Qadin.NET / Kiara Ferraqni

Kiara Ferraqni

Kiara Ferraqni

İtalyalı Kiyaranın cəmi  25 yaşı var, lakin  blogger kimi çox məşhur xanımdır.  Bloqunda təkcə geyimlərdən və modadan danışmır, eyni zamanda sevgidən, daha doğrusu, öz sevdiyi şəxsdən və səyahətlərindən danışır. Səyahət etdiyi ölkələr haqqında maraqlı məlumatlar təqdim edir. O, "The blonde salade'' adlı bloqunu 2009-cu ildə, yəni 21 yaşında açıb. Cəmi bir il sonra blogger kimi çox məhşur xanımlardan biri olub. Bu məşhurluğun səbəblərindən biri kimi internet şəbəkələrindəki şəxsi səhifələrində  dostlarının çox olması göstərilir. Bloqunu açdığı gündən həmin  səhifələrində dostlarına təqdim edərək istifadəçi sayını artırmışdır. Milanda xarici əlaqələr üzrə təhsil alır. Lakin  bloquna və geyimlərinə ayırdığı qədər təhsilinə zaman və diqqət ayırmır. Kiara bildirir ki, təhsil hər zaman lazımdır. Lakin uşaqlıqdan moda dünyası  və moda tarixi ilə maraqlanmış və bu sahə onun üçün cəlbedici olmuşdur. 

 Kiara Ferraqni

Kiara Ferraqni
Kiara Ferraqni
Kiara Ferraqni
Kiara Ferraqni
Kiara Ferraqni
Kiara Ferraqni
Kiaranın boyu 177, çəkisi 55-56 kq-dır. Buğa bürcündəndir. Onun sözlərinə görə, ürəyi nə istəyirsə onu da yeyir və heç zaman pəhriz saxlamır. Onun təbii saçları tünd çəhrayı olsa da, adətən sarı saç boyasından istifadə edir. Dərisi isə xarici görünüşündə ən  zəif yeridir. Dediyinə görə, dərisinin təbii gözəlliyini qorumaq üçün çox çalışır, lakin yenə də tonal kremlərdən istifadə etməyə məcbur qalır.

 Kiara Ferraqni

Sevdiyi şəxsin  adı Riçidir. Onlar 2006-cı ildən görüşməyə başlayıblar. Riçi ona hər zaman kömək olur. Gördüyünüz bu fotoların əksəriyyətini Riçi çəkir və bloqa yerləşdirir. Bloqda eyni zamanda  kiçik bacıları Françeska və Valentinadan söhbət açır. Bəzən bloqda Kiaraya  bütün geyimlərin şəxsən onun qarderobuna aid olub-olmadığını soruşurlar. O isə əksər geyimin şəxsən ona aid olduğunu, bəzən ayaqqabı və ya çantasını bacılarından, anasından və ya nənəsindən götürdüyünü deyir. Kiaranın qarderobunda çantalar xüsusi yer tutur. Aksesuar və çantalarını model işləməklə qazandığı pulla və ya tələbə təqaüdü ilə alır. Eyni zamanda bloqundan da gəlir əldə edir. Bununla yanaşı, bəzi brend mağazalar məhşur blogger olduğu üçün ona əlavə endirimlər və güzəştlər də edirlər. Çanta və geyimlərindən bəzilərini isə Riçi hədiyyə edib.

 Kiara Ferraqni

Kiara Ferraqni

 

Kiara Ferraqni

 

Kiara Ferraqni


Kiaranın sevdiyi şəhərlər Nyu-York, London, Çikaqo və Parisdir. Sevdiyi yemək tort və pizzadır. Sevdiyi film  “Forrest Qamp” adlanır. "Vogue" Türkiyə brendi 2010–cu ildə bir həftə ərzində hər gün Kiaranın bir obrazını dərc edib. Kiara bundan çox sevindiyini və fərəh hissi duyduğunu bloqunda qeyd edib. Onun fikrinə görə, üzük, qolbaq, dırnaq boyası istənilən günlük obrazı tamamlaya bilər.

Kiara Ferraqni

Kiara Ferraqni

 

Kiara Ferraqni

 

Kiara Ferraqni

 

Kiara Ferraqni

Kiara öz itini çox sevir və demək olar ki, bir çox şəkildə onun da iştirak etdiyini görə bilərik. Bundan əlavə onu da qeyd edim ki, Kiaranın itini "Chanel" brendindən olan çantada daşıması hər kəsdə təbəssüm yaradır. 

 Kiara Ferraqni

24 fevral 2016
GO BACK