Zəkat lüğətdə artma, çoxalma, təmizləmə, bərəkət və mədh etmə mənalarını verir. İslam terminologiyasında zəkat təyin olunan mal növlərindən müəyyən qismini Allah-Təalanın bildirdiyi müsəlmanlara, onların mülkiyyətinə keçirməklə verməkdədir.
Zəkata, həmçinin, möminlərin Allahın əmrlərinə tabe olma baxımından göstərdikləri sədaqətə görə “sədəqə” də deyilmişdir.
Allah-Təala belə buyurur:
“(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan”. (Tövbə 103)
Zəkat İslamın beş təməl əsasından biridir. Hicri tarixlə II il Şəvval ayında Ramazan orucu və fitrə sədəqəsindən sonra vacib olmuşdur. Zəkat anlayışı Qurani-Kərimdə 27 ayədə kecmiş və sözü gedən ayələrin 8-i Məkkə dönəmində nazil olmuşdur. Quran zəkat kəlməsinin sinonimi kimi “sədəqə” və “haqq” kəlmələrini qeyd etmişdir. Müxtəlif ayələrdə təşviq edilən “infaq” isə könüllü yaxşılıq etməyi ifadə edir.
Zəkat əvvəlki peyğəmbərlərə də namazla birlikdə əmr edilmişdir. Məsələn, Quranda İbrahim (ə.s) və oğulları İshaq və Yaqubun doğru yolu göstərən rəhbər olduqları bildirildikdən sonra belə buyurulur:
“Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirlər”. (Məryəm 55)
Bir şəxsin zəkatla məsul olması üçün aşağıdakı şərtlərin olması vacibdir:
1. Mükəlləf olmaq – Zəkat verən hər bir müsəlman azad olmalıdır, ruhi xəstə olmamalıdır və yetkinlik yaşına çatmalıdır.
2. Nisab miqdarı mala sahib olmaq – Təməl ehtiyaclardan və borcdan başqa müəyyən qədər və ya daha çox mala malik olmalıdır. Bu qədər malı olmayan kəsə zəkat düşməz ( Nisab lüğətdə “ölçü, sərhəd, işarə” kimi mənalar verir). Hz. Peyğəmbər S.A.V. tərəfindən müəyyən edilmişdir. Bu minimum miqdar o dövrün İslam cəmiyyətinin orta hesabla həyat standartını və zənginlik dərəcəsini göstərdiyi kimi, sonrakı dövrlərdə də “zəkat nisabı” adı kimi eynilə qorunmuşdur. Belə ki, qızılın nisabı iyirmi misqal, yəni 80 qram, gümüşün nisabı iki yüz dirhəm, yəni 560 qramdır. Qoyun ilə keçinin nisabı 40-dı,r yəni sayı 40-ı keçməyən qoyun və keçiyə zəkat düşmür, amma qoyun və keçinin sayı 40-dan çox olarsa və bir qəməri il keçərsə, zəkat düşür. İnək ilə camışın nisabı 30-dur, yəni sayı 30-u keçməyən inəklə camışa zəkat düşmür. Əgər 30-dan çox olarsa, bir qəməri il keçərsə, zəkat düşür. Dəvənin nisabı da 5-dir. 10-dan 20-dək dəvəyə hər 5 dəvəyə 1 qoyun verilməlidir. Heyvanların sayı artdıqca zəkatın sayı da artır.
3. Malın name (artan, çoxalan, böyüyən) mal olması – Bir malın ticarətlə, çoxalıb və ya əkilib-becərilməsi ilə artması, məsələn, otlaq və ya heyvanlar. Bir malın özünəməxsus artma imkanının mövcud olmasıdır. Məsələn, qızıl, gümüş və pul bu vəsfdəndir.
4. Var-dövlət şəxsin mülkiyyətində olmalıdır – Yəni zəkat verilən malın şəxsin mülkiyyətində olması ilə yanaşı, həmin mal onun öz əlində olmalıdır. Girov mala və götürülmüş borca zəkat düşmür.
5. Malın üzərindən bir il keçməsi – Oruc və Həcc ibadətlərində olduğu kimi, zəkat mövzusunda da qəməri təqvim əsas alınır. Zəkatın vacib olması üçün nisab miqdarı olan malın üstündən bir qəməri il keçməlidir.
