əş-Şüəra (Şairlər) surəsi
(Məkkədə nazil olmuşdur, 227 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Ta, Sin, Mim!
- Bunlar (haqqı batildən ayıran, möcüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.
- (Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?)
- Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.
- Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər.
- Onlar (Quranı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Quranın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün məyus olacaqlar).
- Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi?
- Şübhəsiz ki, bunda (Quranı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.
- Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
- (Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: Get o zalım tayfanın yanına
- Firon tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?
- (Musa) dedi: Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram!
- Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)
- (Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram.
- (Allah) buyurdu: Xeyr! (Firon səni əsla öldürə bilməz!) Hər ikiniz möcüzələrinizlə (Fironun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Firon tayfasının nə dediyini) eşidəcəyik!
- Fironun yanına gedib belə deyin: Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik!
- İsrail oğullarını bizimlə birlikdə (Şama) göndər! (onlara əzab-əziyyət vermə!)
- (Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon onu tanıyıb) dedi: Biz səni körpə uşaq ikən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?
- Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!
- (Musa) dedi: Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı).
- Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi.
- Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)
- Firon dedi: Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)
- (Musa: ) Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir! deyə cavab verdi.
- (Firon) ətrafındakılara: Eşitdinizmi? dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir).
- (Musa) dedi: O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!
- (Firon ətrafındakılara: ) Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir! dedi.
- (Musa) dedi: Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!
- (Firon: ) Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm! dedi.
- (Musa) dedi: Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?
- (Firon) Əgər doğru deyirsənsə, di onu gətir! dedi.
- (Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu.
- Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlaq bir nur kəsildi)
- (Firon) ətrafındakılara dedi: Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır!
- O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? (Nə edək?)
- Onlar dedilər: Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar) göndər ki,
- Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!
- Nəhayət, sehrbazlar məlum bir günün müəyyən vaxtında (bayram günü günorta çağı) yığıldılar.
- (Fironun xidmətçiləri tərəfindən camaata) deyildi: Siz də yığılırsınızmı?
- Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!
- Sehrbazlar gələn kimi Firona dedilər: Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?
- (Firon) dedi: Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!
- Musa onlara dedi: (Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!
- Onlar iplərini və əsalarını yerə atıb: Fironun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik! dedilər.
- Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu.
- Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar.
- Və dedilər: Biz iman gətirdik aləmlərin Rəbbinə!
- Musanın və Harunun Rəbbinə!
- (Firon) dedi: Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!
- (İman gətirmiş sehrbazlar) dedilər: Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik!
- Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!
- (Sonra) Musaya belə vəhy etdik: Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərəfindən) təqib ediləcəksiniz!
- Firon şəhərlərə (əsgər) yığanlar göndərdi.
- (O, belə deyirdi: ) Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır!
- Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər).
- Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!
- Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq.
- Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik.
- (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik.
- (Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.
- İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: (İşimiz bitdi!) Artıq yaxalandıq!
- (Musa) dedi: Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!
- Onda Musaya belə vəhy etdik: Əsanla dənizə vur! (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.
- O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).
- Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
- O biriləri (Firon tayfasını) isə suya qərq etdik.
- Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.
- (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
- (Ya Rəsulum!) Onlara İbrahimin hekayətini söylə!
- O zaman ki, o öz atasına və tayfasına demişdi: Nəyə ibadət edirsiniz?
- Onlar: Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik! deyə cavab vermişdilər.
- (İbrahim) demişdi: Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi?
- Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?
- Onlar: Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük! deyə cavab vermişdilər.
- (İbrahim) demişdi: İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?-
- Sizin və ulu babalarınızın
- Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir.
- Məni yaradan və məni doğru yola yönəldən Odur!
- Məni yedirdən də, içirdən də Odur!
- Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.
(Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsi)
XƏBƏR LENTİ
“New-York Times”: Orta Şərqdə 14 yeni dövlət yaranacaq
Bu məhsulun qiyməti şoka salır
Bürclərə görə ev dekorasiyası (1)
Qarın yağlarını əridən detoks
NASA AÇIQLADI: oktyabrın 12-də...
Hansı vitaminləri birlikdə qəbul etmək olmaz?
WhatsApp-la bağlı 5 vacib səbəb
Ajda Pekkan doğulub-böyüdüyü evi ala bilmədi-FOTO
Şəxsi nömrəsini hər kəslə paylaşdı
Üz üçün məşqlər
Pul kartınızdan əlavə faiz tutulacaq
Hay-küyü çox, faydası yox
Karantin postları yenidən qurulur
Üçqat və şəffaf maska taxsanız... - Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
“Con Uik-4” filmində köhnə kadrlardan istifadə olunacaq
Qaraciyəri təmizləyən qidalar
İlham Əliyev şəhid generalımız və polkovnikimizin ailələrinə başsağlığı verdi - YENİLƏNİB + FOTO/VİDEO
Ağ atlı şahzadə
Serqey Lazarev yeni albomu ilə GÜNDƏMDƏDİR-FOTO
Azərbaycanın iki rayonunda zəlzələ olub
Android-lə işləyən ən yaxşı smartfon seçildi
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Hava necə olacaq?
Fransanın “Le Monde” qəzeti: “Ermənistan hərbiçiləri Şuşanı tərk edərək Xankəndiyə qaçıblar”
Azərbaycanda fevral ayı üzrə manatın orta məzənnəsi açıqlandı
100 il sonra İLK DƏFƏ-FOTO
Günün qoroskopu: təşəbbüs göstərməkdən çəkinməyin
Azərbaycanda daha bir ilk
Misirdə humanoid mumiyası tapıldı
Mehriban Əliyevadan erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
Neslihan yoldaşına ad günü sürprizi edib -FOTO
Mürəbbəli peçenye (foto resept)
Azərbaycanda ilk
Bayram namazı sabah qılınacaq?
Cennifer Lopez məhkəməlik oldu-SƏBƏB
Bu il manat yenə ucuzlaşacaq
Beyonse 25 milyon dollarlıq toyda oxudu-FOTO
Bakıda möhtəşəm sevgi etirafı
Saçınız sağlam olsun
Beşinci dəfə Ceyms Bond olacaq-FOTO
10 yaşında elə kəşf etdi ki
Hava haqqında - 15.02.2014
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Valideyn çarəsiz, uşaq çaş-baş, müəllim tərəddüddə...
Övladınızın dilinin inkişafı üçün nə edə bilərsiniz?
Valideynlərini itirmiş uşaqlara sosial xidmət göstəriləcək
Bakıda yeni kanal tikilir - yarışlara görə
Bakıda sənədsiz yaşayış binaları
- ŞƏRHLƏR