Karolina Herşel (Lukresiya) 8 quyruqlu ulduz (kometa) və üç Nebula (Dumanlıq) kəşf edən, modern Avropada məvacibli çalışan rəsmi vəzifəli ilk qadın astronomdur.
Karolina Herşel 1750-ci ildə Hannoverdə anadan olub. Hərbi musiqiçi olan atası İsaak Herşel altı övladına da musiqi və riyaziyyat təhsili vermişdi. Anası İlse Herşel iki qızı üçün başqa düşüncəyə sahib idi, Karolinanın dərzilik öyrənməsini və ailəyə baxmasını istəyirdi.
Karolina 10 yaşındaykən inkişafına əngəl olan səpmə yatalaq xəstəliyinə tutulur, amma buna baxmayaraq, musiqi çalışmalarını ev işləri ilə birlikdə yetişdirməyi bacara bilmişdi.
1767-ci ildə atası vəfat etdikdən sonra böyük qardaşı Fridrix Vilhelmdən (Villiam) gələn dəvət sayəsində ev işlərinin ağırlığından qaçmağa fürsət tapır. İngiltərənin Bat şəhərində orqan ifaçısı və orkestr şefi kimi çalışan qardaşının yanına gedir. Bir müddət ev işlərinə baxdıqdan sonra qardaşının konsertlərində solist kimi iştirak etməyə başlayır. Daha sonra isə orada ilk müğənni olur və başqa şəhərlərdən də konsert təklifləri almağa başlayır. Bütün bu çalışmalar zamanı hələ qardaşının astronomiya hobbisindən təsirlənməmişdi. Böyük ehtimalla çox sevdiyi musiqi karyerası ilə irəliləyəcəkdi.
Villiam Herşel musiqidəki uğurlu çalışmaları ilə yanaşı, gecələr göy üzünü müşahidə edirdi. O, Günəş sisteminin dərinliklərini izləməsinə imkan yaradan aynalı teleskop da düzəltmişdi. Karolina aynaları təmizləmə və müşahidəyə hazırlama kimi çox həssas işlərdə qardaşına kömək edirdi. Eyni zamanda astronomiya nəzəriyyəsi üzrə çalışmalara başlayır, astronomik uzaqlıqları ölçmədə və ulduzları müşahidə etməkdə əsas alınacaq hesablamalar üçün lazımi düsturların çıxarılmasında və cəbrdə ustalaşır.
1781-ci ildə Villiam Uran planetini kəşf edir. Bu kəşfdə Karolinanın da böyük rolu olmuşdu. Elə həmin ildə də Villiam Vindzordakı kral sarayına "Kral astronomu" təyin edilir. Belə vəziyyətdə Karolina musiqidəki karyerasına davam etməklə qardaşının yanında elmi köməkçi kimi saraya getmək arasında seçim etmək məcburiyyətində qalır. Sonda Vindzora getməyi seçir və Villiamla birlikdə düzəltdikləri nəhəng teleskopla ulduzların mövqelərini gecə müşahidələri əsasında qeydə alırlar.
Karolina demək olar ki, bütün gündüzlərini gecə müşahidələri zamanı yazmış olduqları qeydləri və onlarla bağlı hesablamaları dəyərləndirməklə keçirirdi. Məqsədi ulduzların bir yerə yığılmasını və nebula parçalarının kataloqunu hazırlamaq idi. Zamanı gəldikdə Karolina öz astronomik tədqiqatları üzərində işləməyə başlayır.
1783-cü ildə Karolina üç yeni nebula (dumanlıq) tapır və 1786-1797-ci illər arasında səkkiz kometa kəşf edir. Həmin kometalardan biri onun adını daşımaqdadır (35 P/Herschel-Rıgollet). Çalışmaları tanınmağa başladığı zaman Karolina 50 funt maaş alırdı. Karolina İngiltərədə hökümət tərəfindən məvacibli olaraq vəzifəyə alınmış ilk qadın elm adamıdır.
1788-ci ildə Villiam zəngin dul qadın olan Meri Pitt ilə evlənir. Bu evlilikdən Con adlı bir uşaqları olur. Karolina başlanğıcda yeni evlilərə qarşı bir qədər soyuq davranır. Qardaşının evindən ayrılır, ancaq sonra gəlinləri ilə yaxınlaşır və məşhur bir astronom, riyaziyyatçı kimi qardaşı oğluna çox böyük bir yaxınlıq hiss edir.
Villiamın evlənməsi rəsədxanada daha az zaman keçirməsinə səbəb olmuşdu. Amma Karolina özünü astronomiya çalışmalarına həsr etməkdə davam edir.
Çalışmaları 18-ci yüzillikdə Con Falmsted tərəfindən hazırlanmış ulduzlar kataloqunun yenidən işlənməsi və yenilənməsi cəhdindən ibarət idi. Karolinanın yenidən işlədiyi kataloq Elmlər Akademiyası tərəfindən yayımlanır. Karolina həyatının daha sonrakı illərində bir nebula kataloqunun hazırlanmasında qardaşı oğlu ilə birlikdə çalışır. 1822-ci ildə Villiam öldükdən sonra Karolina Hannoverə qayıtdı. Burada özünün və qardaşının etdiyi kəşflərin kataloqlanması ilə məşğul oldu. Aralarında böyük alman riyaziyyatçısı və astronomu Karl Fridrix Qaussun da olduğu çox sayda elm adamı tərəfindən ziyarət edildi.
