Qoç - Enerjinizin həddi-hüdudu yoxdur. Amma bir dənə də olsun, dəyərli və maraqlı bir iş tapa bilmirsiniz ki, həmin qaynayan enerjinizi ona sərf edəsiniz. Nəticədə vaxtınızı boşuna sərf edirsiniz. Başqalarının layihələrində iştirak edən, ümumi maraqlara xidmət edən işləri həll edən Qoçlar isə bu baxımdan istisna təşkil edirlər. Əməkdaşlıq sizə faydalıdır, bu gününüzü daha maraqlı edir.
Şəxsi həyatda dəyişikliklərin təşəbbüskarları bu gün məhz Qoçlardır. Bəziləri öz partnyorlarını cəsarətli və qeyri-adi təklifləri ilə təəccübləndirir, bəziləri isə düşünürlər ki, artıq yeni bir mərhələyə adlamaq vaxtıdır və əvvəlki əlaqələrini heç bir şübhə etmədən, tərəddüdsüz, birdəfəlik kəsirlər.
Buğa - Gün maraqlı və uğurludur. Onu nəyə həsr etmək qərarını özünüz verə bilərsiniz. Tamamilə yeni bir işə başlasanız, ilk uğurların bu qədər tez alınmasına təəccüblənəcəksiniz. Əvvəllər başladıqları işi davam etdirməkdə olan Buğalar qabaq onlara burada çox çətin görünən problemləri tezliklə həll edəcəklər.
Bu gün dəyərli bir hədiyyə ala bilərsiniz. Sahibkarlar üçün öz biznesləri üçün investorlar cəlb etmək çətinlik törətməyəcək. Şəxsi münasibətləriniz də üzünüzü güldürəcək: əgər burada nə isə dəyişirsə, yalnız yaxşılığa doğru dəyişir.
Əkizlər - Bu gün göylərin xüsusi himayə göstərdiyi şəxslər arasındasınız. Günün birinci yarısı buna tam əmin olacaqsınız. Hansı işdən yapışsanız, alınacaq. Yeniliklərə, həyatınızı dəyişməyə nə qədər çox can atırsınızsa, bir o qədər bu işdə uğur qazanırsınız. Həyatınızı çətinləşdirən stereotip və vərdişlərdən qurtulmaq bu gün sizə asan olacaq.
Enerjiniz çoxdur, həyat eşqiniz coşub-daşır, yorulmaq bilmirsiniz. Bu gün romantik tanışlıqlar üçün çox münasibdir: davamı ancaq xoşbəxtlik vəd edir.
Xərçəng - Tamamilə yeni, daha maraqlı bir işlə məşğul olmaq arzusundasınız. Ancaq məsuliyyət və vədləriniz sizi sərbəstlikdən məhrum edir: əvvəlki işlərinizi bitirmədən irəli gedə bilməyəcəksiniz. Bu gün çox işləməli olacaqsınız, entuziazmınız kifayət qədər olsa da, çox cüzi yardım alacaqsınız.
Günün ikinci yarısı yaxınlarınızla münasibətlərdə ahəngdarlıq və qarşılıqlı anlaşma vəd edir. Əvvəlki incikliklərdən əsər-əlamət qalmayacaq və siz anlayacaqsınız ki, doğrudan da, sizi sevən insanlarla əhatə olunmusunuz.
Şir - Bu gün öz qayğınıza özünüz qalın, "yuxarılar" məşğuldur. Maliyyə vəziyyətiniz zərbə altındadır: pullar gah bilinməyən istiqamətdə yoxa çıxır, ya da dəhşətli dərəcədə azalır. Planlarınızı gözdən keçirin, xeyli pul tələb edən işləri bir qədər gözlədin.
Şəxsi münasibətlər baxımından gün o qədər də pis deyil: ciddi səhvlər buraxmır, münaqişələrdən qaçır, hətta vaxtaşırı güzəşt yollarını da arayırsınız. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa biləcəklər.
