Gəl, toxun ürəyimə
Qar küçəsində bu axşam, bəyazın rəqsini seyr edir nəmli gözlərim. İçimdə alovlanmış sevda atəşi, dodaqlarımda titrəyir adı Sevgilimin,
Bilirəm ki məni çağırır uzaq diyarlardan qoxusunu dəlicəsinə darıxdığım. Uzanıb tutmaq istəyirəm ürəyimi dolduran varlığını gözbəbəyimin. Səmanın qollarından qarlar düşür xülyalarıma və səslər eşidirəm.... Səslər, varlığımın yoxluq meydanında dirilişinə dəvət kimi.
İdraksız ürəyimin bütün qapılarına bir növbətçi qoydum, o səsi axtarıram. Uzaqlarda, amma, mənə mənim qədər yaxın bir səsdir o, bilirəm. Və suallar çoxalır zehinimdə, nəyi nə qədər istədiyimi düşünürəm...
Eşqdirmi ürəyimi çəkən özünə, yoxsa qəribə bir aşiq ola bilməyimi ümid edirəm? Ruhumun o səssiz qışqırıqlarından yüksələn arzusu nə? Nəyi və niyə bu qədər çox gözləyirəm?
Bu bəzənmiş, bu hiyləçi, bu təklik yurdunun küçələrində gözlərimə düşən kədər ruhumun kədərimi? Budur, yenə ağlayıram. Haradan gəldim, kimə gəldim, kimə gedəcəyəm suallarıyla həmhal olan zehinimə, ruhumun o dözülməz arzusundan qeyri cavab tapa bilmirəm.
Dərinlərdə bir yerlərdə həbs olmuş bir həqiqət var içimdə, bilirəm. Axtardığım bir yer var. Həsrətində yandığım, qoxusunu içimə çəkməyi arzuladığım bir yurdum var bilirəm.
Rənglərin ən gözəliylə xırmanlanmış, işıqların ən hüzur verəni ilə işıqlanmış, güllərin ən gözəliylə bəzənmiş bir xas bağçam var, bilirəm. Və çox təəssüf ki mən, nəfsin əmrinə boyun bükmüş, ayrılığa məhbus olmuşam.
Halbuki qışqırmaq istəyirəm dərin boşluqlarından zamanın. Haradasan? Gəl ey azadlığım!
Dodaqlarımda cüt atışlı bir heca… Könlümdə incədən incəyə bir qığılcım ki, solğun və də susqunam...
Nə qədər zamandır qanadlarımı eşqin rənginə rəngləyəcəyin gün üçün gözləyirəm. Həsrətsə gözləyir səni ruhum. İstəməksə- tək açarıdır vüsala çatan yolun, Səndən qeyrisində gözüm olmadığını yenə Sən bilirsən.
Haradasan ey can gözüm, gəl! Gəl də dərbədər bədənimi işıqlar ötəsinə daşıyacaq olan qüdrətinlə qucaqla məni!
Bir "Ol!" de ki Sən; elminin həqiqəti ensin bu idraksız ürəyimə. Səni olmadığım bir diyarda nəfəs almaq, elə mənasız ki, sevdiyim, dayanma, gəl.
Səni görmədiyim və Səni hiss etmədiyim bir ürəyin qaranlıq çuxurundan iraq et məni ey gül evim!
Ruhumun yanğını bir xəncər kimi boğazıma dirənmiş, Səni axtarıram, qulaq ver çağırışlarıma.
Verdiyim sözləri mənə xatırladan dostun gətirsin məni Sənə. İnandım və iman etdim ki, Sənə dönmədikcə qurtuluşum yox bu nəfs bataqlığında.
Ey könülümün arzusu! İnandım və iman etdim ki Səni bu dünyada tapmaqdır cənnətin də özü. Deyilmi?... Sənin əmrindir, ruh əmanətini bu dünya həyatında qaytarmaq Sənə. Deyilmi, nəfsin qaranlığından xilas olub çatmaq lazımdır nurların arasına. Elə isə ümidimi, çiçəkləyən eşq əhlinin qapısında daim et məni.
