Gəl, toxun ürəyimə
Qar küçəsində bu axşam, bəyazın rəqsini seyr edir nəmli gözlərim. İçimdə alovlanmış sevda atəşi, dodaqlarımda titrəyir adı Sevgilimin,
Bilirəm ki məni çağırır uzaq diyarlardan qoxusunu dəlicəsinə darıxdığım. Uzanıb tutmaq istəyirəm ürəyimi dolduran varlığını gözbəbəyimin. Səmanın qollarından qarlar düşür xülyalarıma və səslər eşidirəm.... Səslər, varlığımın yoxluq meydanında dirilişinə dəvət kimi.
İdraksız ürəyimin bütün qapılarına bir növbətçi qoydum, o səsi axtarıram. Uzaqlarda, amma, mənə mənim qədər yaxın bir səsdir o, bilirəm. Və suallar çoxalır zehinimdə, nəyi nə qədər istədiyimi düşünürəm...
Eşqdirmi ürəyimi çəkən özünə, yoxsa qəribə bir aşiq ola bilməyimi ümid edirəm? Ruhumun o səssiz qışqırıqlarından yüksələn arzusu nə? Nəyi və niyə bu qədər çox gözləyirəm?
Bu bəzənmiş, bu hiyləçi, bu təklik yurdunun küçələrində gözlərimə düşən kədər ruhumun kədərimi? Budur, yenə ağlayıram. Haradan gəldim, kimə gəldim, kimə gedəcəyəm suallarıyla həmhal olan zehinimə, ruhumun o dözülməz arzusundan qeyri cavab tapa bilmirəm.
Dərinlərdə bir yerlərdə həbs olmuş bir həqiqət var içimdə, bilirəm. Axtardığım bir yer var. Həsrətində yandığım, qoxusunu içimə çəkməyi arzuladığım bir yurdum var bilirəm.
Rənglərin ən gözəliylə xırmanlanmış, işıqların ən hüzur verəni ilə işıqlanmış, güllərin ən gözəliylə bəzənmiş bir xas bağçam var, bilirəm. Və çox təəssüf ki mən, nəfsin əmrinə boyun bükmüş, ayrılığa məhbus olmuşam.
Halbuki qışqırmaq istəyirəm dərin boşluqlarından zamanın. Haradasan? Gəl ey azadlığım!
Dodaqlarımda cüt atışlı bir heca… Könlümdə incədən incəyə bir qığılcım ki, solğun və də susqunam...
Nə qədər zamandır qanadlarımı eşqin rənginə rəngləyəcəyin gün üçün gözləyirəm. Həsrətsə gözləyir səni ruhum. İstəməksə- tək açarıdır vüsala çatan yolun, Səndən qeyrisində gözüm olmadığını yenə Sən bilirsən.
Haradasan ey can gözüm, gəl! Gəl də dərbədər bədənimi işıqlar ötəsinə daşıyacaq olan qüdrətinlə qucaqla məni!
Bir "Ol!" de ki Sən; elminin həqiqəti ensin bu idraksız ürəyimə. Səni olmadığım bir diyarda nəfəs almaq, elə mənasız ki, sevdiyim, dayanma, gəl.
Səni görmədiyim və Səni hiss etmədiyim bir ürəyin qaranlıq çuxurundan iraq et məni ey gül evim!
Ruhumun yanğını bir xəncər kimi boğazıma dirənmiş, Səni axtarıram, qulaq ver çağırışlarıma.
Verdiyim sözləri mənə xatırladan dostun gətirsin məni Sənə. İnandım və iman etdim ki, Sənə dönmədikcə qurtuluşum yox bu nəfs bataqlığında.
Ey könülümün arzusu! İnandım və iman etdim ki Səni bu dünyada tapmaqdır cənnətin də özü. Deyilmi?... Sənin əmrindir, ruh əmanətini bu dünya həyatında qaytarmaq Sənə. Deyilmi, nəfsin qaranlığından xilas olub çatmaq lazımdır nurların arasına. Elə isə ümidimi, çiçəkləyən eşq əhlinin qapısında daim et məni.
Səni dilədim və istədim yanarkən ürəyim. Və Səndən Sənə çatdıracaq olan vəsiləni istədim ki, günəşin doğuldu viran düşmüş baxçama. Toxunuşunu ürəyimə hiss etdim bir zaman sonra. Nəfsin qaranlığına axıtdığın aydınlığı qucaqladı solğun çöhrəmi. Bir xoşbəxtlik dənizinə atıldım o vaxt, duru sularında yudum çirkinliyimi. Dənizlərin mavisi, göylərin ağ bədəni sanki mənim üçün idi.
