Rəbbim...o qədər günahkaram ki, hansı günahıma görə əfv diləyim bilmirəm. Bilirəm ki, Sənə layiq bəndə olmağa heç cəhd etmədim, amma Sən məni rızana layiq görmək üçün çox çalxaladın... Bilirəm ki, məni sevdiyin qədərin az bir hissəsi qədər mən Səni sevsəydim indi çox xoşbəxt idim. Hər qapını mənim üçün açdın, hər xeyrə zorla yönləndirdin, yenə anlamadım... Yenə bilmədim qul vəzifəmi. Heç çalışmadığım halda nemət endirdin üzərimə. Yenə çaşdım yolumdan, yenə şükr etməyi unutdum. Günahımdan çox mərhəmətin var. Bəlkə də rəhminə çox arxayın oldum. Qurtararsan cəhənnəmdən – deyə düşündüm. Nə qədər rəhimlə davrandın, nə qədər çəkindirdin cəhənnəm yolundan... Amma seçdiyim yol cəhənnəmdir sanki. Rəbbim, Sənsiz zülm edirəm özümə. Qəribədir ki, çox zaman fərqindəyəm günahlarımın, amma çəkinməyə çalışmıram. Bilirəm ki, Sən də istəmirsən bu xətalarda azıb qalam, istərsən ki, cənnət əhlindən olum mən də. Bəzən günahlarımı etiraf etməklə vicdanımı rahatladıram sanki. Günahlarımdan Sənə bir kərə qəlbən sığınsam məni əfv edəcəyin dəqiqdir. Ah Rəbbim... Necə azdım, necə zülm edər oldum özümə. Sənsiz cənnət də cəhənnəmdir onsuz da! Sənsiz dünyanın nəyi gözəl ola bilər ki?! Nə istədin ki bizdən? Sadəcə öz xeyrimiz üçün namaz qılıb, oruc tutmağı ki sabah bizə şəfaətçi olsun. Sən buyurduğun haramlardan çəkinmədim... həkim qadağan etdiyi hər qidaya etiraz etdim. Nə yazıq etdim özümə, nə yazıq . . .
Sadəcə Mənə təslim ol, xoşbəxt edim səni-dedin. Mən neynədim? "Yox, özüm xoşbəxtliyi qazanacam" dedim. Qazana bilməyəndə isə "xoşbəxtlik yoxdur" dedim. Bəzən naşükürlük etdim, başıma gələnləri dəvət kimi anlamağa elmim çatmadı. Cahilliyimdən dolayı Allah sevdiyi qullara bəla verər deyə düşündüm. Halbuki Sən bəla vermədin, oyanım deyə, Sənin yoluna dönüm ki, səadəti tapım deyə çalxalayırdın həyatımı. Ya Rəbbim, nə Sənin mənim yalvarışlarıma ehtiyacın var, nə mənim Sənin mərhəmətinə şübhəm, amma əlimi açıram, Sənə uzadıram Allahım! Yalvarıram, nəfsimi arındır, ruhumu təslim al. Sağ ikən, dünya həyatını yaşayarkən Sənə təslim olub huşu sahibi olmağı nəsib elə. Sənin ki sərvətin sonsuz, ədalətin qədər mərhəmətin var. Sən ki bağışlamağı sevən, sahib çıxansan. Sən də məni bağışlamasan kimdən mədət gözləyim? Peşmanam. Sənə layiq olmayan etdiyim hər əməldən peşmanam. Yanır içim ey Rəbbim! Ey Kərim! Ey Rahim! Ey Rahman! Ey Ğafur!
Amandır, Allahım qoyma Sənsiz qalım! Qoyma dünya həyatında cəhənnəmi dadım! Qoyma axirətdə Sənsiz yanım!
Sən ki məni anamdan, atamdan çox sevib, çox qoruyursan! Sən ki məni ən yaxşılara layiq bilirsən! Sən ki tək sevgilisən ki məndən qarşılıq gözləmədən sevirsən məni! Sən də buraxsan əlimi hardan tutunum?! Kimə sığınım?! Bilirsən ki cahiləm, bilirsən ki naşükürəm! Sənsən Rəbbim! Sən öyrət gerçəkləri, Sən aç Sənə gələn bütün qapılarımı! Qorxudan axıtdığım hər göz yaşım bir gün Sənin eşqindən sel olub axsın! Anladım ki, Sənsiz səadət yoxdur! Ey bəşəriyyətin, yerin göyün sahibi, Sənə layiqli şükr edəcək qədər, həmd edəcək qədər kamil deyiləm, qafil dualardan başqa bir şey gəlmir əlimdən. Bəzən sənə şərik qoşdum, bəzən qüdrətinə şübhə etdim, bəzən Muheymin olduğunu unutdum! Məni görmürsənmiş kimi davrandım. Səndən başqa kimsə bu qədər xətanı əfv etməz. Bağışlanma ünvanına düz gəlmişəm bilirəm. Geri çevirməyəcəyinə əminəm. Bilirəm ki, rəhmətinlə Özün izin vermisən peşman olub tövbə diləməmə. Bilirəm ki, Özün gətirmisən qapına ki əfv diləyim. Bilirəm ki hələ də sevirsən. Bilirəm ki azacıq çabamla döndürəcəksən. Allahım, qafil ibadətlərimdən, saxta dualarımdan, tuta bilmədiyim vədlərimdən, yalançı tövbələrimdən Sənə, Sənin rəhminə sığınıram! Sən məni atarsan mən yanaram. Həsrətindən çürüyüb məhv olaram. Əbədiyyən xoşbəxtliyin nə olduğunu unudaram. Götür qəlbimi, Sənin olan qəlbimi, mənə verdiyin, əmanət etdiyin qəlbimi. İstədiyin yönə çevir onu, öz nuruna tərəf yönəlt, çıxar içindəki əkinnəti, zülməti, nurunu doldur yerinə ya Rəbbim! Sən ki "ol!" deyərsən o olar. Sən ki hər şeyə qadirsən. Yolunda gözümü, dilimi, əlimi haramdan çəkindirməyi belə bacarmadım. Haqq buyurduqlarını unutdum, əmrlərinə tərs getdim, məni bağışla Rəbbim, bağışla!!!Bu dünyadaykən, sağ ikən ruhunu Sənə təslim edənlərdən eylə!
