XII əsrdə Azərbaycanda hakim ədəbiyyat saray ədəbiyyatı idi. Saray şairləri Şirvanda və Təbrizdə Şirvanşahların və eyni zamanda da Eldəgizlərin sarayında yaşayır, onların hörmət və nüfuzunu artırmağa xidmət edirdilər. Lakin şəhər sənətkarlarının, şəhər yoxsullarının mənafeyini müdafiə edən şairlər saraydan kənarda yaşayır və bu iki ədəbi cərəyan arasında ciddi mübarizə gedirdi. Bu dövrdə şəhər sənətkarlarının, şəhər və kənd yoxsullarının tələb və arzularını geniş bir miqyasda ifadə edən dahi şair Nizami Gəncəvi idi. Nizaminin böyük müasiri olan şairlər içərisində öz demokratik görüşləri ilə xalqa yaxın olan, şəhər sənətkarlarının əhval-ruhiyyəsini ifadə edən şairlərdən biri də Məhsəti Gəncəvi idi.
XII əsrdə Azərbaycan ədəbiyyatında şeir məktəbinin təsisçilərindən biri olan, əsl adının Mənicə olduğu zənn edilən Məhsəti Gəncəvi ədəbiyyatda humanizmin yaranması və inkişafında mühüm rolu olan sənətkarlardandır. Gəncədə doğulub böyüyən Məhsətinin həyatı haqqında çox az məlumat vardır. Qədim təzkirəçilər bu bacarıqlı şairənin yoxsul bir ailədə doğulub-böyüdüyünü, yaxşı musiqişünas olduğunu, Gəncə xətibinin oğlu Əmir Əhmədlə münaqişəsini, Gəncədən sürgün edilməsi barədə məlumat vermişlər. Məhsəti haqqında verilmiş müxtəlif məlumatın hamısında bir fikir, bir cəhət aydın olur ki, o, öz dövrünün son dərəcə istedadlı şairəsi olub, xalq içərisində yüksək nüfuz və hörmət qazana bilmişdir. Məhsətinin obrazı eyni zamanda bir sıra yazıçıların da diqqətini cəlb etmişdi.
"Qılınc və qələm" əsərinin müəllifi Ordubadi, Dilbazi və başqaları Məhsəti Gəncəvinin bədii surətini yaratmağa cəhd etmişlər. Məhsəti Gəncəvinin Yaxın Şərqdə çox şöhrət qazanmış rübailəri tam şəkildə əldə deyildir. Bu görkəmli sənətkarın əlyazmaları bizə qədər gəlib çata bilmədiyi kimi, rübailərdən də çox az bir hissə saxlanıla bilmişdir. Şairə həm də rübailərlə yanaşı, qitə və qəzəllər də yazmışdır. Onun əsərlərinin üzü köçürülərək, divan bağlanmış, lakin sonralar bu divan itmiş, dövrümüzə qədər gəlib çatmamışdır. Onun rübailəri müxtəlif tarixi-ədəbi mənbələrdən və "Əmir Əhməd və Məhsəti" dastanından toplanmışdır.
Bunlar isə onun rübailərindən sadəcə bir neçəsidir.
***
Görsən məni bir söylə nədən dinmirsən?
Qan tökməyə təşnədir gözün,dönmürsən,
Çərxinmi cəfasıdır çatılmış qaşlar,
Cəlladmısan, insanlığı öyrənmirsən?!
***
Qəlbində küfr var, nə namaz ya iman?
Keçmiş bu zəhər cana, nə eylər dərman.
Hər yerdə tanıtdın özünü sən zahid,
Çirkindirsə nəfsin, bu xeyir verməz, qan!
***
Özgədən heç zaman gözləmə kömək,
Quru budaq kölgə salmaz, ey ürək,
Qənaət əzizdir, tamah xar edər,
Az olan şeylərə qənaət gərək.
***
Ey ürək! Ömrümü vermişsən badə,
Gülüb yetməmisən kamə, muradə.
Kimsə yetişmədi dadıma heyhat!
Mən sənin əlindən gəldim fəryadə.