Karolina həyatının sonuna - 97 yaşına qədər Hannoverdə qalır. Karolina Herşelin elm tarixində yeri, əvvəlcə modern Avropada astronomiya sahəsində varlığı tam olaraq qəbul olunmuş ilk qadın elm adamı olmasıyla bilinir. Elmi uğurları arasında quyruqlu ulduzlar (kometa) və nebulalar kəşf etməsi, eləcə də Uran planetinin kəşf edilməsində qardaşına etdiyi köməyi yüksək qiymətləndirlir. Kataloq çalışmaları isə həmin mövzu ilə maraqlanan elm adamları üçün bir töhfə hesab olunur.
Bu əhəmiyyətli əsəri Karolinaya həm sağlığında, həm də ölümündən sonra uğur gətirir. 1828-ci ildə Krallığın Astronomiya Dərnəyi tərəfindən qızıl medalla təltif olunur. 7 il sonra Karolina Herşel və Meri Somerville bu dərnəyin ilk qadın üzvləri oldular. Herşel əlavə olaraq İrlandiya Elmlər Akademiyasının üzvü olur və 96-cı yaş ad günündə Prussiya Kralı onu Prussiya Elmlər Akademiyası medalı ilə təbrik edir.
Ölümündən sonra belə Karolina astranomiyaya aid kəşflərlə xatırlandı. 1889-cu ildə kəşf edilən bir asteroidə, Herşelin digər adı verilir (281 Lukresiya). Bundan başqa, bir Ay kraterinə də 1935-ci ildə onun şərəfinə Caroline Herschel adı verildi.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"İstanbullu Gelin"in aktyoru 10 il sonra boşandı
Dostluq mesajları...
Onlar işdən getmək istəyirlər
"Google"də YENİLİK
Selena Gomes Aylar sonra İLK DƏFƏ
"Sofiya Rotaru"nun cavan qalma sirri
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
MTRŞ “Lider” TV ilə bağlı bəyanat yayıb
Mingəçevirdə vaterpol yarışı başladı (FOTO)
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə lazımdır"
Şəkər xəstəliyinin (Diabetin) müalicəsi
Balaca qızlarımız üçün palto və gödəkçələr
TƏBİB bugünkü test sayını açıqladı
Ağdamın Şahbulağının yeni görüntüləri - VİDEO
Qeyri-adi etiraz aksiyası
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Bakı bulvarının ziyarətçilərini yenilik gözləyir
Sevgi, evlilik: ən gözlənilməz təklifi kim edəcək?
Repçilər Şekspiri geridə qoydu
Tarixin ən çılğın 10 diktatoru: İnanılmaz qadağalar - FOTO.
“Azərbaycanda ərzaq ehtiyatı kifayət qədərdir” - Mikayıl Cabbarov
Daha bir rayona qar yağdı
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Bu günün tarixi (18.09.2014)
YADPLANETLİ gəmisi yoxsa?
Kabaklı zapekanka(foto resept)
Biologiyadan özünü sınamaq istəyənlərə...
Qadın alt geyimləri
Abituriyentlərin diqqətinə: ləğv edildi!
Bakıda ekspress xətlərin fəaliyyəti bərpa olunur
Bakıdan xaricə gedənlərin nəzərinə: 40 manata...
Bədənizi tanımağa kömək edən tibbi test
Naxışlı qurabiyə (foto resept)
Arıqlama preparatları bəzən ölümə aparır
Falçılarda qalan qaynanalar
Günün qoroskopu:Uğurlu gündür!
Xamalı quzuqarnı (foto resept)
Qozlu-xurmalı peçenye (foto resept)
Azərbaycanda sərin hava şəraiti nə vaxtadək davam edəcək?
Uşağın ölümü valideynin də ömrünü qısaldır
Məktəb bufetləri şagirdləri təhlükəyə atır - Yoxlamalar bərpa olunacaq?
Atəşkəs rejimini qəsdən pozan düşmənin artilleriya bölməsi məhv edilib - RƏSMİ + VİDEO
Koronavirus xəstələrinin saçı niyə tökülür?
MN: “Cəbhənin Xocavənd istiqamətində düşmən komandiri şəxsi heyətlə birlikdə qaçıb”
Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - VİDEO
Təzə əncir şirniyyatı (foto-resept)
Qadin.Net-lilərin 2-ci görüşü (Bakı)
Bergüzar Koreldən GÖZLƏNİLMƏZ Etiraf
Xaçmazda Əziz Əliyev Muzeyinin açılışı oldu
Azərbaycanda qadınlar daha çox hansı məqsədlə oğurlanırlar?
- ŞƏRHLƏR