Qız - Əla gündür. Həm gücünüz, həm də həmişəki kimi, inadınız çoxdur. Yəni sizin üçün görülməsi mümkün olmayan iş yoxdur. Üstəlik, qarşınızda gözlənilməz imkanlar açılır və siz onlardan lazımi qaydada istifadə edirsiniz. Kommersiya fəaliyyəti üçün uyğun gündür. Bu gün bağlanan sövdələr yaxşı gəlir gətirəcək.
Gün, sizin üçün vacib olan münasibətlərin və insanların həyatınıza qayıdışı ilə əlamətdar olacaq. Ulduzlar sizə ikinci şans verir: keçmiş səhvlərinizi təkrarlamadan bu şansdan istifadə edin. Yaxınlarınızın məsləhətinə qulaq verin.
Tərəzi - Sizə bir qədər dözüm gərəkdir, çünki gün ərzində bəzi xırda-para xoşagəlməzlik yaşayacaqsınız. Sadəcə, gözləmə mövqeyi tutun. Özünüzdən çıxmaq məsləhət deyil: neqativ emosiyalar sizi düşünülməmş hərəkətlərə təhrik edə bilər. Yaxşı olar ki, bu günü sizi tanıyan, anlayan, həyata baxışınızı dəstəkləyən insanlara həsr edəsiniz. Ən azından elələrini seçin ki, sizə aydın görünən məsələləri onlara ikinci dəfə izah etmək məcburiyyətində olmayasınız.
İşləriniz başınızdan aşır, enerjiniz isə azdır. Bu o deməkdir ki, axşama doğru güclü yorğunluq hiss edə bilərsiniz. Səhhətinizə vaxt ayırın.
Əqrəb - Köhnə bir probleminizin yenidən baş qaldırması ehtimalı var. Bu dəfə problemin heç olmadığı kimi davranmaq karınıza gəlməyəcək. Ümumiyyətlə, siz artıq reallığa dönərək hər şeyi olduğu kimi görməyə hazırsınız. Çətinlikləri aşmaq üçün sərtlik tələb olunacaq, sözləriniz və hərəkətləriniz ətafdakıları qıcıqlandıra bilər.
İstənilən yenilənmə üçün uyğun gündür. Həm imicinizdə, həm evinizdə dəyişikliklərə ehtyiacınız var. Lazım olmayan hər şeydən imtina edin: bu, sizə uğur gətirəcək.
Oxatan - Həftənin ən anlaşılmaz günüdür. Bu gün alacağınız bir xəbər sizi çaşdıracaq. Bir çox Oxatanlar planlarını tələsik dəyişməli, başqalarının mənafeyi naminə nəyisə qurban verməli olacaqlar. Xərcə düşəcəksiniz, amma xəsislik etməyin, bu xərclər özünü doğruldacaq.
Yeni münasibətlərə başlaya bilərsiniz, amma ehtiyatlı olun. Bu gün insanlara dəyərindən artıq qiymət verirsiniz, hətta buna haqqı çatmayanlara da. Yaxınlarızla və ümumiyyətlə, yaşda sizdən cavanlarla ünsiyyət sizi sevindirəcək: onların nikbinliyi və həyatsevərliyi sizi də qanadlandırır.
Oğlaq - Sizin üçün çox dəyərli bir insana görə narahatlıq keçirəcəksiniz: onun hərəkətləri sizə düşünülməmiş və təhlükəli görünür. Öz işləriniz barədə düşünməyə vaxt qalmır, baxmayaraq ki, onlar da özlərinə qarşı ciddi diqqət tələb edir. Əgər kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı olun, sövdələşmələr heç nədən korlana bilər.
Vaxtınızın çox hissəsini təmiz havada keçirməyə çalışın. Əgər gününüzü istirahətə həsr etmək fikrindəsinizsə, aktiv istirahəti seçin. İdman, rəqs, uşaqlarla oyunlar məsləhətdir. Əgər kitab-dəftərlə işiniz varsa, gözlərinizə diqqət edin.