***
Qəminlə ürəkdə qalmamış həvəs,
Cavanlıq şövqü də keçəcək əbəs.
Eşqin bir ölümdür, qalmışdır yalnız-
Yaşamaq adıyla bir quru nəfəs.
***
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
***
Xalqın başında gər olsan da bir tac,
Ağladar səni də bir gün ehtiyac.
Xalqın dərdinə qal, ona yaxın ol,
Qorx o gündən özün olasan möhtac.
***
Boy-buxunu, çiyni nöqsanlıdan dad,
Namərd kişilərdən yaxşıdır arvad...
Bivəfa dostlardan düşmən yaxşıdır,
Etimadsız dostu yadından çıxart.
***
Şam başından yanar, göz yaşı tökər.
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şama diqqət et,
Məhv olur başıyla ayağa qədər.
***
Nədən səni belə yandırdılar şam,
Yaddan çıxartdılar burda bir axşam?
Sən özün dilə gəl, neyləsin əgər
Yaranmışsa ancaq yanmaqçün adam?!
***
Qəm görmüşə hər gün yeni bir qəm yetişər
Dərd ilə yanan qəlbə dava kəm yetişər,
Aşiqləri öldürməyə çox meyl etmə,
Bir gün sənə də bəla, ey sənəm, yetişər.
XƏBƏR LENTİ
Azərbaycanda canavarlar kəndə hücum ediblər
Həcc ziyarətinin qiymətində ciddi DƏYİŞİKLİK
İlham Əliyev Almaniyada
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və alqı-satqısını asan şəkildə necə rəsmiləşdirmək olar?
Beyonsun paltarı "like" atəşinə tutuldu - FOTO
Elektron siqaret almayın
Ətli-pendirli piroq (foto resept)
Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artdı: 14 ölü
Şahmatçılarımız Dünya çempionatında
Dünya gözəli… 30 yaşında!
Azərbaycanda 4 müəssisəyə "Halal" sertifikatı verildi
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Bəyazla Hadisə sevgilidir? - iddialar səngimir
Hər ay bir şəhzadəyə çevrildi
Günün ulduz falı
Brokoli
Sarmaşıqla nağıla çevrilən evlər
Jenşen
İlk addımı ondan gözləyirsiniz?
Uşaq aləmi
Deniel Kreyq dəqiqəyə bir milyon qazanacaq
Kondisioner koronavirusu daha sürətlə yayır
Minlərlə insan pəncərəsindən QIRMIZI PARÇA asdı
TQDK nəticələri açıqladı
Ölkədə yağmursuz hava olacaq
Gül açan 5 kaktus
Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib
Bədən quruluşumuza diqqət edək
Qapalı kafe və restoranların hansı halda açılacağı bilindi - RƏSMİ
Dişlərinizi bu ədviyyatla ağardın
Facebook-dan daha bir - YENİLİK!
Metro bağlanır - RƏSMİ
Xaçmazda külək ağacları kökündən qopardı, kəndlər işıqsız qaldı
Kişilər hansı qadınlardan xoşlanır?
Multivarkanın hansı növünü seçək?
Evdar xanımlara bəzi məsləhətlər
Meqan Markl kral ailəsinə 46 milyon gəlir gətirdi-FOTO
Yay makiyajı tendensiyası
"Xüsusi" günlər haqqında miflər
Hədik (foto-resept)
Mobil telefonunuzu muncuq və qaşlarla bəzəyin
Azərbaycanda tibb sahəsində çalışanların maaşı artırılır
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
Bəzən inanmaq bəs edir
Bananlı tort (foto resept)
Tam Günəş tutulması başladı - CANLI YAYIM
Azərbaycanda koronavirusu yüngül keçirən xəstələr evdə qalacaqlar - QƏRAR+VİDEO
Baş nazirdən riskli vergi ödəyiciləri barədə QƏRAR
Azərbaycanda karantin rejimi belə yumşaldılacaq - RƏSMİ AÇIQLAMA
"Çarıq" badımcan yeməyi (foto resept)
- ŞƏRHLƏR