Qadin.NET / Fiqaro

Fiqaro

Fiqaro (ispan dilində bolero) – gödək, bədənə tam oturan – dar, qolsuz ispan milli geyiminin bir hissəsidir.

Hal – hazırda dəbə nəzər salsaq fiqaro adi gödək jaketdir.

Fiqaro – İspaniyanın bəzi yerlərində milli kişi geyiminin bir hissəsi idi. Eləcə də İspaniyada XVIII əsrin sonlarında yaranmış musiqi və rəqs janrını fiqaro adlandırmışdırlar.

 Fiqaro indiki dövrdə:

Tarixən və açıqlaması ilə - fiqaro qolsuz gödəkcədir. Fiqaro ildən – ilə çox dəyişdirilmişdir.

Hazırda dizaynerlərin sayəsində fiqaronun bir çox modelləri var. İspanların milli kişi geyimi olan fiqaronu dizaynerlər biz qadınlara istənilən uzunluqda, qollu və ya düyməli təqdim edirlər. 

Tikilmiş, toxunmuş, pambıqdan, orqanza və krujevallı parçadan olan fiqaroları istənilən zövqə uyğun geyimlərlə geyinmək olar. 

Praktik olaraq bütün xanımlara yaraşan fiqaro, onları daha da eleqant göstərir.

Fiqaronu Chanel, Louis Vuitton, Gucci, Carolina Herrera, Oscar De La Renta, Pollini və digər brendlərin kolleksiyaları arasında görmək mümkündür.

Nə ilə və necə geyinməli...

Fiqaronu yüngül yay sarafanı ilə və yaxud qolsuz köynəklə geyinmək çiyinləri örtəcək və sizə iş  geyimi belə olacaqdır.

Fiqaro eləcə də gecə və şənlik geyimləri üçün geyimlərinizə gözəl əlavə olacaqdır.  Atlas və dəridən olan fiqarolar gecə geyimini çox gözəl göstərir. Fiqaro eləcə də gəlinliyi və buraxılış geyimlərini tamamlayır. 

Fiqaro gündəlik geyimlə də istifadə olunur. Çiyinlərindən narazı olanlar və yaxud açıq qeyinməyi sevməyənlər üçün  fiqaro əvəzolunmazdır.

Qolsuz köynəklər fiqaro ilə daha gözəl görünəcəkdir,  boğaza taxılan şarf obrazı tamamlayacaqdır. 

Toxunma fiqarolar qalın və boğazlı köynəklər ilə daha gözəl görünür. Onları eləcə də cins şalvar, yubka və hündürdaban ayaqqabılar ilə geyinmək olar. 

Yaz – payız aylarına daha çox dəri fiqarolar uyğundur. Onlar bədənimizi isti saxlamaqla yanaşı, geyimlərimizə gözəl görünüş verəcəkdir. 

Naxışlarla toxunulmuş fiqaro qadınlarımızı daha gözəl göstərəcək, belə fiqaroları köynək və yaxud zərif donlar ilə geyinmək olar.  Obrazı tamamlamaq üçün mirvaridən istifadə etmək olar. 

Ulduzlarin seçimi: 

Klassik və lüks geyimləri sevən Viktoriya Bekxem qolsuz geyimləri ilə fiqaronun mükəmməl birləşməsini nümayiş etdirir. 

Ceri Xolliuel öz uşaqlar üçün olan kitabını nümayiş etdirərkən qarqız obrazı ilə çıxış etdiyi geyimini ağ fiqaro ilə tamamlamışdır. 

Rihanna rahat və yumşaq geyimləri çox xoşlayır. Qeyindiyi fiqaro müğənninin geyimini çox gözəl göstərir.  


Bəs sizlər necə, fiqaro geyinməyi xoşlayırsınızmı?
 
22 sentyabr 2011
GO BACK