Bir neçə gün əvvəl türk televiziya kanallarının birində məhşur qadınlar haqqında çəkilmiş bir verilişdə Sürəyya adı diqqətimi cəlb etdi. Söhbət hüquq professoru Əhməd Ağaoğlunun qızı Sürəyya Ağaoğlundan gedirdi. Bəlkə də artıq bir çoxunuz onun haqqında bilirsiniz, amma mən hələ iki gün əvvəl eşitdim və qürur duydum, sevindim, həyəcanlandım. Və bu həyəcanımı sizinlə bölüşüb, bu qabaqcıl, gözəl insan haqqında yazmaq istədim.
Sürəyya Ağaoğlu 1903-cü ildə Azərbaycanın Şuşa şəhərində, Əhməd bəyin ailəsində anadan olmuşdur. Atası tanınmış ziyalı, yazıçı və siyasətçi, hüquq professoru Əhməd bəy Ağaoğludur. O, hüquq fakültəsini Parisdə bitirmişdir. Sürəyyanın anası Sitarə xanım olmuşdur. Onlar ailədə beş uşaq olmuşlar. Sürəyya ailənin böyük övladı idi. Qardaşları Əbdürrəhman Ağaoğlu mühəndis və iş adamı, Səməd Ağaoğlu ədəbiyyatşünas və hüqüqçu , bacısı Tezer Taskıran müəllimə və millət vəkili, nəhayət, kiçik bacısı Gültəkin Ağaoğlu uşaq həkimi olmuşdur.
Ağaoğlu ailəsi 1910-cu ildə Əhməd bəyin dəvəti ilə Türkiyəyə köçmüşdür. O zaman Əhməd bəy Türkiyədə fəaliyyət göstərirmiş. Uşaqlıq və gənclik illərini atasının işi və idealogiyasına görə Türk Ocaqları üzvlərinin və Mustafa Kamal Paşanın dostları arasında keçirmişdir.
1920-ci ildə İstanbul qız liseyini bitirdikdən sonra, 1921-ci ildə hüquq fakültəsinə qəbul olmaq üçün sənədlərini Darülfünuna (İndiki İstanbul Universitetinə) vermişdir. Hər kəsin başı örtülü gəzdiyi bir zamanda Türkiyədə qızlar üçün hüquq fakültəsi belə yox idi. Sürəyya Ağaoğlu qızlar üçün hüquq fakültəsinin açılmasını tələb etmiş, lakin cavabında "Bir nəfər üçün fakültə açıla bilməz" cavabını almışdır. Bu zaman Sürəyya öz məktəb yoldaşları Melda və Bedianı dilə tutaraq bu fakültəyə qəbul olmağa razı salmış, ilk qızlar üçün hüquq fakültəsi açılmışdır.
1925-ci ildə hüquq fakültəsini bitirdikdən sonra Ankara Dövlət Təzminat Şöbəsində işləməyə başlamışdır. 5 dekabr 1927-ci ildə Ankara Barosunda (Vəkillər Birliyi) qeydiyyatdan keçmiş, 1928-ci ildə sərbəst vəkillik icazəsi alaraq, "Türkiyənin ilk qadın vəkili" adını almış və həyatı boyunca bu sənətdə çalışmışdır. 1936-cı ildə İstambul Barosuna (Vəkillər birliyi) qeyd olmuşdur.
İngilis və fransızcanı mükəmməl bilən Sürəyya Ağaoğlu iş həyatı boyunca çoxlu sayda ölkələrarası konfranslarda Türkiyəni təmsil etmişdir.
1946-cı ildə Beynəlxalq Vəkillər Birliyinə üzv olmuşdur. 1946-1960-cı illər arasında bu birliyin tək qadın aparıcı üzvü olmuşdur. 1960-cı ildə Qadın Hüquqşünaslar Birliyinin Birləşmiş Millətlər Cenevrə Təşkilatının təmsilçisi seçilmişdir. 1980-1982-ci illərdə Hüquqşünas Qadınlar Fedarasiyasının ikinci başkanı vəzifəsinə təyin olunmuşdur.
1948-ci ildə Berlin Millətlərarası Hüquqçular Komissiyasının üzvü olan Sürəyya xanım Azad Fikir Yayma Dərnəyi, Türk-Amerikan Universitetlər Dərnəyi və Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyinini yaratmışdır.