26/Şüəra-83: Rabbi həb li hukmən və elhiqni bis-salihin.
Rəbbim mənə hikmət bağışla və məni salehlərin arasına daxil et.
4/Nisə-28: Yuridullahu ən yuxaffifə ankum, ve xuliqal insənu daifə.
Allah sizdən (tövbələrinizi qəbul edərək yükünüzü) xəfiflətməyi (yüngüllətməyi) dilər. Və insan zəif yaradıldı.
5/Maidə-74: Ə fə lə yətubune iləllahi və yəstəğfirunəh vallahu ğafurun rahim.
Hələ, Allah'a tövbə edib, O'ndan məğfirət (bağışlanma,günahlarının savaba çevrilməsini) diləmirlərmi? Və Allah Ğafur'dur, Rahîm'dir.
42/Şura-25: Və huvalləzi yəqbəlut- təvbətə ən ibədihi və ya’fu anis- seyyiəti və ya’ləmu mə təf’alun.
Və O, qullarının tövbələrini qəbul edən və səyyiələrini (günahlarını) əfv edəndir. Və etdiyiniz şeyləri bilər.
Müəllif: D.Q.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Daha çox pul qazandırdığı düşünülən 10 iş
Ev şəraitində ananasın yetişdirilməsi
Hava XƏBƏRDARLIĞI
Düşmən Tərtəri atəşə tutdu: Yaralılar var - RƏSMİ
Rus Dili dərs-6
Bir ton ağırlığında adamyeyən timsah - FOTO
Azərbaycanda internet niyə kəsildi?
Vəsiqə alan vətəndaşların əl-barmaq izləri götürüləcək
Saqqal və bığ çempionatı
Gənc göstərən makiyaj
"Qarabağ" tarix yazdı
Məşhur aktyor 6-cə dəfə ata olacaq
Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”
Ekspertdən kirayə evlərlə bağlı bədbin proqnoz - “Çətinləşəcək”
Günün qoroskopu: hər şeyə rəğmən, hadisələri tələsdirməyin
“Pərviz “Survivor”da finala gedəcək” - VİDEO
Avropada sonuncu o idi
Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü
Erkən nikahla qula çevrilən qızlar
8 yaşlı uşaq dostu üçün 1 milyon topladı
Bu cür hallar milyonda bir baş verir
Koronavirusla bağlı son STATİSTİKA
Windows-da boşluqlar sürətlə artır
Burak Özçivitin bir milyonluq avtomobili - FOTO
Dövlət qurumları işçi axtarır - SİYAHI
"Ufak -tefek cinayetler"in ssenarisi GERÇƏK OLDU - Aktrisalar dalaşdı
Azərbaycan çempionatı: "Simurq" "Qəbələ"yə, AZAL "Rəvan"a qarşı
Hikmət Hacıyev: “Ermənistanın mülki vətəndaşlara qarşı müharibə cinayətləri dayanmır”
Dünyanın ən qəribə işi
Tıxaclara SMS çarə
Üz məşqi və üz masajı necə olur?
İtə görə təyyarə yerə endi
Fevralda hava necə olacaq?
İdman ayaqqabıları
Əsəbilik, yorğunluk və yuxusuzluq
Hamilələr üçün ziyafət geyimləri
Hava necə olacaq?
Arıqlamaq istəyirsiniz?-Qorxu filmi izləyin-Araşdırma
Xəstəliklərin təbii üsulla müalicəsi
Sabah güclü külək olacaq
Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA
Komendant saatı nə vaxt ləğv olunacaq?
Uşaq geyimləri
Cəbhədən ən son xəbər
İngilis-Azərbaycan və Azərbaycan-İngilis lüğəti
“Çukur”dan ayrılmaq səbəbini açıqladı
Düzgün qidalanma haqqında 8 qayda
Söz yarası - mismar dəliyi
Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər - RƏSMİ AÇIQLAMA + VİDEO
Alimlər 2 qalaqtikanın toqquşmasının ŞƏKLİNİ ÇƏKDİLƏR
- ŞƏRHLƏR