Dəstəmaz
Dəstəmaz müəyyən bədən üzvlərinin xüsusi qayda ilə yumaq və məsh etmək yolu ilə edilən təmizlikdir. Dəstəmaz, Qurani-Kərimin “Maidə” surəsinin 6-cı ayəsində Fərz qılınmışdır. Peyğəmbərimiz Hz. Məhəmməd (sav) dəstəmazla bağlı bir hədisdə belə buyurur: “Bir müsəlman dəstəmaz alarkən əllərini yuduqda, əlləri ilə etmiş günahları bağışlanır, üzünü yuduğu zaman gözləri işlədiyi günahlar, başını məsh edincə qulaqları ilə dinləyərək işlədiyi günahları, ayaqlarını yuduğu zaman isə gedərək işlədiyi günahları bağışlanır. (Ət-tərğib vat-təhrib-c.1-s/155)
Dəstəmaz almağa başlamadan öncə ayaqyolu ehtiyacı varsa, görülməlidir. Daha sonra şalvarın balaqları və köynəyin qollarını qatlamaq lazımdır. İmkan daxilində qibləyə doğru çevrilmək daha yaxşı olar. Dəstəmazdan öncə əlləri yumaq sünnətdir.
Damağında qanaxma olanlar, dişlərini dəstəmazdan öncə misvaqlamalıdırlar.
Misvaq sağ əllə tutularaq dişlərin ortasından öncə sağ tərəfə doğru, daha sonra isə sol tərəfə doğru gəzdirilir. Bu hərəkət 3 dəfə təkrarlanır.
* Misvaq yoxdursa: Sağ əlin baş və şəhadət barmağı ilə dişlərin sağ tərəfini, sonra isə sol əlin baş və şəhadət barmağı ilə sol tərəfini təmizləmək lazımdır. Bu da 3 dəfə təkrarlanır.
Diqqət: Gözlərə linza taxılıbsa, dəstəmazdan öncə çıxarılmalıdır.
Fərz və ya sünnət olma baxımından dəstəmazların hamısı eyni-aşağıda göstərilən qaydada alınır:
1. Öncə niyyət edilir: (Niyyət ürəkdə edilir)
Əuzu billahi minəşşeytanir-rəcim.
Bismillahi-Rəhmanir-Rəhim. (şəkil-1)
2. Hər iki əl biləklər də daxil olmaq şərtilə yuyulur. Barmaqlarda üzük varsa, altına suyun keçməsi üçün oynadılmalıdır.
3. Sonra sağ ovucuna su alıb ağzına apar (şəkil-2-3). Boğazını isladacaq şəkildə qarqara edərək suyu astaca tüfür. Eyni hərəkəti 2 dəfə də təkrarla. Oruclu ikən suyu udmamaq üçün ehtiyatlı ol.(3 dəfə ağız yaxalanmalıdır)
4. Sağ ovucuna su doldur və suyu burnuna çək (şəkil-4). Sonra sol əlinlə səs etmədən burnundakı suyu təmizlə. Bu hərəkət eyni qayda ilə ümumi olaraq 3 dəfə təkrarlanır.
Diqqət: Oruclu ikən, suyu buruna asta çəkmək lazımdır ki, boğaza keçməsin.
5. Hər iki ovucu su ilə doldurur və üz yuyulur! (şəkil 5). Bu fərzdir. Üzü yuyarkən saçların bitdiyi yerdən çənə altına qədər olan hissə yuyulmalıdır. Qulaq məməciklərinin ətrafı da üzə daxildir və yuyulur. Bu üç dəfə təkrarlanır.
Diqqət: Dəstəmaz alarkən üzü asta bir şəkildə yumaq lazımdır ki, su ətrafa sıçramasın və ətrafındakı insanları narahat etməsin. Saqqal və bığ varsa, onların dibləri də islanmalıdır. Yerdə qalan qismini isə sağ əli isladaraq daraq şəklində saqqalın içindən keçirmək lazımdır.
6. Sonra sağ qol dirsək daxil olmaqla dirsəkdən aşağı yuyulur.-3 dəfə yumalı (şəkil-6).
7. Ardınca isə sol qol eyni qayda ilə yuyulur (3 dəfə). (şəkil-7)
8. Sonra isə əlinizi (ikisini də olar) başınızın ortasına qədər aparın və geri gətirin. Elə edin ki saçlarınızın dibinə əlinizdəki su dəysin. (şəkil-8). Buna məsh deyilir.
