Quran və Sünnə işığında ad və sifətlərin isbatı üçün tətbiqi misallar
Quran və Sünnədə Allahın ad və sifətlərinin isbatına dair bir çox məqamlarda müxtəlif tərzdə çoxlu dəlillər vardır. Kitab və Sünnə ilə sabit olmuş Allahın ad və sifətləri çoxlu saydadır. Bu ad və sifətlər barəsində çoxlu sayda kitablar yazılmışdır. Həmin ad və sifətlərdən
bəzilərini qeyd etmək istəyirik.
Allahın adlarından bəziləri
əl-Həyy (əbədi Yaşayan) və əl-Qəyyum
Quran və Sünnədə buna dair çoxlu dəlillər vardır. Uca Allah buyurur: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur” (əl-Bəqərə,255). Sünnədən dəlilə gəlincə, Ənəs ibn Malik (r.a) rəvayət etmişdir ki,
bir dəfə Peyğəmbərlə (s.a.s) birlikdə bir yerdə idik. Aramızda olan bir kişi namaz qılırdı. O ruku etdi, sonra səcdə etdi, sonra təşəhhüdü oxudu, sonra da dua edib dedi: “Allahım Sənə yalvarıram! Həmd Sənədir. Səndən başqa məbud yoxdur. Ey göyləri və yeri Yaradan! Ey əzəmət və ehtiram sahibi! Ey Yaşayan, ey Qəyyum!” Bu zaman Peyğəmbər (s.a.s) buyurdu: “O Allahın ən əzəmətli adı vasitəsilə Ona dua etdi, elə bir adla ki, onunla dua edib istəyənin, istəyini Allah verər.” ( "Müstədrək əl-Hakim", 1856.)
əl-Həmid (Tərifəlayiq)
Uca Allah buyurur: “Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir” (əl-Bəqərə, 267).
Kəb ibn Ucranın (r.a) təşəhhüd barədə rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbər (s.a.s) onlara təşəhhüdü öyrədərək belə demələrini
buyurmuşdur: “Allahım, İbrahimə və Onun ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və onun ailəsinə də xeyir-dua ver; şübhəsiz ki,
Sən Tərifəlayiqsən, şan-şöhrətlisən.” ("Səhih əl-Buxari", 3370; "Səhih Muslim", 406)
ər-Rəhman və ər-Rəhim (Mərhəmətli və Rəhmli)
Uca Allah buyurur: “Həmd olsun aləmlərin Rəbbi Allaha, Mərhəmətli və Rəhmliyə” (əl-Fatihə, 2-3).
Sünnədən dəlil isə Peyğəmbərin (s.a.s) Hudeybiyyə sülhü günü müşriklərlə sülh sazişi bağlayarkən sazişin əvvəlinə "Bismilləhir-Rəhma-
nir-Rəhim" sözlərini yazmağı əmr etməsidir. ("Səhih əl-Buxari", 2731.)
əl-Həlim
Uca Allah buyurur: “O, Həlimdir, Bağışlayandır” (əl-Fatir, 41).
İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) çətinliyə düşəndə belə dua edərdi: “Allahdan başqa ibadət haqqına malik məbud yoxdur, O, Əzəmətlidir, Həlimdir.” ( "Səhih əl-Buxari", 6345; "Səhih Muslim", 2730.)
Allahın sifətlərindən bəziləri
Qüdrət
Bu, Allahın zatı sifətidir və buna Quran və sünnədə dəlillər vardır. Zat sözünün mənası isə sifətin Allahdan ayrılmaz bir sifət olması
deməkdir. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah hər şeyə qadirdir” (əl-Bəqərə, 20).
Osman ibn Əbul-Asdan (r.a) rəvayət olunur ki, bir dəfə o, İslamı qəbul edəndən bəri bədənində hiss etdiyi bir ağrıdan Peyğəmbərə (s.a.s) şikayət etdi. Peyğəmbər (s.a.s) dedi: “Əlini bədəninin ağrıyan yerinə qoyub üç dəfə: “Bismillləh!”–de və yeddi dəfə də:“Hiss etdiyim və həzər etdiyim ağrının şərindən Allahın İzzət və Qüdrətinə sığınıram”– de.” ("Səhih Muslim", 2202.)
əl-Həyat
Bu da Allahın zatı sifətlərindən biridir. Əl-Həyat sifəti Onun əl-Həyy adından qaynaqlanır. Bu barədə dəlilləri qeyd etmişik.
əl-Elm
Bu sifət də Allahın zatı sifətlərindəndir. Buna Quran və Sünnədən bir sıra dəlilləri göstərə bilərik.
Uca Allah buyurur: “Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər” (əl-Bəqərə, 255).
Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) onlara istixarə duasını öyrədər və bu duada belə demələrini buyurardı:
“Allahım, Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm.” ("Səhih əl-Buxari", 6382.)
İradə
Bu, Allahın Quran və Sünnədə sabit olan feli sifətlərindəndir. Feli sifətlər Allahın istəyinə və qüdrətinə bağlıdır, istəsə onları edər, istəməsə etməz. Uca Allah buyurur: “Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər” (əl-Ənam, 125).
