Gəl, toxun ürəyimə
Qar küçəsində bu axşam, bəyazın rəqsini seyr edir nəmli gözlərim. İçimdə alovlanmış sevda atəşi, dodaqlarımda titrəyir adı Sevgilimin,
Bilirəm ki məni çağırır uzaq diyarlardan qoxusunu dəlicəsinə darıxdığım. Uzanıb tutmaq istəyirəm ürəyimi dolduran varlığını gözbəbəyimin. Səmanın qollarından qarlar düşür xülyalarıma və səslər eşidirəm.... Səslər, varlığımın yoxluq meydanında dirilişinə dəvət kimi.
İdraksız ürəyimin bütün qapılarına bir növbətçi qoydum, o səsi axtarıram. Uzaqlarda, amma, mənə mənim qədər yaxın bir səsdir o, bilirəm. Və suallar çoxalır zehinimdə, nəyi nə qədər istədiyimi düşünürəm...
Eşqdirmi ürəyimi çəkən özünə, yoxsa qəribə bir aşiq ola bilməyimi ümid edirəm? Ruhumun o səssiz qışqırıqlarından yüksələn arzusu nə? Nəyi və niyə bu qədər çox gözləyirəm?
Bu bəzənmiş, bu hiyləçi, bu təklik yurdunun küçələrində gözlərimə düşən kədər ruhumun kədərimi? Budur, yenə ağlayıram. Haradan gəldim, kimə gəldim, kimə gedəcəyəm suallarıyla həmhal olan zehinimə, ruhumun o dözülməz arzusundan qeyri cavab tapa bilmirəm.
Dərinlərdə bir yerlərdə həbs olmuş bir həqiqət var içimdə, bilirəm. Axtardığım bir yer var. Həsrətində yandığım, qoxusunu içimə çəkməyi arzuladığım bir yurdum var bilirəm.
Rənglərin ən gözəliylə xırmanlanmış, işıqların ən hüzur verəni ilə işıqlanmış, güllərin ən gözəliylə bəzənmiş bir xas bağçam var, bilirəm. Və çox təəssüf ki mən, nəfsin əmrinə boyun bükmüş, ayrılığa məhbus olmuşam.
Halbuki qışqırmaq istəyirəm dərin boşluqlarından zamanın. Haradasan? Gəl ey azadlığım!
Dodaqlarımda cüt atışlı bir heca… Könlümdə incədən incəyə bir qığılcım ki, solğun və də susqunam...
Nə qədər zamandır qanadlarımı eşqin rənginə rəngləyəcəyin gün üçün gözləyirəm. Həsrətsə gözləyir səni ruhum. İstəməksə- tək açarıdır vüsala çatan yolun, Səndən qeyrisində gözüm olmadığını yenə Sən bilirsən.
Haradasan ey can gözüm, gəl! Gəl də dərbədər bədənimi işıqlar ötəsinə daşıyacaq olan qüdrətinlə qucaqla məni!
Bir "Ol!" de ki Sən; elminin həqiqəti ensin bu idraksız ürəyimə. Səni olmadığım bir diyarda nəfəs almaq, elə mənasız ki, sevdiyim, dayanma, gəl.
Səni görmədiyim və Səni hiss etmədiyim bir ürəyin qaranlıq çuxurundan iraq et məni ey gül evim!
Ruhumun yanğını bir xəncər kimi boğazıma dirənmiş, Səni axtarıram, qulaq ver çağırışlarıma.
Verdiyim sözləri mənə xatırladan dostun gətirsin məni Sənə. İnandım və iman etdim ki, Sənə dönmədikcə qurtuluşum yox bu nəfs bataqlığında.
Ey könülümün arzusu! İnandım və iman etdim ki Səni bu dünyada tapmaqdır cənnətin də özü. Deyilmi?... Sənin əmrindir, ruh əmanətini bu dünya həyatında qaytarmaq Sənə. Deyilmi, nəfsin qaranlığından xilas olub çatmaq lazımdır nurların arasına. Elə isə ümidimi, çiçəkləyən eşq əhlinin qapısında daim et məni.
Səni dilədim və istədim yanarkən ürəyim. Və Səndən Sənə çatdıracaq olan vəsiləni istədim ki, günəşin doğuldu viran düşmüş baxçama. Toxunuşunu ürəyimə hiss etdim bir zaman sonra. Nəfsin qaranlığına axıtdığın aydınlığı qucaqladı solğun çöhrəmi. Bir xoşbəxtlik dənizinə atıldım o vaxt, duru sularında yudum çirkinliyimi. Dənizlərin mavisi, göylərin ağ bədəni sanki mənim üçün idi.