9. Sonra şəhadət barmağınızla qulaqlarınızın içini, baş barmağınızla isə arxa tərəfinə məsh çəkin (şəkil-9).
10. Ardınca isə hər iki əlin baş və şəhadət barmağı çıxmaq şərti ilə yerdə qalan üç barmaq birləşdirilərək barmaqların arxası ilə boyuna məsh çəkilir (şəkil-10). Müstəhəbdir.
11. Daha sonra sağ ayağın altı-üstü topuqla birlikdə yuyulur (şəkil-11). Suyun barmaqların arasından keçməsinə diqqət etmək lazımdır. Ayaqları yumaq fərzdir. (3 dəfə)
12. Dəstəmazda ən son yuyulan bədən üzvü isə sol ayaqdır (şəkil-12). Sağ ayaq kimi topuqla birlikdə sol ayaq da altı və üstü 3 dəfə yuyulur .
Beləliklə, dəstəmaz tamamlanmış olur. Dəstəmaz aldıqdan sonra zikr etməyi unutmayın.
Diqqət:
1. Dəstəmazı azan oxunmadan almaq sünnətdir.
2. Dəstəmaz alarkən suyu ətrafa sıçratmaq olmaz.
3. Suyu israf etmək olmaz.
4. Dəstəmaz alarkən tələsmək və danışmaq olmaz.
5. Dəstəməz alarkən “Görəsən üzümü və ya qolumu yudum, ya yox?” düşüncəsi ilə zənnə qapılsan, (şübhəyə düşsən) o üzvü yumaq lazımdır. Bu hal tez-tez baş verərsə, (vəsvəsə nəticəsində şübhəyə düşürsənsə) o zaman yumağa ehtiyac yoxdur. Bədən üzvlərini yuyarkən “2, yoxsa 3 dəfə yudum” şəklində şübhəyə düşsən, əhəmiyyət vermə və dəstəmaza qaldığın yerdən davam et.
6. Dəstəmaz alınan yer təmiz olmalıdır. Ancaq dəstəmaz alınacaq başqa bir yer yoxdursa, ayaqyolunda da dəstəmaz almaq olar.
7. Dəstəmaz aldıqdan sonra suyun təmiz olmadığını başa düşsən, yenidən dəstəmaz almaq lazımdır. Suyun təmiz olmadığını namaz qıldıqdan sonra başa düşsən, yenidən dəstəmaz alıb namaz qılmaq lazımdır.
Dəstəmaz ala bilməyəcək dərəcədə xəstə olan insana yaxınlarından biri dəstəmaz almağa kömək edər.
Dəstəmazı pozan şərtlər
• Ayaqyoluna getmək (Böyük və kiçik ehtiyacı görmək)
• Qaz çıxarmaq.
• Ağız dolusu qusmaq.
• Məni (sperma) gəlməsi.
• Məzi (spermadan öncə gələn yapışqan su) gəlməsi.
• Vədi (bəzən sidikdən sonra gələn su) gəlməsi.
• Yatmaq.
• Epilepsiya tutması.
• Dəli olmaq, havalanmaq.
• Sərxoş olmaq (haramdır)
• Namaz əsnasında başqalarının eşidəcəyi şəkildə gülmək. (Bu zaman həm namaz, həm də dəstəmaz pozulur)
Üzr və üzrlü
Kişilərdə və qadınlarda öz iradəsindən asılı olmayaraq dəstəmazı davamlı olaraq və yaxud qəflətən pozan səbəblərə “üzr”, bu vəziyyətdə olan insanlara isə “üzrlü” və ya “üzr sahibi” deyilir. Üzrlü sayılmaq üçün, dəstəmazı (öz iradəsindən asılı olmadan) pozan səbəbin tam bir namaz vaxtı ərzində davam etməsi lazımdır.
Üzrlər - Özündən aslı olmadan davamlı olaraq:
• Sidiyi tuta bilməmək.
• Qaz çıxarmaq.
• Fasiləsiz sperma axıntısı.
• Sidik damcılaması.
• Qanayan yaralar.
• Daxili qanaxmalar.
Namaz vaxtı çıxdıqdan sonra üzr sahiblərinin dəstəmazı pozulmuş sayılır və növbəti namaz vaxtı başlarkən təzədən dəstəmaz almaları lazımdır.