1949-cu ildə Amerikada səyahətdə olan Sürəyya Ağaoğlu orada kimsəsiz uşaqlar üçün yaradılmış mərkəzi görür və qayıtdıqdan sonra belə bir mərkəzi Türkiyədə də yaratmağı qərara alır. Döndükdən sonra yuxarıda adı çəkilən dərnəyi yaradır.
1960-cı ildə Ekrem Alicanın liderliyi ilə yaradılan Yeni Türkiyə Partiyasında siyasi həyata atılır və partiyanın İstanbul bölməsinin başçısı olur. “Londonda gördüklərim” və “Bir ömür belə keçdi” adlı kitablarında çox sayda hüquqi məqalələr yazmışdır. Sürəyya Ağaoğlu atası və qardaşı Səməd Ağaoğlunun vəkilliyini də özü etmişdir.
1950-ci ilin əvvəllərində alman hüquqşünas Verner Taschenberqer ilə evlənən Sürəyya xanımın evliliyi 1960-cı ilədək davam etmişdir. Bu evlilikdən onun övladı olmamışdır.
Sürəyya Ağaoğlu 1989-cu il dekabrın 29-da İstanbulda qatıldığı “Qadın hüquqları və çağdaşlaşma” adlı iclasdan çıxarkən pilləkənlərdən yıxılaraq beyninə qan sızması nəticəsində vəfat etmişdir.
İndi Türkiyədə onun adını daşıyan küçə vardır. Yaratdıgı Sürəyya Ağaoğlu Uşaq Dostları Dərnəyi hələ də fəaliyyət göstərir.
XƏBƏR LENTİ
Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB
Xanımların gizli tərəfləri - Kişilər oxusun
Ərikli-çiyələkli piroq(foto resept)
Kartof alarkən nəyi bilmək vacibdir?
Doqquzuncu siniflər üzrə buraxılış imtahanları yeni modellə keçiriləcək - RƏSMİ
Hər qadın və kişi oxumalıdır!
Azərbaycanda internetin qiyməti ucuzlaşdı
Kitab yarmarkasına tələsin
Səni sevmək əzabımmış...
Nobel prospektindəki çökmə getdikcə dərinləşir (FOTO)
Uşaq aromateropiyası
Yadplanetli gəmi yoxsa səma cismi? -Asteroidin sirri
Evdə konservləşdirmə (fotolu izah)
"Bütün Gülən hərəkatı ilə əlaqəsi olan..."
Uşaq çərçivələri (PSD)
"Rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq" - VİDEO
Unsuz və yağsız keks (foto resept)
Dietoloqlara ən çox verilən 3 sual
Bədən ölkəsinin sultanı: Ürək
Toyuq ruleti (foto-resept)
En faydalı yağlar
İspaniyada 30 mindən çox əhalisi olan şəhər epidemioloji vəziyyətlə bağlı təcrid olunacaq
Gül kələmi yeməyi
Toxunma qablar
İlham Əliyev bu rayona 3 milyon manat ayırdı
Boyun düzləşməsi əlaməti
Məşhurların illər əvvəl və sonrakı -FOTOları
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
58 tələbəmiz dünyanın ən yaxşı 20 universitetində oxuyacaq
Beynimizi inkişaf etdirək
Rus dili dərs-25
BÜRCLƏR bizə nə vəd edir? - 29 APREL
Yay gəlməmiş bəla gəldi: Tovuzda qadını ilan sancıb
Kompüter gücündə telefon
Rusiya XİN Stiven Siqalı işə götürdü
Harri Potterə yeni üz tapdılar
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Özünə hesabat verməyin yolları
Valideynlərə müjdə!
Ermənistan yenə atəşkəsi pozdu
Bakıda 88 yaşlı qadın koronavirusa qalib gəldi - Gəlini ilə birlikdə... - VİDEO
"The Simpsons" sevənlərə bəd xəbər
Ev pişiyi üç çaqqalın öhdəsindən belə gəldi - VİDEO
Könüllü həbsxananı seçən ahıllar
Hava haqqında - 09.11.2013
Kann kinofestivalı: ən yaxşılar seçildi
"Ustad" dərgisinin 27-ci sayı işıq üzü gördü!
Azərbaycan yay vaxtına keçdi
Gülben Ergen Yeşim Salkımı polisə verdi-SƏBƏB
Azərbaycanda zəlzələ oldu
- ŞƏRHLƏR