Sünnədən olan dəlildə isə Abdullah ibn Ömər (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allah bir xalqa əzab göndərdikdə həmin əzab onların arasında olan kimsələri də bürüyər, sonra isə həmin adamlar əməllərinə görə həşr olunarlar.” ("Səhih Muslim", 9287.)
Ucalıq
Bu da Allahın Quran və Sünnədə sabit olan zatı sifətlərindəndir. Uca Allah buyurur: “Ən Uca Rəbbinin adına təriflər de!” (əl-Əla, 1). Uca Allah buyurur: “Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur” (ən-Nəhl, 50). Sünnədən dəlil isə əvvəldə qeyd etdiyimiz Əbu Hureyranın (r.a) yuxudan öncə edilən dua barəsində rəvayət etdiyi hədisidir. Hədisdə deyilir: “Allahım Sən Əvvəlsən, Səndən əvvəl
heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur.” ( "Səhih Muslim", 2713.)
Yüksəlmək
Bu da Allahın Quran və Sünnədə sabit olan feli sifətlərindəndir. Uca Allah buyurur: “Mərhəmətli Allah Ərşə ucaldı” (Ta ha, 5).
Qətadə ibn Nomən (r.a) rəvayət etmişdir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Allah məxluqatı yaratdıqdan sonra Ərşə yüksəldi.” (əz-Zəhəbi, "əl-Üluvv", 119; əl-Həllal, "Kitab əs-Sünnə", 119.)
Ərəb dilində “istiva” sözü ucalmaq, yüksəlmək, qərar tutmaq, yuxarı qalxmaq mənalarını verir. Uca Allahın Öz Ərşi üzərinə yüksəlməsi isə Özünə layiq şəkildə bir yüksəlmədir.
əl-Kəlam
əl-Kəlam sifəti növ baxımından Allahın zatı sifəti, fərdi kəlamlara nisbətdə isə feli sifətidir. Belə ki, O istədiyi vaxt istədiyi şəkildə, eşidilən bir tərzdə danışır. Quran və Sünnədə Allahın Kəlam sifətinə bir çox dəlillər vardır. Uca Allah buyurur: “Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı” (ən-Nisa, 164). O həmçinin buyurur: “Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: “Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım” (əl-Əraf, 143).
Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Adəmlə Musa mübahisə etdilər. Musa dedi: “Ey Adəm, sən bizim atamızsan, bizi Cənnətdən məhrum etdin və bizi Cənnətdən çıxartdın.” Adəm də dedi: “Ey Musa, Allah səninlə birbaşa danışmaqla və Tövratı Əli ilə yazmaqla Səni seçdi”. ("Səhih əl-Buxari", 6614; "Səhih Muslim", 2652.)
Üz
Bu da Uca Allahın Quran və Sünnədə sabit olan zatı, həm də xəbər şəklində varid olmuş sifətlərindəndir. Uca Allah buyurur: “Siz onu
ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz” (əl-Bəqərə, 272). Həmçinin buyurur: “Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir” (ər-Rəhman, 27).
Cabir ibn Abdullah (r.a) demişdir:“Uca Allahın:“De:“Allah başınızın üstündən sizə əzab göndərməyə qadirdir...” (əl-Ənam, 65) ayəsi nazil olduqda, Peyğəmbər (s.a.s) buyurdu: “Allahım! Sənin Üzünə sığınıram!” Allah buyurdu: “... və ya ayaqlarınızın altından...” Pey-
ğəmbər (s.a.s) dedi: “Allahım! Sənin Üzünə sığınıram!” Allah buyurdu: “... ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə
digərinin gücünü daddırmağa qadirdir.” Peyğəmbər (s.a.s) dedi: “Bu bir az yüngüldür.” ("Səhih əl-Buxari", 4628.)
İki Əl
Bu da Allahın Quran və Sünnədə sabit olan zatı, həm də xəbər şəklində varid olmuş sifətlərindəndir. Uca Allah buyurur: “Əksinə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyi kimi sərf edir” (əl-Maidə, 64). Həmçinin buyurur: “Allah dedi: “Ey İblis! Sənə Mənim iki
əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi?” (Sad, 75).
Muslim, Əbu Musa əl-Əşaridən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Allah gecə Əlini uzadır ki, gündüz vaxtı günah
edən kimsələrin tövbələrini qəbul etsin, gündüz də Əlini uzadır ki, gecə vaxtı günah edən kimsələrin tövbələrini qəbul etsin. Bu, günəş
batdığı yerdən çıxanadək beləcə davam edəcək.” ("Səhih Muslim", 2759.)
İki göz
Bu da Allahın Quran və sünnədə sabit olan zatı, həm də xəbər şəklində varid olmuş sifətlərindəndir. Uca Allah buyurur: “Gözümün önündə boya-başa çatdırılasan deyə” (Ta ha, 39). Həmçinin buyurur: “Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt” (Hud, 37).