Sarğı üzərinə məsh etmək
Dəstəmaz üzvlərindən hər-hansı birində yara, çiban və ya yanıq varsa və bunlar sarğı ilə sarınıbsa, dəstəmaz alan zaman nə etmək lazımdır?
Hər şeydən əvvəl həkim rəyi soruşulmalıdır. Əgər həkim suyun yaraya mənfi təsir göstərəcəyini söyləyirsə, o zaman yara sarğısını açmaq lazım deyil. Sadəcə olaraq dəstəmaz alan zaman üstünə bir dəfə məsh çəkmək kifayətdir. Yara sağalanadək dəstəmaz bu şəkildə alına bilər. Digər dəstəmaz üzvləri isə normal qayda ilə yuyulur.
P.S. Dəztəmazın alınma qaydası həm kişilər və həm də qadınlar üçün eynidir. İnternet şəbəkəsində qadının dəstəmaz halında şəkilləri olmadığı üçün (nəzərə alaraq qadın bu halda başı açıq olur,bu da dini cəhətdən günahdır), əks-cinsin nümayəndəsinin şəkili ilə izxah etməyə çalışdım. Hec bir fərqi yoxdur, alınma qaydası hamı üçün eynidir.Suallarınız olarsa çəkinmədən verə bilərsiniz.
DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rentgen şüalarında ölü gözəllik
99 yaşlı barmen nənə: "Ölənədək işləyəcəyəm" - FOTO
Bir ailədə iki rekord: Bacı-qardaş 700 bal topladı - FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-33
Hicablı xanımlar üçün ziyafət donları
Həkimlərin bayram xəbərdarlığı
HAVA necə olacaq?-9 yanvar
QADIN HƏR ZAMAN GÖZƏLDİR...
Bacarıqlı xanımlar üçün (4)
"Gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək"
“O səs Türkiyə”nin qalibi bəlli oldu - VİDEO - FOTO
Qarabağda tank savaşı
ÜST-dən məyusedici peyvənd açıqlaması
Yeməli xəritədəki ölkələr - FOTO
Gürcü alimi erməni xülyalarını dəfn etdi - FOTO
İnternet problemi nə vaxt həll olunacaq?
Araik Aratunyan: “1500 erməni bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı”
Demet Akalın fanatına verdiyi 7 minlik çəkməsini geri istədi - FOTO
Murad Boz azərbaycanlı iş adamının toyuna gəldi-VİDEO
Bakıda bu gecə SU KƏSİLƏCƏK!
Yuxugörmənin öyrənilmə tarixindən
Haqlı olmaq hüzur verir
Azərbaycanda temperatur yüksəlir
Buğlama (foto-resept)
Qaz təchizatı dayandırıla bilər: Əhaliyə XƏBƏRDARLIQ
Yeni ailə quranlara dinc həyat üçün xoşbəxtlik resepti
Görmə problemindən ən çox kimlər əziyyət çəkir?
Həyat yoldaşınızla doğru ünsiyyət qurmağın 7 üsulu
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçiriləcək
Versace 2015 Səfər kolleksiyası
İllər keçsə də, aktuallığını itirməyən aksesuarlar
10 dəqiqədə 100 kalori yandırmağın yolları
Ana filin dramatik mübarizəsi
Tağı Əhmədov işdən çıxarıldı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 106 yeni yoluxma faktı - RƏSMİ
Ürküdücü yerlər-2
Qeyri-adi xalçalar...
Sabahın HAVAsı
TQDK imtahan statistikasını açıqladı
Türkiyədə YouTube barədə yeni qərar verildi
Bu gün 11-ci sinif şagirdləri buraxılış imtahanı verir
Əsəbləşən kimi yeyirsiniz? Bəs bu dəhşətlərdən xəbəriniz var?
Obama Ərdoğanı hədələdi
İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
74 yaşlı qadının əkiz uşaqları oldu - DÜNYA REKORDU-FOTO
Canlar qurtulacaqmış
Yoldaşı onu tərk etdi, bütün həyatı dəyişdi-FOTO
Yataq örtükləri
İranın sonuncu şahının xanımının sərvəti sürücüyə qalıb
Facebook 3 milyard dollar verdi, istəmədi
- ŞƏRHLƏR