Neçə illər idi ki, Nuhun qəbiləsi Allah əvəzinə bütlərə inanırdı. Onlar bütlərə müxtəlif adlar qoymuşdular. İşləri dara düşən kimi bütlərin yanına qaçar, bu taxta müqəvvalara əl açıb yalvarardılar.
Elə bir dövran gəlib çatmışdı ki, camaat doğru yoldan azmışdı. Zülm və zorakılıq, haqsızlıq və ədalətsizlik baş alıb getmişdi. İnsanları bütün bu bəlalardan qurtarmaq üçün Allah Nuhu peyğəmbər seçdi. Nuhun aydın nitqi, iti ağlı, güclü dözümü var idi.
Nuh camaatı Allaha inanmağa, kafirlikdən əl çəkməyə çağırdı. Lakin heç kim Nuhu eşitmək istəmədi. Nuh onları İlahi cəzası ilə qorxutdu. Camaat isə ona məhəl qoymadı. Nuha ilk iman gətirən öz həyat yoldaşı oldu.
Nuh ruhdan düşmədi. Bu dəfə o, qəbiləsini dilə tutmaq istədi. Nuh camaatı həvəsləndirmək üçün dedi:
- Əgər Allaha inansanız, böyük savab qazanarsınız.
Yolunu azmış camaat isə yenə də Nuhu saymadı. Onlar Nuhu incitməyə başladılar. Nuh yoldan ötərkən onu daşa basdılar. Hətta bir dəstə adam Nuhu əla salaraq dedi:
- Bizi qorxutduğun Allahına de ki, öz cəzasını göndərsin.
Nuh bu əzablara çox dözdü. Bu müddətdə oğlanları Sam, Ham və Yasəfdən başqa bir neçə yoxsul da onlara qoşuldu. Dördüncü oğlu Yam isə inadkarlıq edib ona iman gətirmədi.
Nuhun səbri tükənmiş, ümidi üzülmüşdü. O, üzünü göyə tutaraq dedi:
- Ya Rəbb, bunlar kafirdirlər, düzələn deyillər. Onlara öz cəzanı göstər.
Allahdan bu nida gəldi:
- Özün üçün gəmi düzəlt. O zülmkarlar isə su altında qalacaqlar.
Nuh dülgərlik sənətini yaxşı bacarırdı. O, şəhərin qırağına çəkilib gəmi düzəltməyə başlayır. Camaat dəstə-dəstə gələrək onun gəmisinə tamaşa edirdi. Bəziləri də Nuhu əla salaraq deyirdilər:
- Ay Nuh, axı sən özünü peyğəmbər sayırdın, nə oldu dülgərliyə başladın?
Bir başqaları da deyirdi:
- Ay Nuh, bəs gəmini niyə dənizdən uzaqda düzəldirsən? Onu sahilə necə aparacaqsan? Olmaya özünə öküz kirayə etmisən? Yoxsa küləyə əmr edəcəksən ki, gəmini dənizə sarı dartıb aparsın?
Nuh bütün bu sözlərə əhəmiyyət verməyib gecə-gündüz öz işindən qalmadı.
Tezliklə gəmi hazır oldu. Uca Tanrıdan Nuha nida gəldi ki, ailəni və sənə iman gətirmiş adamları gəmiyə mindir, heyvanların da hər növündən özünə bir cüt götür. Nuh ilahi əmrini yerinə yetirdi. Onlar Allahın adını dillərinə gətirib gəmiyə mindilər.
Çox keçmədi ki, misli görünməmiş güclü bir tufan qopdu. Su gəminin başından aşdı. Külək gah yavaş, gah da şiddətlə əsərək gəmini irəli aparırdı. Göyləri qaranlıq bürüyürdü. Su bütün yer üzünü tuturdu. Kükrəyən qorxunc dalğalar kafirləri qoynuna alırdı. Köpüklənən ağ sular isə onlara kəfən toxuyurdu.
Nuh gəminin göyərtəsindən dənizə baxıb oğlu Yamı gördü. O, əl-qol ataraq ölümlə çarpışırdı. Atalıq hissi Nuha güc gəldi. O qışqırdı:
- Əziz oğlum, imana gəl, gəmiyə min. Bizə qoşulsan, ölümdən qurtulmuş olacaqsan.
Yam atasının nəsihətini eşitməyib dedi:
- Sənin gəminə ehtiyacım yoxdur, qaçıb dağlara sığınacağam.
Nuh oğlunu dilə tutmaq istədi. Bu zaman dalğalar onları ayırdı, Yam görünməz oldu. Nuh yalvarışla üzünü göyə tutub dedi:
- Ya Rəbb, o boğulan mənim nəslimdəndir. Ona öz rəhmini göstər.
