Rəbbim...o qədər günahkaram ki, hansı günahıma görə əfv diləyim bilmirəm. Bilirəm ki, Sənə layiq bəndə olmağa heç cəhd etmədim, amma Sən məni rızana layiq görmək üçün çox çalxaladın... Bilirəm ki, məni sevdiyin qədərin az bir hissəsi qədər mən Səni sevsəydim indi çox xoşbəxt idim. Hər qapını mənim üçün açdın, hər xeyrə zorla yönləndirdin, yenə anlamadım... Yenə bilmədim qul vəzifəmi. Heç çalışmadığım halda nemət endirdin üzərimə. Yenə çaşdım yolumdan, yenə şükr etməyi unutdum. Günahımdan çox mərhəmətin var. Bəlkə də rəhminə çox arxayın oldum. Qurtararsan cəhənnəmdən – deyə düşündüm. Nə qədər rəhimlə davrandın, nə qədər çəkindirdin cəhənnəm yolundan... Amma seçdiyim yol cəhənnəmdir sanki. Rəbbim, Sənsiz zülm edirəm özümə. Qəribədir ki, çox zaman fərqindəyəm günahlarımın, amma çəkinməyə çalışmıram. Bilirəm ki, Sən də istəmirsən bu xətalarda azıb qalam, istərsən ki, cənnət əhlindən olum mən də. Bəzən günahlarımı etiraf etməklə vicdanımı rahatladıram sanki. Günahlarımdan Sənə bir kərə qəlbən sığınsam məni əfv edəcəyin dəqiqdir. Ah Rəbbim... Necə azdım, necə zülm edər oldum özümə. Sənsiz cənnət də cəhənnəmdir onsuz da! Sənsiz dünyanın nəyi gözəl ola bilər ki?! Nə istədin ki bizdən? Sadəcə öz xeyrimiz üçün namaz qılıb, oruc tutmağı ki sabah bizə şəfaətçi olsun. Sən buyurduğun haramlardan çəkinmədim... həkim qadağan etdiyi hər qidaya etiraz etdim. Nə yazıq etdim özümə, nə yazıq . . .
Sadəcə Mənə təslim ol, xoşbəxt edim səni-dedin. Mən neynədim? "Yox, özüm xoşbəxtliyi qazanacam" dedim. Qazana bilməyəndə isə "xoşbəxtlik yoxdur" dedim. Bəzən naşükürlük etdim, başıma gələnləri dəvət kimi anlamağa elmim çatmadı. Cahilliyimdən dolayı Allah sevdiyi qullara bəla verər deyə düşündüm. Halbuki Sən bəla vermədin, oyanım deyə, Sənin yoluna dönüm ki, səadəti tapım deyə çalxalayırdın həyatımı. Ya Rəbbim, nə Sənin mənim yalvarışlarıma ehtiyacın var, nə mənim Sənin mərhəmətinə şübhəm, amma əlimi açıram, Sənə uzadıram Allahım! Yalvarıram, nəfsimi arındır, ruhumu təslim al. Sağ ikən, dünya həyatını yaşayarkən Sənə təslim olub huşu sahibi olmağı nəsib elə. Sənin ki sərvətin sonsuz, ədalətin qədər mərhəmətin var. Sən ki bağışlamağı sevən, sahib çıxansan. Sən də məni bağışlamasan kimdən mədət gözləyim? Peşmanam. Sənə layiq olmayan etdiyim hər əməldən peşmanam. Yanır içim ey Rəbbim! Ey Kərim! Ey Rahim! Ey Rahman! Ey Ğafur!
Amandır, Allahım qoyma Sənsiz qalım! Qoyma dünya həyatında cəhənnəmi dadım! Qoyma axirətdə Sənsiz yanım!
Sən ki məni anamdan, atamdan çox sevib, çox qoruyursan! Sən ki məni ən yaxşılara layiq bilirsən! Sən ki tək sevgilisən ki məndən qarşılıq gözləmədən sevirsən məni! Sən də buraxsan əlimi hardan tutunum?! Kimə sığınım?! Bilirsən ki cahiləm, bilirsən ki naşükürəm! Sənsən Rəbbim! Sən öyrət gerçəkləri, Sən aç Sənə gələn bütün qapılarımı! Qorxudan axıtdığım hər göz yaşım bir gün Sənin eşqindən sel olub axsın! Anladım ki, Sənsiz səadət yoxdur! Ey bəşəriyyətin, yerin göyün sahibi, Sənə layiqli şükr edəcək qədər, həmd edəcək qədər kamil deyiləm, qafil dualardan başqa bir şey gəlmir əlimdən. Bəzən sənə şərik qoşdum, bəzən qüdrətinə şübhə etdim, bəzən Muheymin olduğunu unutdum! Məni görmürsənmiş kimi davrandım. Səndən başqa kimsə bu qədər xətanı əfv etməz. Bağışlanma ünvanına düz gəlmişəm bilirəm. Geri çevirməyəcəyinə əminəm. Bilirəm ki, rəhmətinlə Özün izin vermisən peşman olub tövbə diləməmə. Bilirəm ki, Özün gətirmisən qapına ki əfv diləyim. Bilirəm ki hələ də sevirsən. Bilirəm ki azacıq çabamla döndürəcəksən. Allahım, qafil ibadətlərimdən, saxta dualarımdan, tuta bilmədiyim vədlərimdən, yalançı tövbələrimdən Sənə, Sənin rəhminə sığınıram! Sən məni atarsan mən yanaram. Həsrətindən çürüyüb məhv olaram. Əbədiyyən xoşbəxtliyin nə olduğunu unudaram. Götür qəlbimi, Sənin olan qəlbimi, mənə verdiyin, əmanət etdiyin qəlbimi. İstədiyin yönə çevir onu, öz nuruna tərəf yönəlt, çıxar içindəki əkinnəti, zülməti, nurunu doldur yerinə ya Rəbbim! Sən ki "ol!" deyərsən o olar. Sən ki hər şeyə qadirsən. Yolunda gözümü, dilimi, əlimi haramdan çəkindirməyi belə bacarmadım. Haqq buyurduqlarını unutdum, əmrlərinə tərs getdim, məni bağışla Rəbbim, bağışla!!!Bu dünyadaykən, sağ ikən ruhunu Sənə təslim edənlərdən eylə!
