Saçların gözəl və sağlam olması hər bir qadının arzusudur. Amma müəyyən yaşdan sonra istər daxili, istərsə də xarici amillərin təsiri nəticəsində saçlar cansızlaşır və tökülür. Bu problemin qarşısını almaq üçün bir çox üsullar, maskalar mövcuddur. Təəssüf ki, bir çox
qadınlar ya vaxt olmaması səbəbi ilə, ya da tənbəllik üzündən saçlarına qulluq etmirlər. İndi mən sizə ən rahat və çox gözəl effekt verən bir qulluq vasitəsi yazacağam. Saçlarınızın tökülməsinin qarşısını almaq və eyni zamanda tez və sürətli uzanmasını təmin etmək üçün sizə "Gənəcərçək yağı" (касторовое масло) lazımdır. Bu yağı bütün əczəxanalardan əldə edə bilərsiniz. Qiyməti də çox ucuzdur. Burada əsas diqqət edilməli məqam yağı necə istifadə etməkdir. Bəzi insanlar yağdan soyuq halda istifadə edir və heç bir nəticə əldə edə bilmirlər. İstifadədən əvvəl saçlarınızı yaxşıca darayın. Sonra gənəgərçək yağını ya bir qaba tökərək odun üzərində, ya da öz şüşəsi ilə bərabər isti su hamaminda isidin. Çünki yağ isti olduqda baş dərisi onu daha yaxşı əmir. İsidilmiş yağı bir geniş ağızlı qaba töküb barmaqlarınızı yağa batırın və saçlarınızın diblərinə masajla yedirin.
15 dəqiqə ərzində saç dərisinin hər tərəfinə yağı masaj edərək yaxşıca yedirin. Sonda saçlarınızın uclarına doğru bütün saç səthini yaxşıca yağlayın. Daha sonra başınıza plastik bone taxın və üzərindən başınızın bütün səthini yun dəsmalla yaxşıca bağlayın. Çalışın soyuq havaya çıxmayasınız ki, saçlar istidə qalsın. Yağ saçlarınızda 1-3 saat müddətində qalmalıdır. Daha sonra iliq su və şampunla yuya bilərsiniz. Mən bu maskadan həftədə bir dəfə istifadə edirəm və iliq su və uşaq sabunu ilə saçlarımı yaxalayıram. Əgər saçlarınız çox tökülürsə, həftədə iki dəfə tətbiq edə bilərsiniz. Xeyrini görəndən sonra isə ayda bir dəfə istifadə etməyiniz məsləhətdir..
Saçınız daim boyamaqdan və fendən istifadə etməkdən zəifləyib və əvvəlki sağlamlığını, gurluğunu itiribdir? O zaman aşağıdakı maska məhz sizin üçündür.
2-3 xörək qaşığı gənəgərçək yağını su vannasında qızdırırıq. Daha sonra onun içinə 2 damla A və E vitaminlərini qatıb həll olunmasını gözləyirik. Saçlara çəkməmişdən əvvəl məhlula 4-5 damcı apelsin yağı tökürük. Maskanı masaj şəklində saçlarınzın köklərinə çəkin. Daha sonra bütün saçlarınız boyu yayın. 40-50 dəqiqədən sonra saçlarınızı yuya bilərsiniz.
Buğdanı suda qaynadın. Qaynadıqdan sonra yavaşca əzin. İçinə gənəgərçək yağını əlavə edin və qarışdırın. Saç diblərinə və saçın bütün səthinə masajla çəkin. Maskanı başınızda 1 saat, maksimum 2 saata qədər saxlayın və yuyun.
Cansızlaşmış saçlar üçün turp maskası
3 stəkan su (təmiz, içilməli su)
1 ədəd yumurta sarısı
1 ədəd orta böyüklükdə qara turp
XƏBƏR LENTİ
Körpənizi çimdirmək üçün məsləhətlər
Qış gəldi, dərd gəldi
Ermənilərdən növbəti təxribat
Azərbaycan tarixindən yüz şəxsiyyət-47
Zövqlü divar rəsmləri
Azərbaycanda şaxtalar nə vaxta kimi davam edəcək?
Yediyimiz çörəkdə nələr var?..
"Ən cəlbedici kişi"...
Dollarla olan kreditlər müzakirəyə çıxarılacaq
Pis vərdişləri necə tərgitməli?
3 saat maşın sürdü 48 min dollarlıq cərimələndi-FOTO
Etiraf
Kişilər cinsi əlaqədən əvvəl nə düşünürlər?
Zəncəfil - 1001 dərdin dərmanı
Daha bir serialın yayımı dayandırıldı
Göz sağlamlığınız üçün incə məqamlar
İpoteka ilə mənzil almaq istəyənlərin nəzərinə
Hava haqqında
Körpə təyyarədə dünyaya gəldi
2018 məzunları üçün saç modelləri
Ermənistandan daha bir etiraf: "Uduzduq, təkləndik"
Sement kisələrindən gəlinlik tikdi FOTO
Azərbaycanlı model Hollivudda - FOTO
Biskvitlı tort (foto resept)
Biz bunun gerçək olduğunu düşünmədik!
Diktatorların qadınları
Məcburi köçkünlərin...
Azərbaycanda Ermənistan mənşəli məhsullar satılır?
Coli ilə Pittin məhkəməsi olub
Manatı unudun, daha "qlobal" dərdimiz var
Tələbə qız 31 kq arıqladı: "Həyatımı dəyişdim" - FOTO
Rejissorlarmızın filmləri beynəlxalq kinofestivalda iştirak edəcək
Ağrı dağ Azərbaycan və Türkiyə bayraqlarına bürünəcək
Əhalinin daha çox işlədiyi sahələr-SİYAHI
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (3)
Quranda adı çəkilən yeganə ədviyyat
Sahibsiz itlərdən necə qorunaq?
"Sannois" ləqəbli bəstəkar
50 milyon dollarlıq brilyant müəmmalı şəkildə yoxa çıxdı
Günün ulduz falı
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
“Mall”ların fəaliyyəti bu tarixdən bərpa olunur
Dəbli geyim kombinasiyaları
Bakı bulvarına rəqib gəlir
Belə də qadağalar olar?
Azərbaycanda hansı tələbələr fərqlənmə diplomu ala bilərlər?
"Super nənə" adına layiq görüldü-FOTO
Ən maraqlı tüninqli Mercedes S-Class
Düşmən Tərtər və Ağcabədi rayonlarını atəşə tutur
Selena Gomes Aylar sonra İLK DƏFƏ
- ŞƏRHLƏR