İslam Yer üzərinə göndərilmiş ən sonuncu və kamil, mükəmməl olan bir dindir. Digər səmavi dinlər İslam üçün zəmin hazırlamışdır. Onların hər biri bir mənbəyə əsaslanmış və bir ideyanı təbliğ etmişdir. Din insanın həyatının necə olduğunu, insanın nə üçün var olduğunu anlamaq üçün ən gözəl vasitədir. İslam bir seçim deyil. O, həyatın özüdür. Həyatı dini və qeyri-dini bölənlər bu nöqtədə yanılırlar. Çünki İslam həyatdır, həyat isə İslam. Hər bir insan doğularkən İslam fitrəti üzərində doğulur. Onun dini baxışını isə sonradan ya valideynləri, ya ətrafı, ya da özü dəyişir. Bu barədə sünnədə yetərincə hədislər mövcuddur. Ancaq bu gün bu xəbərimdə tamam fərqli bir mövzudan söhbət açmaq istəyirəm. İslamı öyrənərkən və ya yeni öyrənməyə başlayarkən və ya ətrafda dini söhbət edənlərə qulaq asarkən elə olur ki, qulağımız yeni sözlər eşidir və bunların mənasını bilmirik. Əslində isə bunlar çox sadə və hər birimizin bilməli olduğumuz sözlərdir. Mən bu xəbərimdə İslamın ən adi terminlərini sizlər üçün seçib hazırlamışam. Onu da nəzərinizə çatdırım ki, qətiyyən kənara çıxmamış və sünnəmizin izi ilə getmişəm. Məlumatların hamısı İmam Nəvəvinin "Riyazus Salehin" adlı kitabındandır. Digər xəbərlərin birində qismət olsa, İmam Nəvəvinin həyatı ilə də sizi tanış edərəm. İndi isə buyurun, bir sıra terminlərlə tanış olun.
Aşəreyi-mübəşşərə - lüğətdə hərfi mənası "müjdələnmiş on şəxs" deməkdir. Allah Rəsulunun (s.a.s) Cənnətə girəcəklərini sağlıqlarında müjdələdiyi on səhabə: Əbu Bəkir əs-Siddiq, Ömər ibn əl-Xəttab, Osman ibn Əffan, Əli ibn Əbi Talib, Zubeyr ibn Əvvam, Talha ibd Ubeydullah, Əbdürrəhman ibn Avf, Sad ibn Əbi Vaqqas, Səid ibn Zeyd və Əbu Ubeydullah ibn Cərrah (r.anhum).
Aşura günü - lüğətdə hərfi mənası "onuncu gün" deməkdir. Hicri təqviminin ilk ayı-məhərrəm ayının onuncu günüdür. Bu günə "aşura" adının verilməsi Uca Allahın həmin gün on peyğəmbərinə etdiyi lütflərlə bağlıdır:
1. Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz.Musa (ə) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.
2. Hz.Nuhun (ə) gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.
3. Hz.Yunus (ə) balığın qarnından bu gün xilas olmuşdur.
4. Hz.Adəmin (ə) tövbəsi həmin gün qəbul edilmişdir.
5. Hz.Yusuf (ə) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.
6. Hz.İsa (ə) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səmaya yüksəldilmişdir.
7. Hz.Davudun (ə) tövbəsi həmin gün qəbul edilmişdir.
8. Hz.İbrahimin (ə) oğlu Hz.İsmail (ə) aşura günü doğulmuşdur.
9. Hz.Yaqubun (ə) oğlu Hz.Yusufun (ə) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.
10. Hz.Əyyub (ə) bu gün xəstəliyindən şəfa tapmışdır.
Ancaq ürək ağrısı ilə qeyd etməliyik ki, Muhamməd Peyğəmbərin (s.a.s) nəvəsi Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində aşura günü Kərbəlada şəhid edilmişdir.
Azan - lüğətdə hərfi mənası "bildirmək, elan etmək, eşitdirmək" deməkdir. Namaz vaxtlarını bildirmək, müsəlmanları namaza dəvət etmək məqsədilə, əsasən, minarədə müəzzin tərəfindən ərəb dilində oxunan xüsusi sözlərdir. Uca Allahın böyüklüyünü, Muhamməd Peyğəmbərin (s.a.s) Allahın elçisi və namazın qurtuluş yolunun qapısı olduğunu ifadə edən azan İslam tarixində ilk dəfə Bilali-Həbəşi (r.a) tərəfindən Mədinədə oxunmuşdur.
Beyət - lüğətdə hərfi mənası "tabe olduğunu, itaət etdiyini bildirmək" deməkdir. Muhamməd Peyğəmbərin (s.a.s) dəvətini qəbul edərək ona tabe və sadiq olmağa dair verilən söz. Sonralar xəlifələrə, imamlara, hökmdarlara, təsəvvüf böyüklərinə üsyan etməmək və əmtə tabe olmaq barədə söz vermək şəklində işlənmişdir.