Buxari və Muslim, Abdullah ibn Ömərdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: “Şübhəsiz ki, Allah sizdən gizli
deyildir, O, təkgöz deyil,–Peyğəmbər (s.a.s) bunu deyib əli ilə gözünə işarə etdi–Məsih Dəccalın isə sağ gözü kordur, onun gözü domba
üzüm dənəsinə oxşayır.” ("Səhih əl-Buxari", 7407; "Səhih Muslim", 2933.)
Ayaq
Bu da Allahın səhih hədislərdə sabit olan zatı sifətidir. Əbu Hureyradan (r.a) Cənnətlə Cəhənnəmin höcətləşməsi ilə bağlı nəql olunan
hədisdə deyilir: “Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını Cəhənnəmə qoyacaq və o:“Yetər, yetər!”–deyəcək. Onda o
artıq dolacaq və içindəkiləri qaplayacaq” ("Səhih əl-Buxari", 4850; "Səhih Muslim", 2846.)
Buxari və Muslimdə rəvayət olunan bəzi hədislərdə: “O ayağını onun üstünə qoyacaq” – deyilir. ( "Səhih əl-Buxari", 4848, 4849; "Səhih Muslim", 2848.) Allahın Quran və Sünnədə varid olan ad və sifətləri çoxdur. Sadalananlar isə sadəcə bir misaldır. Hər bir müsəlmana vacibdir ki, Allahın ad və sifətlərini Allah Öz kitabında isbat etdiyi kimi Onun Böyüklüyünü və Kamilliyini layiq bir şəkildə isbat etsin. Belə ki, O, Özünü məxluqatdan daha yaxşı tanıyır. Həmçinin gərək bu isbat Peyğəmbərin (s.a.s) sünnəsində varid olduğu kimi olsun. Çünki Peyğəmbər (s.a.s) öz Rəbbini digər məxluqlardan daha yaxşı tanıyır, daha yaxşı nəsihət edir, daha səlis danışır, daha yaxşı bəyan edir, Allahdan ən çox qorxan da məhz odur. Odur ki, müsəlman bu sifətləri inkar etməkdən və onları məxluqlara oxşatmaqdan çəkinməlidir. Uca Allah buyurur: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir“ (əş-Şura, 11).
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Doğruluğun mükafatı
Bu dərmanlar ən az 2 dəfə ucuzlaşdırıldı
İnstaqramda trendə çevrilən geyimlər
Nikinizin mənasını bilirsinizmi?
Meyvə-tərəvəzlə arıqlayın
Rusiya brendləri
Devid Bekhem evinin altında gizli tunel tikdirir-SƏBƏB
Haçalanan saçlar üçün maska.
"Donuz qripi"nə yoluxan aktrisa hər kəsi QORXUTDU - FOTO
Saçları gücləndirən və qoruyan maska
Bütün idman obyektlərində ibadət otaqları yaradılacaq
Saç rezinləri
Yaponiyada koronavirusa rekord yoluxma
Sev ki, sevən mərd olar...
Vitaminlərin sirləri
Dünyada ən minimalist telefon təqdim olundu
Ronaldinyo çoşqa uğrunda mübarizə apara bilər
Məşhur aktyor metroya mindi, tanıyan olmadı
Sosial şəbəkədən pul qazana bilərsiniz
Kişilərə söyləyərkən diqqət edəcəyiniz məqamlar
Onu özünə aşiq et!
Məşhur müğənnin səhnə geyimi müzakirə olunur - FOTO
Bakıda sürücü fırıldağı: işığı yandır...
Artur Rasizadənin oxşarı tapıldı
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Aprel ayının qalibləri!
Bu film hər kəsi GÖZ YAŞLARINA BOДћDU - VİDEO
Mehriban Əliyevaya Pakistanın "Hilal-e-Pakistan" ordeni təqdim olunub
Namaz və onun qaydaları (7-ci hissə)
Sürücülük vəsiqələri smartfonlarda olacaq
Hamilə Miranda Kerr -FOTO
Benzinin qiymətindəki dəyişlik Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək
Yoqaya indi başlamağınız üçün 12 səbəb
WhatsApp-da əla yenilik
Hava necə olacaq?
Soyuqdəyməni bir günə necə çıxarmalı?
Ana südü uşaqları bundan da qoruyur
Radio və televiziya işçilərinin peşə bayramıdır
Dostları sayəsində dünyanı gəzdi
Hollivudun ən çox gəlir gətirən aktyoru məlum oldu
Ulduz falı nə dərəcədə düzdür?
Xalq inancları
Naftalanda qeyri-adi layihə
Azərbaycanda qadınların bəzi iş yerlərində çalışmaları qadağan ediləcək
Burak Özçivitdən ilk dəfə -FOTO
Almaz daşı
Azərbaycanda bir kənddə onlarla insan koronavirusa yoluxdu
Prezidentin köməkçisindən təqdirəlayiq addım - VİDEO
Kiçik xalçaların toxunma qaydası (Video)
TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının konfransında iştirak edəcək
- ŞƏRHLƏR