26/Şüəra-83: Rabbi həb li hukmən və elhiqni bis-salihin.
Rəbbim mənə hikmət bağışla və məni salehlərin arasına daxil et.
4/Nisə-28: Yuridullahu ən yuxaffifə ankum, ve xuliqal insənu daifə.
Allah sizdən (tövbələrinizi qəbul edərək yükünüzü) xəfiflətməyi (yüngüllətməyi) dilər. Və insan zəif yaradıldı.
5/Maidə-74: Ə fə lə yətubune iləllahi və yəstəğfirunəh vallahu ğafurun rahim.
Hələ, Allah'a tövbə edib, O'ndan məğfirət (bağışlanma,günahlarının savaba çevrilməsini) diləmirlərmi? Və Allah Ğafur'dur, Rahîm'dir.
42/Şura-25: Və huvalləzi yəqbəlut- təvbətə ən ibədihi və ya’fu anis- seyyiəti və ya’ləmu mə təf’alun.
Və O, qullarının tövbələrini qəbul edən və səyyiələrini (günahlarını) əfv edəndir. Və etdiyiniz şeyləri bilər.
Müəllif: D.Q.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB
Xanımların gizli tərəfləri - Kişilər oxusun
Ərikli-çiyələkli piroq(foto resept)
Kartof alarkən nəyi bilmək vacibdir?
Doqquzuncu siniflər üzrə buraxılış imtahanları yeni modellə keçiriləcək - RƏSMİ
Hər qadın və kişi oxumalıdır!
Azərbaycanda internetin qiyməti ucuzlaşdı
Kitab yarmarkasına tələsin
Səni sevmək əzabımmış...
Nobel prospektindəki çökmə getdikcə dərinləşir (FOTO)
Uşaq aromateropiyası
Yadplanetli gəmi yoxsa səma cismi? -Asteroidin sirri
Evdə konservləşdirmə (fotolu izah)
"Bütün Gülən hərəkatı ilə əlaqəsi olan..."
Uşaq çərçivələri (PSD)
"Rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq" - VİDEO
Unsuz və yağsız keks (foto resept)
Dietoloqlara ən çox verilən 3 sual
Bədən ölkəsinin sultanı: Ürək
Toyuq ruleti (foto-resept)
En faydalı yağlar
İspaniyada 30 mindən çox əhalisi olan şəhər epidemioloji vəziyyətlə bağlı təcrid olunacaq
Gül kələmi yeməyi
Toxunma qablar
İlham Əliyev bu rayona 3 milyon manat ayırdı
Boyun düzləşməsi əlaməti
Məşhurların illər əvvəl və sonrakı -FOTOları
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
58 tələbəmiz dünyanın ən yaxşı 20 universitetində oxuyacaq
Beynimizi inkişaf etdirək
Rus dili dərs-25
BÜRCLƏR bizə nə vəd edir? - 29 APREL
Yay gəlməmiş bəla gəldi: Tovuzda qadını ilan sancıb
Kompüter gücündə telefon
Rusiya XİN Stiven Siqalı işə götürdü
Harri Potterə yeni üz tapdılar
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Özünə hesabat verməyin yolları
Valideynlərə müjdə!
Ermənistan yenə atəşkəsi pozdu
Bakıda 88 yaşlı qadın koronavirusa qalib gəldi - Gəlini ilə birlikdə... - VİDEO
"The Simpsons" sevənlərə bəd xəbər
Ev pişiyi üç çaqqalın öhdəsindən belə gəldi - VİDEO
Könüllü həbsxananı seçən ahıllar
Hava haqqında - 09.11.2013
Kann kinofestivalı: ən yaxşılar seçildi
"Ustad" dərgisinin 27-ci sayı işıq üzü gördü!
Azərbaycan yay vaxtına keçdi
Gülben Ergen Yeşim Salkımı polisə verdi-SƏBƏB
Azərbaycanda zəlzələ oldu
- ŞƏRHLƏR