XII əsrdə Azərbaycanda hakim ədəbiyyat saray ədəbiyyatı idi. Saray şairləri Şirvanda və Təbrizdə Şirvanşahların və eyni zamanda da Eldəgizlərin sarayında yaşayır, onların hörmət və nüfuzunu artırmağa xidmət edirdilər. Lakin şəhər sənətkarlarının, şəhər yoxsullarının mənafeyini müdafiə edən şairlər saraydan kənarda yaşayır və bu iki ədəbi cərəyan arasında ciddi mübarizə gedirdi. Bu dövrdə şəhər sənətkarlarının, şəhər və kənd yoxsullarının tələb və arzularını geniş bir miqyasda ifadə edən dahi şair Nizami Gəncəvi idi. Nizaminin böyük müasiri olan şairlər içərisində öz demokratik görüşləri ilə xalqa yaxın olan, şəhər sənətkarlarının əhval-ruhiyyəsini ifadə edən şairlərdən biri də Məhsəti Gəncəvi idi.
XII əsrdə Azərbaycan ədəbiyyatında şeir məktəbinin təsisçilərindən biri olan, əsl adının Mənicə olduğu zənn edilən Məhsəti Gəncəvi ədəbiyyatda humanizmin yaranması və inkişafında mühüm rolu olan sənətkarlardandır. Gəncədə doğulub böyüyən Məhsətinin həyatı haqqında çox az məlumat vardır. Qədim təzkirəçilər bu bacarıqlı şairənin yoxsul bir ailədə doğulub-böyüdüyünü, yaxşı musiqişünas olduğunu, Gəncə xətibinin oğlu Əmir Əhmədlə münaqişəsini, Gəncədən sürgün edilməsi barədə məlumat vermişlər. Məhsəti haqqında verilmiş müxtəlif məlumatın hamısında bir fikir, bir cəhət aydın olur ki, o, öz dövrünün son dərəcə istedadlı şairəsi olub, xalq içərisində yüksək nüfuz və hörmət qazana bilmişdir. Məhsətinin obrazı eyni zamanda bir sıra yazıçıların da diqqətini cəlb etmişdi.
"Qılınc və qələm" əsərinin müəllifi Ordubadi, Dilbazi və başqaları Məhsəti Gəncəvinin bədii surətini yaratmağa cəhd etmişlər. Məhsəti Gəncəvinin Yaxın Şərqdə çox şöhrət qazanmış rübailəri tam şəkildə əldə deyildir. Bu görkəmli sənətkarın əlyazmaları bizə qədər gəlib çata bilmədiyi kimi, rübailərdən də çox az bir hissə saxlanıla bilmişdir. Şairə həm də rübailərlə yanaşı, qitə və qəzəllər də yazmışdır. Onun əsərlərinin üzü köçürülərək, divan bağlanmış, lakin sonralar bu divan itmiş, dövrümüzə qədər gəlib çatmamışdır. Onun rübailəri müxtəlif tarixi-ədəbi mənbələrdən və "Əmir Əhməd və Məhsəti" dastanından toplanmışdır.
Bunlar isə onun rübailərindən sadəcə bir neçəsidir.
***
Görsən məni bir söylə nədən dinmirsən?
Qan tökməyə təşnədir gözün,dönmürsən,
Çərxinmi cəfasıdır çatılmış qaşlar,
Cəlladmısan, insanlığı öyrənmirsən?!
***
Qəlbində küfr var, nə namaz ya iman?
Keçmiş bu zəhər cana, nə eylər dərman.
Hər yerdə tanıtdın özünü sən zahid,
Çirkindirsə nəfsin, bu xeyir verməz, qan!
***
Özgədən heç zaman gözləmə kömək,
Quru budaq kölgə salmaz, ey ürək,
Qənaət əzizdir, tamah xar edər,
Az olan şeylərə qənaət gərək.
***
Ey ürək! Ömrümü vermişsən badə,
Gülüb yetməmisən kamə, muradə.
Kimsə yetişmədi dadıma heyhat!
