Əziz Qadin.Netli xanımlar, bu dəfə sizi 1960-cı illərin moda ikonu olan Tviqqi ilə tanış etmək istəyirəm. 1960-cı illərdə hər bir gənc xanım onun kimi makiyaj etmək, onun kimi saçını kəsdirmək istəyirdi. Mavi gözlü, sarışın saçlı bu xanım məsum görünüşü ilə hamının sevgisini qazanmışdı. 19 sentyabr 1949-cu ildə Londonda dünyaya gələn Tviqqinin əsl adı Lesli Xornbidir, Tviqqi adı uşaqlıqdan ona qoyulan ləqəbdir. Tviqqini 15 yaşında Ustin de Villeneuve kəşf edir və o, liseyi tərk edib bir gözəllik salonunda işləməyə başlayır. De Villeneuve Leslinin saçlarını qısaldaraq ona yəni bir tərz yaradaraq şəkillərini çəkir və 16 yaşında onu super modelə çevirir. Hətta Lesliyə "Sən incə bir fidan kimi görünürsən" deyib ona dünyanın ilk super modeli olaraq tanıdığımız "Tviqqi" ləqəbini verir.
Artıq Tviqqi bütün dünyada məşhurdur. O, "Daily Express" tərəfindən 1966-ci ilin üzü seçilir və hər kəs onun kimi olmaq istəyir. Professional həyatda gənc yaşlarında uğurlar qazanan Tviqqi 20 yaşında modellik sənətinə son qoyaraq aktrisalıq karyerasına başlayır. İlk dəfə olaraq 1970-ci ildə Ken Russellin "Boy Friend" filmində rol alır. Səhnə və televiziya karyerasında bacarıqlı aktrisa olan Tviqqi iki dəfə "Qızıl Qlobus" mükafatını qazanır. Tviqqi musiqi həyatında da çox uğurlar qazanıb. O, pop, rok, disko janrında albomlar buraxaraq "Gümüş disk" mükafatını qazanır.
Tviqqi hələ balaca yaşlarında moda ilə maraqlanaraq paltarlarını özü hazırlayır, özü də tikirdi. Modanın təkcə zəngin insanlar üçün deyil, hər kəs üçün olduğunu deyirdi. Tviqqinin 60-ci illərdə Mary Quant ilə dostluğu var idi. Marinin hazırladığı qısa ətək modellərini ilk dəfə Tviqqi geyinərək təqdim etmişdi.
Tviqqinin tez-tez istifadə etdiyi geyimlər çuval tərzli geyimlər olub. Yaxası iri düyməli, cibli, rəngarəng olan bu geyimləri Tviqqi çox sevir. Bu xanım bər-bəzəkli, cazibədar paltarlar əvəzinə, qısa, sadə geyimlərə üstünlük verir. Bəzən isə ciddi düyməli köynəklərdən, qalstuklardan istifadə edirmiş. Ölümsüz gözəlliyi, iri gözləri, bacarıqlı aktrisalığı, müğənniliyi ilə əfsanə olan Tviqqi hələ də öz zərifliyini və gözəlliyini itirməyib.
XƏBƏR LENTİ
Neft ucuzlaşdı
Qəhrəman polisin faciəsi
Okean mənzərəli tortlar
Əcnəbi fotoqraf Azərbaycanda nəyə mat qaldı?
Bu yay qarpız qıt ola bilər
486 müəllim imtahandan imtina etdi
Ukraynanı dəstəkləyən ABŞ Azərbaycanı niyə dəstəkləmir?
Uşağa baxan kişilərə müjdəli xəbər
2014-cü il Louis Vuitton çantaları
UEFA futbol qaydalarını dəyişir
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib - VİDEO
Hindistanlılardan qadın enerjisi haqqında bilmədikləriniz
Türkiyə KİV: Şuşaya yerləşdirilən PKK-lı terrorçulara Azərbaycanın hərbi forması geyindirilir - VİDEO
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Jurnalistlərin işinə artıq prokurorluq baxmayacaq
Mobil telefonlar yeniyetmələrə necə təsir edir?
BÜRCLƏR bizə nə vəd edir?-16 İyul
Məşhur aparıcı və həyat yoldaşı koronavirusa yoluxdu
Süzmə mərci şorbası (foto-resept)
Sadə bantın hazırlanması
Mədən faciəsində hamını ağladan mənzərə
Ən kök adam arıqladı
Arıqladan qidalarla həyatdan zövq alın
Kayli Cennerin FOTOsu diqqət çəkdi
Azərbaycana qarşı növbəti erməni təxribatı
Yarım ildə dörd min ailə dağıldı
Azərbaycanlı ifaçı tarı ilə Fransanı heyran qoydu
Şəkər xəstələri, günəşə diqqət!
Güllərin özəlliyi
Müdafiə Nazirliyi: “Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb”
İşğaldan azad olunan Hadrut qəsəbəsi və Tuğ kəndi havadan görüntüləndi - VİDEO
İngilis mediası Meqanı tənqid etdi-FOTO
Bakı bulvarında pulsuz yenilik
Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib - RƏSMİ
Reyhanlı ayran (foto-resept)
Bu gün bu yollar bağlı olacaq - məşəl Bakıya gəlir
Kimə hansı rəng yaraşır?
Kağızdan əl işləri
Toy və yas mərasimləri ilə bağlı vergilər qüvvəyə mindi - 1 YANVARDAN
"Harri Potter"-in məşhur aktyoru əməliyyat olunacaq-SƏBƏB
Zövqlü don modelləri
"İnter" "Kəpəz"ə qalib gəldi
"Düşbərə" (foto-resept)
Aromaterapiya nədir?
Dünya gözəllik yarışmasında bir İLK-FOTO
HAVA necə olacaq?- 10 APREL
Alimlər: "Tezliklə insanların qocalmaq dərdi olmayacaq"
Yumurtalı pomidor dolması (foto-resept)
İngiltərənin ən yaxşı futbolçu ilə məşqçisi seçildi
Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - FOTO
- ŞƏRHLƏR