Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər ( s.ə.s.) “Qiyamətə yaxın elm aradan qaldırılacaq, cəhalət və fitnələr üzə çıxacaq və hərc çoxalacaq”– dedi. Ondan: “Hərc nədir, ya Rəsulullah?”– deyə soruşdular. O, əlini çəpəki vəziyyətdə yuxarıdan aşağı endirib: “Bax belə”– deyə buyurdu, sanki qətl törədiləcəyini qəsd edirdi. (əl-Buxari, 85)
Əsma bint Əbu Bəkr (r.a) rəvayət edir ki, günəş tutulduğu vaxt mən Aişənin yanına gəldim, o vaxt o namaz qılırdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, günəşin tutulduğunu bildirmək üçün əli ilə göyə işarə etdi. Mən məscidə tərəf boylanıb gördüm ki, camaat namaz qılır. Aişə: “Allah pak və müqəddəsdir!”– dedi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, başı ilə işarə edib mənim sözümü təsdiqlədi. Bu səbəbdən mən də namaza durdum. Nəhayət, halsızlaşıb əldən düşdüm və başıma su tökməyə başladım. Namazdan sonra Peyğəmbər (s.ə.s) qüdrətli və əzəmətli Allaha həmd edib Onun şəninə təriflər dedi, sonra da belə buyurdu: “Bu yerdə mən, əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta, Cənnət və Cəhənnəmi gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsihi-dəccalın imtahanına bənzər və ya buna yaxın bir imtahana çəkiləcəksiniz. Dünyasını dəyişmiş kimsədən: “Bu adam haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin yaxud yəqinliklə inanan bəndə: “Bu, Allahın elçisi Muhəmməddir. O, bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də onun dəvətini qəbul edib onun ardınca getdik. Bu, Muhəmməddir!”– deyəcək. O bunu üç dəfə təkrar edəcək. Bundan sonra mələklər ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq və ya qəlbində şübhə olan adam isə: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi mən də deyirdim”– deyəcək. (əl-Buxari, 86)
Qeyd: "Hərc” sözünün hərfi tərcüməsi, əmin-amanlıq və qayda-qanunun olmadığı vəziyyət, qarışıqlıq, nizamsızlıq, çaxnaşma, araqarışma, vəlvələ, mərəkə, hərc-mərclik deməkdir.
Burada "bu adam" deyildikdə, Muhəmməd Peyğəmbər( s.ə.s) qəsd edilir.
XƏBƏR LENTİ
Mobil telefon bir neçə saniyəyə enerji yığacaq…
Əsəd:“Rusiyaya görə icazə verdik...”
Emin atası və oğulları ilə - FOTO
Bağçalarda vəziyyət
NASA həll edə bilmədiyi məsələ üçün tələbələrə 180 min dollar təklif edir
Ermənilər yeni hücuma hazırlaşır
“Google”un qadınlara sürprizi
Alimlər 75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarladılar
Məşhur aktrisa tənqid olundu-FOTO
Real olduqlarına inanmayacaqsınız
Üçyaşlı uşaq dünyanın ən ağıllı adamlarından biridir
Uşaq otağı dizaynı
Limonlu keks (foto resept)
Quşlar insanları depressiyadan xilas edəcək
32 min həkimimiz var, amma...
Bakı sakinlərinə şad xəbər
Düzgün duruş üçün dartınma hərəkətləri
Günün ulduz falı
Nəhəng balina sahildə öldü
Bakıda ən bahalı torpaq haradadır?
İlin ən səs-küylü ayrılıqları - FOTO
Feysbuk-la bağlı ilginc qərar - Gözəl görünmək istədi, həbs edildi
Prezidentin ailəsi Moskvada
Chanel-in 2014-2015-ci il Yeni il kolleksiyası
"Facebook" bu ölkədə pulsuz olacaq
Məşhur ulduz ilk dəfə ata oldu
Hamiləlikdə vitamin həblərdən istifadə
Genital bölgə təmizliyində əhəmiyyətli faktorlar
Azərbaycan məktəbində qaradərili sürpriz: Futbolçu müəllim oldu, ağlaya-ağlaya getdi
Düşmən Ağcabədini 100 dəfə VURDU
Hava haqqında - 25.08.2013
İmmuniteti gücləndirmək üçün bu salatı yeyin.
16 nəfərlik maşına 28 nəfər necə yerləşib? - ŞOK AÇIQLAMA
"Zəmzəm" suyunun sirləri açıqlanıb
Milli Şuradan istefalar gözlənilir
Hikmət Hacıyev: “Ermənistan tərəfindən atılan Smerç raketi yaşayış evinin bağçasına düşüb”
Təhsil naziri: “Biz şagirdləri keçmişi düşünüb hazırlamamalıyıq” - VİDEO
Göz qurumasına səbəb olan faktorlar
Roma qar və su altında qaldı-FOTO
Sami Yusuf Azərbaycana həsr etdiyi növbəti mahnısını təqdim etdi - VİDEO
6 qardaş və bir bacının əzablı həyatı: 14 il evdə
Nazirlik 11 təhlükəli xəstəliyə qarşı hərəkətə keçdi
Saçlara qulluq üsulları
Düşüncə gücü ilə arıqlamaq
Payızda koronavirus yenidən aktivləşə bilərmi? - Epidemioloq danışdı
Smartfondan kiçik kondisioner hazırlandı
Azərbaycanda yağış yağacaq
Ətirin saxta olub-olmadığını necə müəyyənləşdirməli?
BMT ermənilərin Gəncəyə hücumunu pisləyib
Daha gənc və parlaq dəriyə sahib olmaq üçün...
- ŞƏRHLƏR