Dolça - Bu gün baş verən hadisələr sizi sevindirəcək. Hər işiniz alınacaq. Pullarla bağlı istənilən əməliyyat uğurlu olacaq, işgüzar hissiyyatınız sizi aldatmayacaq. Alış-veriş, sövdələr məsləhətlidir. Bəzi Dolçalar öz gəlirlərini artırmaq üçün gözlənilməz imkanlar qazanacaqlar.
Sizi anlayan və dəstək olan insanları asanlıqla tapırsınız. Fantaziyasına korluq verməyənlər isə maraqlı layihələr, təkliflər irəli sürə bilərlər. Bu gün başlanan romantik münasibətlər xoş gələcək vəd edir.
Balıqlar - Aza qane olmayın: bu gün, doğrudan da, böyük qələbələr qazana bilərsiniz. Düzgün qərarlar vermək üçün bilik və təcrübəniz yetərincədir. Öz imkanlarınıza şübhə etməyi bir kənara qoyun. İstənilən yaradıcı münasibət tələb edən layihənin həyata keçirilməsi, həmçinin özünüdərk üçün əla gündür.
İntuisiyanıza güvənin, o, sizə pis adamları yaxşılardan seçməyə kömək edəcək. Dostlarınızın vasitəçi olacaqları tanışlıqlar sizin üçün faydalı olacaq.
XƏBƏR LENTİ
Ronaldo “Intagram”ındakı reklamlara görə nə qədər qazanır?
Vitaminli salat (foto resept)
Azərbaycanlı şagird dünya çempionu oldu
"Real"ın baş məşqçisi görün kim olacaq...
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
İşləyən hamilələr diqqət!
Günəşdə alışma: 1 həftəlik qasırğalar başlayır
"Titanic"də kadrarxası
"Bu il 7 dəfə tonqaldan tullanmışam" - Elza Seyidcahan
Qadın.Netlilərin evlilik təklifləri...
Dəridəki qırışlar üçün cəfəri suyu
Hava haqqında - 21.12.2013
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Azərbaycanda maqnit qasırğası gözlənilir
Rusiyada qrip kabusu: 1000-dən çox məktəb bağlandı
Yenə yağış, yenə külək
Ali Sunal qızı və xanımından yazdı-FOTO
Bu ölkə NATO-nun üzvü oldu
Ən doğru nəfəsalma qaydası
Üç gün dənizdə kömək gözlədi - VİDEO
Təbii maskalar
Həftənin ilk iş gününün hava proqnozu
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
Ofisiant belə məşhurlaşdı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Peşə təhsili almaq istəyənlər göstərilən tarixə qədər ixtisas seçimi etməlidirlər
İspaniyada neft emalı zavoduna ildırım düşdü - VİDEO
Qan qrupunuza görə bunları bilməlisiniz!
Fitnes ulduzu Mayamidə-FOTO
Türkiyədə qar yağdı
Şəklə baxın və xarekterinizi öyrənin
Qarpız maskaları
Gəlin buketləri
HAVA necə olacaq?
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
AMEA-da “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub
Qeyri-adi mətbəx əşyaları (sifarişlə)
2015-ci ilin ən yaxşı filmləri seçildi
Rusiyadan qorxulu addım
Yeni qatarlar gətirilir
Yeni tədris ilində məktəblərin taleyi necə olacaq?
Xəstəlik (son)
Qısa və uzun boylu insanlar bir yerdə
Xəzərdə 4,5 bal gücündə zəlzələ oldu
“Sən anlat Karadəniz”in aktrisasının toyu olacaq
Qadınlarda klimaks dövrü
Bəla başımıza necə gəldi?
Moskva son illərin ən soyuq qışını yaşayır
İlham Əliyev: "Heç kim güzəşt istəməməlidir"
AZAL uçuşlarda endirim etdi