Səni dilədim və istədim yanarkən ürəyim. Və Səndən Sənə çatdıracaq olan vəsiləni istədim ki, günəşin doğuldu viran düşmüş baxçama. Toxunuşunu ürəyimə hiss etdim bir zaman sonra. Nəfsin qaranlığına axıtdığın aydınlığı qucaqladı solğun çöhrəmi. Bir xoşbəxtlik dənizinə atıldım o vaxt, duru sularında yudum çirkinliyimi. Dənizlərin mavisi, göylərin ağ bədəni sanki mənim üçün idi.
Adını zikr etdikcə böyüdü heyranlığım qüdrətinə. Dərdim içrə dərmanım olduğunda Sən, eşitdim və iman etdim ki, dərdlər, çətinliklər içində yetkinləşəcək eşqimi verən idin Sən.
İndi mənə əmanət verdiyin ruhu, sığınacağına geri qaytarmanın sevinci axır gözlərimdən. Bilirəm ki, nəyi ümid etdimsə və nəyə inandımsa o qədərəm mən...
İçimdə tamamlanmamış gözəlliklərinə qaçma vaxtıdır, bilirəm. Dayanacaq bilmədən qaçma vaxtıdır Sənə. Vaxt dar ağacına söykənmişkən- gözlərini, eşqə açıq pəncərələrdə ürəyim gün saymaqda. Və Səni bir nəfəscik idrak edə bilmənin o doyumsuz arzusundadır gözlərim.
Bilirəm ki, Səni tapmanın xəyalına kilidlədiyim baxışlarıma bir gün düşəcək kölgəsi qüdrətinin. Bütün qorxularımı götürüb aparacaq, iqlimlərin küləyi əsəcək könül vadimə...
Səni gözləyirəm, gəl ey ömürümə sükut verən Sevgilim! Zehinimdə yeddi qat göylərin mələkutu, müntəhanın göz qamaşdıran rənglərində yox et məni, gəl.
Gəl də fəthin qılıncını vur boynuma. Təslim bayrağının altında toplanmış eşq əhlinə məftunam, Sevgilim gəl.
Çarəsizlik yığınından çıxar məni Sevgilim, gəl. Əllərimi Sənə açdım bu təklik axşamında, ürəyimi Sənə açdım gəl!..
Əvəzsiz müəllimimin dəyərli tələbələrindən birinin, ürəyindəkilərdən kağıza köçürə bildiklərindən...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dəriniz yaz meyvələri ilə yenilənsin
Qeyri-peşəkarların "psixoloqluğu": həyatınız məhv ola bilər
Ebru Şallı bu gün ərə gedir
Adriana Limanın pəhriz siyahısı
BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”
Xəzər dənizində zəlzələ oldu
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
Sağlam olmaq üçün məsləhətlər
İlham Əliyev 2 həftə vaxt qoydu
Makiyaj masaları
HAVA necə olacaq?-XƏBRDARLIQ
Zaman axıb gedir
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bergüzar Korelin 3 aylıq oğlu-FOTO
Sivilizasiyanın sonunu gətirəcək risklər
Haçalanan saçlar üçün maska.
Qadın metroda doğdu
Yaponlar yeməyi niyə çubuqla yeyir?
Sinələrin sallanma səbəbi
Tapmacalar
Sarkisyan mühasirədə
Özünüzdə yaşlanma əlamətlərini hiss edirsiniz?
87 kq arıqlayan qadın bodibildinq turnirinə qatıldı-FOTO
Yaxın Şərqdə yeni müharibə başlayır
Balıq sousu (foto resept)
Bədənin möhkəmləndirilməsi
2012-nin yay geyimləri
Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Günün qoroskopu: bu gün özünüz haqda daha çox düşünəcəksiniz
Emmy mükafatı: Qırmızı xalça
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Hadisə bu dəfə də geyimi ilə Gündəm oldu- FOTO
Dünyanın ən böyük fənər sərgisi
Sabahın HAVAsı
Meşələrdə yaşayan qəribə insanlar
Paxla çığırtması (foto resept)
Xəstəliyə qarşı mürəbbələr (2)
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kaliforniyalı qadın 10 dəqiqəyə 32 burger yedi
Görüntüləri yayılan Ece Erken istefa etdi
Əzələlər və stress
Vitaminli xörəklər - 4
2011 modeli çantalar
Uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı
Bleyk yeni trend yaratdı-FOTO
Bu tələbələrə təqaüd veriləcək
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
"Qaqa" sözü necə yaranıb?
Daşınan sensor vücudu yoxlayacaq
- ŞƏRHLƏR