6. Mal borc qarşılığında olmamalıdır – Zəkata daxil olan mallardakı “Malın şəxsin özünə aid olması” və “Əsas ehtiyaclardan əlavə olması” şərtləri nəticəsində, zəkata daxil olan mal borc qarşılığında olmamalıdır.
Zəkatın fərz olma və verilmə vaxtı
Zəkat insana xərclənməsi vacib olan bir haqqdır və yoxsulun ehtiyacını qarşılamaq məqsədi ilə vacib buyurulmuşdur. Zəkatı vermə vaxtları malın növünə görə təyin olunur:
a. Qızıl, gümüş, pul və ticarət malının zəkatı ilə heyvanların zəkatı hər il bir dəfə qəməri ilin keçməsi ilə verilir.
b. Əkin məhsulları və meyvələr ildə birdən çox bar verməyinə görə örşə tabe olur. Çünki bunlarda bir il keçmə şərti yoxdur.
Zəkatın vacibiyini inkar edən kəs dindən çıxar. Zəkat verməyənin iki cəhətdən cəzası vardır: dünyada cəza, axirətdə isə əzab. Allah-Təala axirətdəki əzabı belə bildirir:
“ Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” – (deyiləcəkdir!)”. (Tövbə 34,35)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Putin ilk dəfə məxfi iş otağını nümayiş etdirdi - VİDEO
Dadlı badımcan ikrası (foto resept)
Lolita BOŞANDI-SƏBƏB
Bu 20 filmə 40 yaşınızadək baxmalısınız!
TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
Barmaq izi olmayan gənc hər kəsi təəccübləndirdi
Vaflili tort (foto-resept)
Hicablı xanımlar üçün yay geyimləri
İsrailin sabiq baş nazirinə hökm oxunub
Hansı hallarda qeybətə icazə verilir?
Tarix dərslikləri tariximizə güzgü tuturmu?
Xəyanəti bağışlamaq olarmı?
Fələstində qanlı Ramazan
Dünya nəhəngləri Rusiyasız toplandılar
Dişlər haqqında 5 maraqlı fakt
Reklam mesajlarının və tanınmayan nömrələrdən gələn SMS-in təhlükələri açıqlanıb
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Notr-Dam kilsəsinin sirli tarixi
Bakını toz bürüyəcək
Masallıda "Cənnət ağacı"
Hamilə qadın dağıntılar altından sağ çıxarıldı - VİDEO
"ABŞ-da gəlmələr müharibə veteranlarından daha artıq qayğı görür"
Ecaskar xanımlar üçün
Serbiya Tovuz döyüşlərinə görə Ermənistana silah yardımı edib? - Dostluq qrupunun rəhbərindən AÇIQLAMA
Avokado salatlı dürüm (foto resept)
Azərbaycanla sərhəddə 5 buraxılış məntəqəsi tikiləcək
İlham Əliyev çevrilişdən danışdı, sərt bəyanat verdi
HAVA necə olacaq? 15-yanvar
Hande Doğandemir xəyanətdən danışdı-FOTO
Yerə potensial təhlükəli asteroid yaxınlaşır
Apple yenə dünya lideri oldu
Dünyada sadəcə iki insanın bildiyi 7 SİRR
Bu media orqanlarında efir ödənişsiz olacaq - SİYAHI
700.000 il əvvəl insanların gəmi səfəri
Möhtəşəm küçə rəsmləri
Günün qoroskopu: həftənin ən anlaşılmaz günüdür
Qızların beyni daha tez inkişaf edir?
Üzdəki tüklər üçün noxud unu maskası
Bahar alergiyasının səbəb olduğu xəstəliklər
Azərbaycanda müəllif hüquqlarının qorunmasına nəzarət mexanizmi gücləndiriləcək
Dərinizi bahara hazırlayın
“Müsəlman qardaşlar”ın fəaliyyəti qadağan edilə bilər
Dilbər guşəmiz Şəki şəhəri
BÜRCLƏR bizə nə vəd edir?-25 Avqust
Nağdsız ödənişlərə diqqət!
Hava haqqında - 16.08.2013
2015 yay ayaqqabıları
“The Guardian” işğalçı Ermənistanın Gəncəyə raket hücumundan yazdı
Vəziyyət nəzarətdən çıxdı
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
- ŞƏRHLƏR