Qadin.NET / Uzun və sağlam saçlar üçün

Uzun və sağlam saçlar üçün

 

Saçların gözəl və sağlam olması hər bir qadının arzusudur. Amma müəyyən yaşdan sonra istər daxili, istərsə də xarici amillərin təsiri nəticəsində saçlar cansızlaşır və tökülür. Bu problemin qarşısını almaq üçün bir çox üsullar, maskalar mövcuddur. Təəssüf ki, bir çox

qadınlar ya vaxt olmaması səbəbi ilə, ya da tənbəllik üzündən saçlarına qulluq etmirlər. İndi mən sizə ən rahat və çox gözəl effekt verən bir qulluq vasitəsi yazacağam. Saçlarınızın tökülməsinin qarşısını almaq və eyni zamanda tez və sürətli uzanmasını təmin etmək üçün sizə "Gənəcərçək yağı" (касторовое масло) lazımdır. Bu yağı bütün əczəxanalardan əldə edə bilərsiniz. Qiyməti də çox ucuzdur. Burada əsas diqqət edilməli məqam yağı necə istifadə etməkdir. Bəzi insanlar yağdan soyuq halda istifadə edir və heç bir nəticə əldə edə bilmirlər. İstifadədən əvvəl saçlarınızı yaxşıca darayın. Sonra gənəgərçək yağını ya bir qaba tökərək odun üzərində, ya da öz şüşəsi ilə bərabər isti su hamaminda isidin. Çünki yağ isti olduqda baş dərisi onu daha yaxşı əmir. İsidilmiş yağı bir geniş ağızlı qaba töküb barmaqlarınızı yağa batırın və saçlarınızın diblərinə masajla yedirin.

15 dəqiqə ərzində saç dərisinin hər tərəfinə yağı masaj edərək yaxşıca yedirin. Sonda saçlarınızın uclarına doğru bütün saç səthini yaxşıca yağlayın. Daha sonra başınıza plastik bone taxın və üzərindən başınızın bütün səthini yun dəsmalla yaxşıca bağlayın. Çalışın soyuq havaya çıxmayasınız ki, saçlar istidə qalsın. Yağ saçlarınızda 1-3 saat müddətində qalmalıdır. Daha sonra iliq su və şampunla yuya bilərsiniz. Mən bu maskadan həftədə bir dəfə istifadə edirəm və iliq su və uşaq sabunu ilə saçlarımı yaxalayıram. Əgər saçlarınız çox tökülürsə, həftədə iki dəfə tətbiq edə bilərsiniz. Xeyrini görəndən sonra isə ayda bir dəfə istifadə etməyiniz məsləhətdir.. 

Saçınız daim boyamaqdan və fendən istifadə etməkdən zəifləyib və əvvəlki sağlamlığını, gurluğunu itiribdir? O zaman aşağıdakı maska məhz sizin üçündür.

2-3 xörək qaşığı gənəgərçək yağını su vannasında qızdırırıq. Daha sonra onun içinə 2 damla A və E vitaminlərini qatıb həll olunmasını gözləyirik. Saçlara çəkməmişdən əvvəl məhlula 4-5 damcı apelsin yağı tökürük. Maskanı masaj şəklində saçlarınzın köklərinə çəkin. Daha sonra bütün saçlarınız boyu yayın. 40-50 dəqiqədən sonra saçlarınızı yuya bilərsiniz.   

 

 

Uzun və sağlam saçlar üçün

 

Boyalı saçlarda deformasiyaya uğrayan saç dərisi və köklərini bərpa etmək üçün maska
 1 stəkan buğda
 5 stəkan su
 Yarım armudu stəkan gənəgərçək yağı     

Buğdanı suda qaynadın. Qaynadıqdan sonra yavaşca əzin. İçinə gənəgərçək yağını əlavə edin və qarışdırın. Saç diblərinə və saçın bütün səthinə masajla çəkin. Maskanı başınızda 1 saat, maksimum 2 saata qədər saxlayın və yuyun.

 

 

Uzun və sağlam saçlar üçün

 

Cansızlaşmış saçlar üçün turp maskası

 3 stəkan su (təmiz, içilməli su)

 1 ədəd yumurta sarısı

 1 ədəd orta böyüklükdə qara turp

3 stəkan suyun içinə turpu qabıqlı rəndələyin. Yarım saata qədər qaynadın. Qaynamağa başladıqdan sonra qazın üzərindən götürün. Daha sonra iliq oluna qədər soyudun. Sonra tənzifdən süzün. Təmizlənmiş turp suyunun içinə 1 ədəd yumurta sarısı əlavə edin və yaxşıca qarışdırın. Qarışığı saçın diblərindən başlayaraq bütün saça çəkin. Daha sonra başınıza plastik bone taxın. 4 saata qədər gözləyin və iliq su və şampunla saçlarınızı təmizləyin. Bu müalicə həftədə 2-3 dəfə tətbiq olunmalıdır.
Uzun və sağlam saçlar üçün

Zeytunyağlı saç maskası
5 yemək qaşığı zeytun yağını 2 ədəd yumurta ilə qarışdırın. Qarışığı masajla saçlarınıza çəkin. Ardından saçlarınıza plastik bone taxaraq 15 dəqiqə gözləyin. Sonra iliq su və şampunla durulayın.
Hər birinizə sağlam və gözəl saçlar arzulayıram.
30 oktyabr 2014
GO BACK