Adını zikr etdikcə böyüdü heyranlığım qüdrətinə. Dərdim içrə dərmanım olduğunda Sən, eşitdim və iman etdim ki, dərdlər, çətinliklər içində yetkinləşəcək eşqimi verən idin Sən.
İndi mənə əmanət verdiyin ruhu, sığınacağına geri qaytarmanın sevinci axır gözlərimdən. Bilirəm ki, nəyi ümid etdimsə və nəyə inandımsa o qədərəm mən...
İçimdə tamamlanmamış gözəlliklərinə qaçma vaxtıdır, bilirəm. Dayanacaq bilmədən qaçma vaxtıdır Sənə. Vaxt dar ağacına söykənmişkən- gözlərini, eşqə açıq pəncərələrdə ürəyim gün saymaqda. Və Səni bir nəfəscik idrak edə bilmənin o doyumsuz arzusundadır gözlərim.
Bilirəm ki, Səni tapmanın xəyalına kilidlədiyim baxışlarıma bir gün düşəcək kölgəsi qüdrətinin. Bütün qorxularımı götürüb aparacaq, iqlimlərin küləyi əsəcək könül vadimə...
Səni gözləyirəm, gəl ey ömürümə sükut verən Sevgilim! Zehinimdə yeddi qat göylərin mələkutu, müntəhanın göz qamaşdıran rənglərində yox et məni, gəl.
Gəl də fəthin qılıncını vur boynuma. Təslim bayrağının altında toplanmış eşq əhlinə məftunam, Sevgilim gəl.
Çarəsizlik yığınından çıxar məni Sevgilim, gəl. Əllərimi Sənə açdım bu təklik axşamında, ürəyimi Sənə açdım gəl!..
Əvəzsiz müəllimimin dəyərli tələbələrindən birinin, ürəyindəkilərdən kağıza köçürə bildiklərindən...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hava haqqında
Yuxusuz körpələr
Leyla Əliyeva Şirvanşahlar Sarayında - FOTO
"7 qitənin gözəli" seçildi - FOTO
Dəhşət: əyyaş və pinti ana, acından ölən uşaq və zibilxana ev
İnqilablar bəzən gözəl olur
Məşhurların geyimlərini geyinən 6 yaşlı qız
"Sucuq"Şamaxı mətbəxindən(foto resept)
İspanaqlı toyuq (foto resept)
Qoç bürcü üçün dekorasiya nümunələri
6 aya idmansız 27 kq arıqladı - Sirri - FOTO
Polşa prezidenti koronavirusa yoluxdu
İsrail mətbuatı Azərbaycanın Birinci Xanımından yazdı
Bu məktəblər bağlandı
İdmanın faydaları
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Gülşen oğlunu 75 minlik bağçaya qoydu-FOTO
Bu il Bakıda 124 nəfər məktəbin 12-ci sinifini bitirib
Şokoladlı keks (foto resept)
İspaniyada neft emalı zavoduna ildırım düşdü - VİDEO
Tarkanın AYRILIQ xəbəri yayıldı-FOTO
Dünyanın ən nazik noutbuku təqdim edildi
50 yaşlı qadın üçəm doğdu
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Bu qız Rusiya gözəli seçildi
Alban və erməni kilsələrinin əsas fərqləri açıqlandı - VİDEO
Kartof salatı (video-resept)
Bakı bulvarı ərazisində Wi-Fi şəbəkəsi işə salınacaq
Bu gün beynəlxalq Yer Günüdür
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib
Sürətli saç uzadan kök maskası
Gözəllik və cavanlıq vannaları
Messiyə nə olub?
Namaz qılan kiçik mələklər
Bosniya Azərbaycanla viza rejimini ləğv etdi
Ağ dişlər üçün ən sadə üsul
Üzdəki məsamələri sıxlaşdıran sabunlar
Sümük və oynaq ağrılarını aradan qaldıran üsullar
Kitabsevərlər "Mən necə oxumuşam"kitabını təqdim etdi!
Niyə kosmosda alkoqol qəbul etmək olmaz?
Şeymanın "Çağatay" kimliyi bəlli oldu-FOTO
Messi Ronaldonun dəvətini cavabsız qoymadı
Azərbaycanda koronavirusa kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı
300 azərbaycanlı tələbəyə şad xəbər
Nazirlik “Arsak” qalmaqalına aydınlıq gətirdi
Baş nazirin müavini Uşaq Pulunun verilməsindən DANIŞDI
HTC Çində güclənmək istəyir
Məşhur teleaparıcı koronavirusdan yataraq sağaldı-Türkiyədə İLK
Ah kişilər kişilər!
Buraxılış imtahanında tətbiq olunacaq YENİLİKLƏR AÇIQLANDI
- ŞƏRHLƏR