İtalyalı Kiyaranın cəmi 25 yaşı var, lakin blogger kimi çox məşhur xanımdır. Bloqunda təkcə geyimlərdən və modadan danışmır, eyni zamanda sevgidən, daha doğrusu, öz sevdiyi şəxsdən və səyahətlərindən danışır. Səyahət etdiyi ölkələr haqqında maraqlı məlumatlar təqdim edir. O, "The blonde salade'' adlı bloqunu 2009-cu ildə, yəni 21 yaşında açıb. Cəmi bir il sonra blogger kimi çox məhşur xanımlardan biri olub. Bu məşhurluğun səbəblərindən biri kimi internet şəbəkələrindəki şəxsi səhifələrində dostlarının çox olması göstərilir. Bloqunu açdığı gündən həmin səhifələrində dostlarına təqdim edərək istifadəçi sayını artırmışdır. Milanda xarici əlaqələr üzrə təhsil alır. Lakin bloquna və geyimlərinə ayırdığı qədər təhsilinə zaman və diqqət ayırmır. Kiara bildirir ki, təhsil hər zaman lazımdır. Lakin uşaqlıqdan moda dünyası və moda tarixi ilə maraqlanmış və bu sahə onun üçün cəlbedici olmuşdur.
Sevdiyi şəxsin adı Riçidir. Onlar 2006-cı ildən görüşməyə başlayıblar. Riçi ona hər zaman kömək olur. Gördüyünüz bu fotoların əksəriyyətini Riçi çəkir və bloqa yerləşdirir. Bloqda eyni zamanda kiçik bacıları Françeska və Valentinadan söhbət açır. Bəzən bloqda Kiaraya bütün geyimlərin şəxsən onun qarderobuna aid olub-olmadığını soruşurlar. O isə əksər geyimin şəxsən ona aid olduğunu, bəzən ayaqqabı və ya çantasını bacılarından, anasından və ya nənəsindən götürdüyünü deyir. Kiaranın qarderobunda çantalar xüsusi yer tutur. Aksesuar və çantalarını model işləməklə qazandığı pulla və ya tələbə təqaüdü ilə alır. Eyni zamanda bloqundan da gəlir əldə edir. Bununla yanaşı, bəzi brend mağazalar məhşur blogger olduğu üçün ona əlavə endirimlər və güzəştlər də edirlər. Çanta və geyimlərindən bəzilərini isə Riçi hədiyyə edib.
Kiaranın sevdiyi şəhərlər Nyu-York, London, Çikaqo və Parisdir. Sevdiyi yemək tort və pizzadır. Sevdiyi film “Forrest Qamp” adlanır. "Vogue" Türkiyə brendi 2010–cu ildə bir həftə ərzində hər gün Kiaranın bir obrazını dərc edib. Kiara bundan çox sevindiyini və fərəh hissi duyduğunu bloqunda qeyd edib. Onun fikrinə görə, üzük, qolbaq, dırnaq boyası istənilən günlük obrazı tamamlaya bilər.
Kiara öz itini çox sevir və demək olar ki, bir çox şəkildə onun da iştirak etdiyini görə bilərik. Bundan əlavə onu da qeyd edim ki, Kiaranın itini "Chanel" brendindən olan çantada daşıması hər kəsdə təbəssüm yaradır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rami Malekdən FOTOsessiya
Təyyarədə Eminə sürpriz -FOTO
Qəhvəli peçenye (foto resept)
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Qidaların faydalı xüsusiyyətləri
"Kupça"lar qapınıza gətiriləcək - Abşeronlulara şad xəbər
Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR
Kimlər ikinci dəfə koronavirusa yoluxa bilər? - Alimlər açıqladı
Göbələkli badımcan ruleti (foto resept)
Azərbaycan dünyanın ən çox hərbiləşmiş ölkələri sırasında 8-ci yerdədir
Kayahanın arvadı ərə getdi
Sabah su olmayacaq ərazilərin SİYAHISI
Şahzadənin doğulacaq övladı barədə ŞOK -FOTO
Düz qarına sahib olmağın yolları
Hansı ölkə internet lideridir?
Dünyanın ən bahalı retro maşınları Bakıda
Tariximiz zənginliyimizdir: Cek kurqanları
Məşhur dieotoloq oruc tutmağın faydasından danışdı
158 kiloqram arıqlayıb belə oldu
Yaz yorğunluğuna qalib gələcək məşqlər
Bədənimizi çimərlik üçün hazırlayaq
Nazirlik 13 dönər satışı müəssisəsinin sahiblərini cəzalandırıdı
Gözəl manikürlər
İsmail YK
Marsda "top" tapıldı
Avropa İrəvanı cəzalandırır
Azərbaycan erməni hərbçilərin meyitlərini təhvil verdi - RƏSMİ
Hicab geyimləri
Sakit okeanı ilk dəfə avarla keçib
Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF
Gəlinlər üçün saç düzümləri
“Kökəldiyim üçün efirlərə çıxa bilmirəm” - Xatirə
Hava proqnozu bildirən heyvanlar
Yaxşı ana olmağın sirləri
İçdiyimiz suyun tərkibində nə var?
TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi
Dollarla krediti olanlara ŞAD XƏBƏR
Bu da dünyanın ən gözəl qızı
Yaponiyaya gələn turistlərə pul veriləcək
2017-nin yaz trendi ayaqqabıları
Böcəkli süd içən "kukla"-FOTO
Təhsilin depressiyaya təsiri varmı?
Azərbaycandakı bəzi uşaq evlərində yenilik tətbiq ediləcək
Ədviyyatlar haqda nələri bilirik? (2)
Dünyanın ən bahalı məhsulları
Qırmızı aksessuarlar
Taxtadan heykəllər yaradan rəssam
“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir
Yuxu sağalma müddətini sürətləndirir
Azərbaycanda mobil telefonlara görə "qonaq vergisi"
- ŞƏRHLƏR