Nuha belə bir nida gəldi:
- Nuh sən yanılırsan. Yamın peyğəmbərlik nəsli itmişdir. O dinsizdir.
Nuh anladı ki, rəhm hissi ona güc gəlmişdi. Az qala doğru yoldan çıxacaqdı. Bu dəfə o bağışlanmasını istəyərək Allaha üz tutub dedi:
- Ya Rəbb, bu günahıma görə məni bağışla. Yoxsa mən də ziyankarlar cərgəsində olaram.
Bir müddətdən sonra İlahi intiqamı bitdi. Zülmkarlar öz cəzasına çatdılar. Allahın buyuruğu ilə göylər yağışını kəsdi. Nuhun gəmisi gəlib Cudi dağının ətəyində dayandı. Nuha əmr gəldi ki, artıq gəmidən düşsün, yeni həyata başlasınlar.
Nuh əleyhissalam Uca Allaha iman gətirən adamları xilas etdiyinə görə Nəciyullah (Allahın nicat verəni) adını almışdır.
Quranda da Nuh əleyhissalamla bağlı bir çox ayələr vardır.
"Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram". Xalqının zadəganları dedilər: "Həqiqətən də, biz səni açıq-aydın azğınlıq içində görürük!" O dedi: "Ey qövmüm! Mən heç də azmamışam. Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. Mən Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüd-nəsihət verirəm. Allahdan nazil olanlar sayəsində sizin bilmədiklərinizi bilirəm.Allahdan qorxub bəlkə mərhəmətə nail olasınız deyə, sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?" Kafirlər onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər." (əl-Əraf, 59-64)
XƏBƏR LENTİ
İrəvan Qarabağı necə itirəcək?
İzləməli olduğunuz Jim Keri filmləri
Ekspess avtobuslarda sıxlıq yaşanır - VİDEO
Ramazan ayının 20-ci gününün imsak və iftar vaxtları
Gözəl qarına sahib olaq
Şans gətirən rənglər
Günün qoroskopu:Sürprizlər vəd edən zamandır
Tibbi sığortaya nə qədər ödəyəcəyik?
Quranda işlənən adlar
Digər ölkələrin toy adətləri
"Victoria's Secret"in məşhur modeli koronavirusa yoluxdu
Tanınmış müğənni bayram günü evləndi - FOTO
Balaca qızlara saç düzümü
Nikah öncəsi icbari tibbi müayinə ilə bağlı qanun layihəsi niyə işləmir?
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Paytaxtda bu küçədə su və ümid kəsilib
Ana südünü nə artırar?
Zeynəb Xanlarova Nyu Yorkda
Udinlər bayram edirlər
Sürücülərin nəzərinə: Avtomobilinizin içinə su dola bilər!
Hava haqqında
Kraliça şahzadənin qərarından narazıdır
Bu ölkəyə “zülmət çökdü”
Hərbçiləmiz Ramştayna gedir
İşıqlı xatirələrdə yaşayır
Şərq ulduz falı
Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Qaranlıq beyni inkişaf etdirir
Dəyərli xanımlar üçün möhtəşəm ayaqqabılar
Rus Dili dərs-16
DİQQƏT! Metronun iş qrafiki və qatarların intervalları dəyişir
Hadisənin şəkli izləyicilərini təəccübləndirdi-FOTO
Hande Ataizi ərə gedir-FOTO
HAVA necə olacaq?
Köhnə kitabları oxuyarkən təhlükəli xəstəliklərə də yoluxa bilərik
Dünyanın ən bahalı əsəri saxtadır? - BÖYÜK QALMAQAL - FOTO
Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı RƏSMİ AÇLQLAMA
Özəl Məsut: onu fərqləndirən nədir?
Günün qoroskopu:Şansdan mütləq yararlanın!
Nəhəng pişik: uzunluğu 1 metr, çəkisi 13 kq - FOTO
İtaliyada 2 manata ev satılır-FOTO
Zakir Həsənov cəbhədən danışdı
Tibetdə ölümsüzlük suyu icad edildi - SENSASİYA
"Facebook"da xəbər oxumaq pullu ola bilər
Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirildi
Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq - PROQNOZ
İdman üçün "Zamanım yoxdur" deyənlərə ipucları
Metro 1-ə kimi işləyəcək
В«Ermənilərin deportasiyası qeyri-insani akt olubВ»
Hulusi Akardan Azərbaycana qələbə təbriki
- ŞƏRHLƏR