Adını zikr etdikcə böyüdü heyranlığım qüdrətinə. Dərdim içrə dərmanım olduğunda Sən, eşitdim və iman etdim ki, dərdlər, çətinliklər içində yetkinləşəcək eşqimi verən idin Sən.
İndi mənə əmanət verdiyin ruhu, sığınacağına geri qaytarmanın sevinci axır gözlərimdən. Bilirəm ki, nəyi ümid etdimsə və nəyə inandımsa o qədərəm mən...
İçimdə tamamlanmamış gözəlliklərinə qaçma vaxtıdır, bilirəm. Dayanacaq bilmədən qaçma vaxtıdır Sənə. Vaxt dar ağacına söykənmişkən- gözlərini, eşqə açıq pəncərələrdə ürəyim gün saymaqda. Və Səni bir nəfəscik idrak edə bilmənin o doyumsuz arzusundadır gözlərim.
Bilirəm ki, Səni tapmanın xəyalına kilidlədiyim baxışlarıma bir gün düşəcək kölgəsi qüdrətinin. Bütün qorxularımı götürüb aparacaq, iqlimlərin küləyi əsəcək könül vadimə...
Səni gözləyirəm, gəl ey ömürümə sükut verən Sevgilim! Zehinimdə yeddi qat göylərin mələkutu, müntəhanın göz qamaşdıran rənglərində yox et məni, gəl.
Gəl də fəthin qılıncını vur boynuma. Təslim bayrağının altında toplanmış eşq əhlinə məftunam, Sevgilim gəl.
Çarəsizlik yığınından çıxar məni Sevgilim, gəl. Əllərimi Sənə açdım bu təklik axşamında, ürəyimi Sənə açdım gəl!..
Əvəzsiz müəllimimin dəyərli tələbələrindən birinin, ürəyindəkilərdən kağıza köçürə bildiklərindən...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sabah 18 dərəcə isti olacaq
Leydi Qaqa dünən və bu gün
PSJ Fransa yığmasının ulduzunu aldı
"Hüseynağadan bir dənəydi..."
Uşaqlarda davranış dəyişikliyi necə yaradılar?
Hər gün fərqli fəaliyyətlə məşğul olan skeletlər
Elm adamlarını heyrətləndirən HADİSƏ - 9 saat səmada qaldı...
Rəngarəng qablar (2)
Cəzalandırmaq ya da cezalandırmamaq
Kartoflu, pendirli qəlyanaltı (foto-resept)
Azərbaycan həkimlərinə şad xəbər - Maaşlar artır
Yun paltarlara qulluq- Vacib qaydalar!
Gəlinlər üçün buketlər
7 il sonra yenidən bir filmdə rol alacaqlar
Qurban Yetirmişlidən zəlzələ açıqlaması
“Haber Global” Kəlbəcərdə
Dünyanın ən nazik noutbuku təqdim edildi
Əlil uşaq və ailə
Azərbaycanda dini biliklərin məktəblərdə ayrıca fənn kimi tədrisi müzakirə olunur
Ölkə ərazisindəki restoran, kafe və çay evlərinin fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Peyğəmbərin karikaturasını çəkən işsiz qaldı
Zeytun haqqında bilmədiklərimiz
Bədəni təmizləyən 4 qida
Xurmanın faydaları və zərərləri
Fahriye Evcenin 10 minlik çantası-FOTO
Gəlinin rəfiqələri üçün çiçəkli üzük (özün düzəlt)
Günün ulduz falı - 02.09.2013
Bu gün Aşuradır
Murad Boz: "Səninlə qürür duyuram"
"Tikilmiş cins"-li mətn effekti yaratmaq(1-ci hissə)
Müəllimin bu addımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Murad Boz azərbaycanlı iş adamının toyuna gəldi-VİDEO
Əti süni şəkildə bahalaşdırıblar - Nazirlikdən AÇIQLAMA
Daha bir bank bağlandı
Xəzlərin təmizlənməsi
Sabahın HAVAsı
Nəhəng dovşanlar Bakıda
Karamelli tart (foto resept)
DVD ilə CD arasındakı fərqlər (Dərs 5)
Gözəllik məhsulları dünən və bu gün
Ziyafət çantaları
Türkiyədə toy mərasimləri ölkə üzrə qadağan edildi
Bakıya "otaq temperaturu" vəd elədilər
Dadlı tort (foto resept)
Şokoladlı sufle (foto resept)
Ah, qadınlar!
Ərik turşulu ət şorbası
Üzən meşə
Aşiq olmusunuz, ya yox? - 7 nişanə
Azərbaycanda daha 30 nəfər koronavirusdan öldü: 803 yeni yoluxma
- ŞƏRHLƏR