Fiqaro (ispan dilində bolero) – gödək, bədənə tam oturan – dar, qolsuz ispan milli geyiminin bir hissəsidir.
Hal – hazırda dəbə nəzər salsaq fiqaro adi gödək jaketdir.
Fiqaro – İspaniyanın bəzi yerlərində milli kişi geyiminin bir hissəsi idi. Eləcə də İspaniyada XVIII əsrin sonlarında yaranmış musiqi və rəqs janrını fiqaro adlandırmışdırlar.
Fiqaro indiki dövrdə:
Tarixən və açıqlaması ilə - fiqaro qolsuz gödəkcədir. Fiqaro ildən – ilə çox dəyişdirilmişdir.
Hazırda dizaynerlərin sayəsində fiqaronun bir çox modelləri var. İspanların milli kişi geyimi olan fiqaronu dizaynerlər biz qadınlara istənilən uzunluqda, qollu və ya düyməli təqdim edirlər.
Tikilmiş, toxunmuş, pambıqdan, orqanza və krujevallı parçadan olan fiqaroları istənilən zövqə uyğun geyimlərlə geyinmək olar.
Praktik olaraq bütün xanımlara yaraşan fiqaro, onları daha da eleqant göstərir.
Fiqaronu Chanel, Louis Vuitton, Gucci, Carolina Herrera, Oscar De La Renta, Pollini və digər brendlərin kolleksiyaları arasında görmək mümkündür.
Nə ilə və necə geyinməli...
Fiqaronu yüngül yay sarafanı ilə və yaxud qolsuz köynəklə geyinmək çiyinləri örtəcək və sizə iş geyimi belə olacaqdır.
Fiqaro eləcə də gecə və şənlik geyimləri üçün geyimlərinizə gözəl əlavə olacaqdır. Atlas və dəridən olan fiqarolar gecə geyimini çox gözəl göstərir. Fiqaro eləcə də gəlinliyi və buraxılış geyimlərini tamamlayır.
Fiqaro gündəlik geyimlə də istifadə olunur. Çiyinlərindən narazı olanlar və yaxud açıq qeyinməyi sevməyənlər üçün fiqaro əvəzolunmazdır.
Qolsuz köynəklər fiqaro ilə daha gözəl görünəcəkdir, boğaza taxılan şarf obrazı tamamlayacaqdır.
Toxunma fiqarolar qalın və boğazlı köynəklər ilə daha gözəl görünür. Onları eləcə də cins şalvar, yubka və hündürdaban ayaqqabılar ilə geyinmək olar.
Yaz – payız aylarına daha çox dəri fiqarolar uyğundur. Onlar bədənimizi isti saxlamaqla yanaşı, geyimlərimizə gözəl görünüş verəcəkdir.
Naxışlarla toxunulmuş fiqaro qadınlarımızı daha gözəl göstərəcək, belə fiqaroları köynək və yaxud zərif donlar ilə geyinmək olar. Obrazı tamamlamaq üçün mirvaridən istifadə etmək olar.
Ulduzlarin seçimi:
Klassik və lüks geyimləri sevən Viktoriya Bekxem qolsuz geyimləri ilə fiqaronun mükəmməl birləşməsini nümayiş etdirir.
Ceri Xolliuel öz uşaqlar üçün olan kitabını nümayiş etdirərkən qarqız obrazı ilə çıxış etdiyi geyimini ağ fiqaro ilə tamamlamışdır.
Rihanna rahat və yumşaq geyimləri çox xoşlayır. Qeyindiyi fiqaro müğənninin geyimini çox gözəl göstərir.
Bəs sizlər necə, fiqaro geyinməyi xoşlayırsınızmı?
XƏBƏR LENTİ
Trampın qızından ağılasığmaz addım
Sabahın HAVAsı
Daxilimizdəki dünyalar
Satıcı robot bir həftədən sonra işdən çıxarıldı
Kürək ağrılarını azaldan 4 hərəkət
Heyvanlar arasında xəstəliyə yoluxma riski artıb
Hamilə xanımların diqqətinə...
Nazirlikdən internetlə bağlı təklif
Bu gün rezidenturaya qəbul imtahanı keçirilir
Dünyada nüvə müharibəsinin anonsu verildi
Fransada 43 rusiyalı azarkeş həbs olunub
Ramazan bayramını kimlər nə vaxt qeyd edirlər?
HAVA necə olacaq?-21 FEVRAL
"U" və "Ü" hərfləri ilə başlayan adların mənası
Dünyanın ən dəbli kraliçası: Rania Al Abdullah
Sabahın hava proqnozu
Hindistanda inəyə tələbə vəsiqəsi verildi
“Feysbuk” iş tapmağa kömək edəcək
Soğan kababı (foto resept)
Azərbaycan ordusu düşmənin əlahiddə zirehli tank taborunun komandirini məhv etdi - RƏSMİ
Məşhur aktrisa vəfat etdi
Azərbaycanlı musiqiçi İstanbulda konsert verdi
Dəniz məhsulları qorxulu xəstəliklər törədir
İqbal Ağazadənin prezidentliyə namizədliyi təsdiqləndi
3 sayta xəbərdarlıq edildi
2018/19 Payız - Qış aksesuar trendləri
Cəbhəyanı ərazilərdə vəziyyət
Beren Saatın ayaqqabısı heyvansevərləri qəzəbləndirdi-FOTO
Metropoliten satıcılarının əksəriyyəti hələ də işsizdir
Sabunla həll edə biləcəyiniz problemlər
Bakı metrosunda hərarət yoxlayan avadanlıqlar quraşdırılacaq? - Açıqlama
Professordan KORONAVİRUS XƏBƏRDARLIĞI: “2 yaşa qədər uşaqlar...”
Messi ilə Ronaldu eyni komandada oynayacaqlar
Qələbə günü ilə bağlı Stalinin- müəmmalı qərarı
Məşhur aktrisa fərqli obrazda dönür - FOTO
Qoç bürcü qadınına nə hədiyyə etməli?
“Akvarium adam” 30 saatdan çox sua altında qaldı - FOTO
Bakıda şaxtalı havalara son
Göbələk xəstəliyinin müalicəsi
Məşhur aktyor ilk dəfə ata olacaq
Burunsuz uşaq doğuldu
Gəncədə möhtəşəm muzey tikilir
Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılır
Yemək, yuxu, idman, intim həyat və s. üçün ən uyğun vaxtlar - HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
Say və əvəzliyə aid sınaq sualları
Alimlər koronavirus xəstələrində ömürlük qala biləcək fəsadları açıqladı
Citroen Cactus sirrini açdı
Həssas dərilər üçün makiyaj tövsiyələri
Ermənilərin aprel döyüşlərində vurduğu ziyan açıqlandı
Şəkər xəstəliyi hansı xəstəliyin əlamətidir?
- ŞƏRHLƏR