Saçların tez bir zamanda canlanması üçün:
Tərkibi:
2 yumurta
1 x.q zeytun yağı
1 x.q qliserin
1 x.q sirkə(mümkünsə alma sirkəsi)
İstifadə qaydası:Yumurta ilə ediləcək zülal maskası hər növ saça uyğundur.Yumurtanı çırpın və içinə yavaş-yavaş zeytun yağı,qliserin və sirkə (mümkünsə alma sirkəsi) əlavə edin.Saçınızı bir dəfə şampunladıqdan sonra bu qarışığı sürtüb 15-20 dəqiqə gözləyin.Qısa müddətdə saçlarınızın canlandığını görəcəksiniz.
Qidalandırıcı maska
1 yumurta sarısı,1/3 stəkan dəmlənmiş çay,1 x.q. badam yağı və damla limon suyunu bir qabda qarışdırın.Saç dərisinə sürtüb masaj edərək dibinə yeridin.10-15 dəqiqə saxlayıb yuyun.
Kefir maskası
Kefir və qatıq maskaları çox faydalıdır.Bu cür maskalar kəpəyi yox edər,saçları gücləndirər,saç tökülməsinin qarşısını alar,saçlara parlaq görünüş verər.Saçlarınıza kefiri və ya qatığı sürtün,saç diblərinə yaxşı-yaxşı masaj edərək yeridin.Əvvəl salafanla başınızı bağlayın,üzərindən də yaylıq örtün.15-20 dəqiqə gözlədikdən sonra ilıq su və şampunla yuyun.
Yumurta və soğan maskası
Tərkibi: 1 ədəd quru soğan
1 yumurta sarısı
Soğanı incə rəndələyin,yumurta sarısı ilə qarışdırın.Hazırladığınızı saç diblərinə sürtün.Sonra başınızı əvvəl salafan,üstündən də yaylıqla bağlayın.Maskanı saçınızda 1-2 saat saxlayın.Sonra saçları ilıq su və şampunla yuyun.
Kakao yağı maskası
Tərkibi:0,5 stəkan günəbaxan yağı
1 x.q. kakao yağı
1 x.q. susuz lanolin
Qumral və tünd rəngli saçları olanların edə biləcəyi başqa bir müalicə üsulu da budur.İçində qaynar su qaynayan geniş bir qazanın içinə ondan daha kiçik ölçülü bir qab yerləşdirin.Bunu elə edin ki,bu altdakı böyük qazanın dibinə toxunmasın.Günəbaxan yağını,kakao yağını,susuz lanolini kiçik qabın içinə əlavə edin.Bütün bu yağlar əriyəndən sonra qazanın üstündən götürüb yaxşı qarışdırın.Bu qarışıqdan 1 x.q. alıb ona 1.x.q su qatın.Daha sonra bunu başınıza masaj edərək sürtün və 15 dəqiqə ilə 30 dəqiqə arası gözləyin.Sonra saçınızı yaxşı-yaxşı yuyun.Nəticədə saçınız daha da canlı olacaq və parıldayacaq.
Çörək maskası:
Tərkibi: 2 x.q. incə doğranmış təzə soğan
100 qr. qara çörək
0,5 stəkan su
Çörəyin üzərinə suyu töküb üstünü bağlayın.Bir qədər gözləyib çörəyi qarışdırın,təzə soğanı içərisinə töküb təkrar qarışdırın.Maskanı saçınıza vurub salafan və yaylıqla bağlayın.1 saat saxlayıb yuyun.
Sarımsaq maskası
Tərkibi: 1 x.q. bal
1 ç.q. aloe suyu
1 yumurta sarısı
1 baş sarmısaq
Sarmısağı sürtkəcdən keçirib suyunu çıxarın,balı əlavə edib qarışdırın,digərlərini də töküb yaxşı-yaxşı çalın.Əgər həmin dəqiqə istifadə etməyəcəksinizsə yumurta sarısını tökməmək şərtilə qarışığı uzun müddət soyuducuda saxlaya bilərsiniz.Əvvəlcə maskanı saçınıza sürtün,salafan və yaylıqla bağlayın.30 dəqiqədən sonra yuyun.
Saçların tez uzanması üçün
Hər gün təzə ispanaq və təzə keşnişin suyunu qarışdırıb için.Saçlarınız daha tez uzanacaq.
Maska kimi isə gündə 2-3 dəfə saç dərisinə badam yağı sürtün.Bu həm saç uzanması üçün xeyirlidir,həm də çox onun tökülməsinin qarşısını alır.
Qeyd:Saçlara bir dəfə qulluq etməklə saçlar istədiyiniz vəziyyətə gələ bilməz.Ən azı 2 ay məsləhətli maskalardan istifadə etməlisiniz.
Gələn mövzu inşallah “saç tökülməsinə qarşı güclü formul” olacaq.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dərini 1 gecəyə ağardan maska
Səssiz haray
Bahalaşmanın qarşısı necə alınsın?
Kəndli kənddən niyə qaçır?
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunacaq
Mən arıqladım!
İzmirdə axtarış-xilasetmə işləri başa çatdı - VİDEO
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
Namazı belə qılaq
Qadınlarda ən sıx rast gəlinən 5 xəstəlik!
Günün ulduz falı - 19.12.2013
Jeleli tort (foto resept)
Uşaq otağı üçün xalçalar
Qısqanclıq hissinin yaranma səbəbi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Bakıda yağış yağacaq
Ləzgi paxlavası (foto resept)
Nağıl kimi yerlər-1
Ciddi sarsıntılara HAZIR OLUN-FOTO
Bakıda yeni kəsim məntəqələri quraşdırılır
Günün qoroskopu: Uğurlu gündür!
Bahalı geyimlərin zərərləri nədir?
Elmə məlum olmayan heyvan tapıldı
Castin Biberin xanımından Gözlənilməz Etiraf - FOTO
Rubl necə yüksələcək?
17 asteroiddə su aşkarlandı
Günün ulduz falı
Brabus-dan kabriolet Mercedes
Məktəbli formalarına tələbat böyükdür
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Məşhur filmlərdəki səhvləri gördünüz?
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Şeyx xalqa müraciət etdi
Zərf
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
ABŞ-da internet qanunları dəyişir
İnsanlara kömək et, uzunömürlü ol
Balaca modabazlar
Kıvanç Tatlıtuğ Yeni ili İspaniyada qeyd edəcək
"Sarpız"la bağlı əhaliyə XƏBƏRDARLIQ
Moda brendlərini tanıyaq (3)
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Manatla bağlı qorxudan proznoq: "Bu, son deyil"
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Bank Kıvanç Tatlıtuğa təzminat ödədi-SƏBƏB
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Səudiyyə nefti bahalaşdırdı
Tiflisdə məhşər günü: azərbaycanlıların durumu
- ŞƏRHLƏR