Bəsmələ - "Mərhəmətli və Rəhmli Allahın adı ilə!" mənasını verən "Bismilləhir-Rahmənir-Rahim" cümləsinin qısa adıdır. "Tövbə" surəsi istisna olmaqla Qurani Kərimin bütün surələrinin əvvəlində işlədilən bu kəlmənin digər adı isə "Təsmiyə"-dir. Quranın açarı hesab olunan Bəsmələ "Bəsmələ" Allah kəlamı oxunarkən "Əuzu billəhi minəş-şeytanir-racim" ("Qovulmuş Şeytanın şərindən Allaha sığınıram!") ifadəsindən sonra oxunur. Həmçinin dəstəmaz almağa, yeməyə, içməyə, hər hansı bir xeyirli işə başlarkən bəsmələ çəkmək sünnətdir.
Bidət - lüğətdə hərfi mənası "yenilik, yenilik gətirmə" deməkdir. Sonradan ortaya çıxan, daha əvvəl bənzəri olmayan, sünnətə uyğun gəlməyən bir şey. Peyğəmbərimizin (s.a.s) və dörd Raşidi xəlifə zamanında olmadığı halda dində sonradan çıxarılan, uydurulan söz, yazılı mətn, üsul və işlər, islahatlar nəzərdə tutulur. İslam alimlərinə görə, hər növ bidət zəlalətdir, yoldan çıxmaqdır. "Əgər bir millət dinində bidət çıxararsa, Uca Allah ona bənzər bir sünnəti yox edər və qiyamətə qədər bir daha geri qaytarmaz".(Hədis-şərif, Darimi)
Cin - lüğətdə hərfi mənası "örtülü, gizli" deməkdir. Bir növ ilan mənasını da verir. "Hicr" surəsinin 27-ci ayəsində "tüstüsüz oddan yaradıldığı" bəyan edilən, varlığı Quranın "Cin" surəsi və bir çox ayələri ilə təsbit edilmiş gözlə görünməyən varlıqıatdır. İnsanlar kimi yalmız Allaha ibadət etmək üçün yaradılmış və yer üzündə məskunlaşmış, yeyib-içmək, evlənmək, çoxalmaq xüsusiyyətinə makik olan cinlər haqqında əvvəlki müqəddəs kitablarda da məlumat vardır. İstənilən surətə, o cümlədən insan cildinə girməyi bacaran cinlər də müsəlman və ya kafir, xeyirxah və ya bədxah olurlar. İnsanlar bəzən onları görə bilir.
XƏBƏR LENTİ
Dərini 1 gecəyə ağardan maska
Səssiz haray
Bahalaşmanın qarşısı necə alınsın?
Kəndli kənddən niyə qaçır?
Pul qarşılığında vətəndaşlıq təklif edən ÖLKƏLƏR
ARGTMŞ Avropa İttifaqının layihəsini Azərbaycanda həyata keçirəcək
Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunacaq
Mən arıqladım!
İzmirdə axtarış-xilasetmə işləri başa çatdı - VİDEO
"Eşkıya dünyaya hükümdar olmaz"ın çəkilişləri başladı
Namazı belə qılaq
Qadınlarda ən sıx rast gəlinən 5 xəstəlik!
Günün ulduz falı - 19.12.2013
Jeleli tort (foto resept)
Uşaq otağı üçün xalçalar
Qısqanclıq hissinin yaranma səbəbi
Qadınlarda və kişilərdə cinsi istəyin azalma səbəbləri
Bakıda yağış yağacaq
Ləzgi paxlavası (foto resept)
Nağıl kimi yerlər-1
Ciddi sarsıntılara HAZIR OLUN-FOTO
Bakıda yeni kəsim məntəqələri quraşdırılır
Günün qoroskopu: Uğurlu gündür!
Bahalı geyimlərin zərərləri nədir?
Elmə məlum olmayan heyvan tapıldı
Castin Biberin xanımından Gözlənilməz Etiraf - FOTO
Rubl necə yüksələcək?
17 asteroiddə su aşkarlandı
Günün ulduz falı
Brabus-dan kabriolet Mercedes
Məktəbli formalarına tələbat böyükdür
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Məşhur filmlərdəki səhvləri gördünüz?
Səhər yeyildikdə arıqlamağa kömək edən ərzaqlar
Şeyx xalqa müraciət etdi
Zərf
Şeyma Subaşı məhkəməlik oldu-SƏBƏB
ABŞ-da internet qanunları dəyişir
İnsanlara kömək et, uzunömürlü ol
Balaca modabazlar
Kıvanç Tatlıtuğ Yeni ili İspaniyada qeyd edəcək
"Sarpız"la bağlı əhaliyə XƏBƏRDARLIQ
Moda brendlərini tanıyaq (3)
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Manatla bağlı qorxudan proznoq: "Bu, son deyil"
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Bank Kıvanç Tatlıtuğa təzminat ödədi-SƏBƏB
Arda Kuralın vəziyyəti pisləşdi-FOTO
Səudiyyə nefti bahalaşdırdı
Tiflisdə məhşər günü: azərbaycanlıların durumu
- ŞƏRHLƏR