyd

Həftə içindəki günlərə kitab oxumaq, televizora baxmaq, komputerlə oynamaq kimi işləri yazmırıq. Bunları həftə sonunda sərbəst vaxtlarınızda keçirə bilərsiniz.

21 mart 2016
GO BACK