Mən sənin əlindən gəldim fəryadə.
***
Qəminlə ürəkdə qalmamış həvəs,
Cavanlıq şövqü də keçəcək əbəs.
Eşqin bir ölümdür, qalmışdır yalnız-
Yaşamaq adıyla bir quru nəfəs.
***
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
***
Xalqın başında gər olsan da bir tac,
Ağladar səni də bir gün ehtiyac.
Xalqın dərdinə qal, ona yaxın ol,
Qorx o gündən özün olasan möhtac.
***
Boy-buxunu, çiyni nöqsanlıdan dad,
Namərd kişilərdən yaxşıdır arvad...
Bivəfa dostlardan düşmən yaxşıdır,
Etimadsız dostu yadından çıxart.
***
Şam başından yanar, göz yaşı tökər.
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şama diqqət et,
Məhv olur başıyla ayağa qədər.
***
Nədən səni belə yandırdılar şam,
Yaddan çıxartdılar burda bir axşam?
Sən özün dilə gəl, neyləsin əgər
Yaranmışsa ancaq yanmaqçün adam?!
***
Qəm görmüşə hər gün yeni bir qəm yetişər
Dərd ilə yanan qəlbə dava kəm yetişər,
Aşiqləri öldürməyə çox meyl etmə,
Bir gün sənə də bəla, ey sənəm, yetişər.
XƏBƏR LENTİ
Nobel Kanadaya getdi
Aslı Enver yenidən kamera önündə-FOTO
Üz dərisi üçün kosmetik məhsulların alış-verişi
Ağ şokoladlı kakaolu peçenye (foto resept)
Əcnəbilərə daimi yaşamaq icazəsinin verilməsi tələbləri sadələşdirilir
Balerina (rəqqasə) pəhrizi
Norveç elektriklə işləyən təyyarələrə keçir
500 min smartfon 15 saniyəyə satıldı
Yalnızlıq hissindən necə xilas olmalı?
Dünyanı heyrətləndirən fırldaqçı-FOTO
Harrinin qara üzüyünün sirri açıldı-FOTO
Çempionlar Liqası: ilk 1/4 finalçılar kim olacaq?
Nazir: "Gələn ildən 100 min müəllim yeni maaş sistemi ilə çalışacaq"
Gələcəyin avtomobilləri
Psixoloq, yoxsa şarlatan?
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Huş itəndə...
Ramazan ayının təqvimi - FOTO
Arısız da bal olur
Bəlkə, 10 min manatı sizə vermədilər...
“İnstagram” və “Facebook” çökdü
İdmandan öncə nələr yeyilməlidir?
Bir fincan "Coca-cola"nın orqanizmə zərərləri
Həkimlər möcüzə etdilər: uşağı soyudub ölümdən qaytardılar
Alman dili 8-ci dərs
Yataq üstü rəflər
Neslihanın ayrılıq xəbəri yayıldı-FOTO
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
Sürətli dırnaq uzadan maska
Çörəkli keks (foto resept)
Hər kəs 11 yaşlı hakerdən danışır-FOTO
Bakıda yağış gözlənilir
Qoyun ətindən tərxun şorbası
Ağ mətbəx mebelləri
Elmin hələ də aça bilmədiyi 15 sirr
Hadisənin arxiv şəklini yaydı-FOTO
Böyük dövlətlər Kimə qarşı hərəkətə keçdi
Əl qabiliyyəti -Çantalar
Türkiyədə yüzlərlə həkim koronavirusa yoluxdu
Günün ulduz falı
Bensunun 150 minlik hədiyyəsi-FOTO
Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq
Qaymaqlı qurabiyə (foto resept)
Gürcüstan Rusiyaya sitrus meyvələrinin ixracına başlayır
Afrika mənşəli virus Azərbaycanda
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Çinə 72 saat vaxt verildi - ŞOK TƏLƏB
Azərbaycanda 33 yaşlı kişini ildırım vurdu
Caponata (foto resept)
Qeyri-adi yeni il ağacları
- ŞƏRHLƏR