Abxaziya - Ermənistanın Qara dəniz sahilidir!
Milli.Az xəbər verir ki, Gürcüstanda nəşr olunan iqtidaryönümlü gürcü dilli "Asaval-dasaval" ("Kələ-kötür") qəzetinin 50 (1153) saylı buraxılışında alim və tədqiqatçı, tarix elmləri doktoru, erməni məsələsinin araşdırıcısı Aleksandre Abdaladze ilə "Viza rejiminin liberallaşdırılması gürcülərin Gürcüstanı tərk etməsi, ermənilərin isə Gürcüstanda məskunlaşmasını asanlaşdıracaqdır" sərlövhəli müsahibəsi dərc edilib.
Ermənilər lap qədim zamanlardan bütün Qafqaz regionunu, eləcə də Gürcüstanı erməniləşdirmək planının həyata keçirməyə çalışırlar. Lakin onların arzusunun həyata keçmədiyini xatırladan yazıda vurğulanır ki, buna baxmayaraq ermənilərin xəyali imperiya qurmaq səyləri hələ də bitməyib. Bütün Qafqazın erməniləşdirilməsi planı XIX əsrin sonlarında yenidən vüsət aldı və Rusiya imperiyası Gürcüstanda da erməni məsələsindən istifadə etməyə başladı.
"Böyük Ermənistan"ın yaradılması və bütün Qafqazın erməniləşdirilməsi planı bu gün də mövcuddur?" sualına isə alim belə cavab verib:
"Bəli, bu plan indi də mövcuddur. XIX əsrin sonunda yaranan Daşnaksutyun təşkilatı bu gün də mövcuddur və kəskin surətdə, açıq şəkildə erməni şovinist dairələrinin arzularını həyata keçirməyə çalışır. Həmin daşnaklara məxsus bir deyim var: "Gürcü milləti ölü millətdir və Qafqazda onların yerini biz ermənilər tutmalıyıq". Daşnakların planlarına təkcə Abxaziyanın deyil, Acarıstan və Cəvahetiyanın da zəbt edilməsi daxildir".
"Son zamanlar Abxaziyada yenə də həyəcan təbili çalınır. Abxaziyada hər şeyə ermənilər sahibləniblər. Ermənilərin "Abxaziya - Ermənistanın Qara dəniz sahilidir!" fikri Gürcüstanda nə qədər real görsənir?" sualına cavab olaraq isə A.Abdaladze bildirib ki, bu qiymətləndirmə təəssüflər olsun ki, tamamilə reallığı əks etdirir. Apsuaların (red: apsua - müasir Abxaziyada yaşayan əhalinin bir hissəsi adlanır) sadəlövhlüyündən ermənilər məharətlə istifadə ediblər. Ermənistanın arzusu Qara dənizə çıxış əldə etməkdir. Ermənilərin planına əsasən, Lazona (red: Lazona gürcülərin iddialarına əsasən, hazırda Türkiyə ərazisində yerləşən qədim gürcü diyarıdır) Ermənistanın tərkibində muxtar respublika statusunda olmalı və onları Qara dənizlə əlaqələndirməli idi. Ermənilər bütün səylərini ona nail olmağa yönəltmişdilər. Ancaq buna Abxaziyada müvəffəq oldular.
"Tam əminliklə deyirəm ki, Rusiya hakimiyyəti Abxaziyada ermənilərin mövqelərinin möhkəmləndirilməsinə dəstək verir. Rusiya yaxşı bilir ki, apsualar ölü millətdir. Osetinlərin də heç bir potensialı yoxdur və gələcəkdə Rusiyanın Qafqazdakı istinad nöqtəsinin ermənilər olması haqda Kremldə qərar qəbul edilib. Buna görə də, Rusiya Ermənistanın imperiya arzularının reallaşmasında maraqlıdır. Əgər belə davam edərsə, 20-30 ildən sonra ermənilər tamamilə Abxaziyaya sahiblənəcəklər", - deyə tədqiqatçı əlavə edib.
Gürcüstanın viza rejiminin liberallaşdırılmasının nə ilə nəticələnəcəyinə dair suala da münasibət bildirən alim deyib ki, bu proses gürcülərin Gürcüstandan qaçması, ermənilərin isə öz planlarını həyata keçirməsi və Gürcüstanda məskunlaşmasını asanlaşdırmaqla nəticələnəcəkdir: "ABŞ və başqa ölkələrdə fəaliyyət göstərən güclü erməni lobbisi Gürcüstanda erməni məsələsinin həyata keçirilməsi üçün böyük maliyyə vəsaiti xərcləyir. Yəqin ki, xəbəriniz var, məsələn 1996-cı ildə Van Bayburt (red: Van Bayburt - Mixeil Saakaşvilinin prezidentlik dövründə onun milli azlıq məsələləri üzrə müşaviri, Gürcüstan Parlamentinin sabiq deputatı və Gürcüstanda fəaliyyət göstərən erməni diasporunun liderlərindən biridir) ermənilər haqqında yazılar dərc etməyim müqabilində mənə hər ay 1000 ABŞ dolları təklif edirdi. Bəllidir ki, mən bu təklifi qəbul etmədim. Lakin bir çox alim və tədqiqatçılar onlar tərəfindən satın alındılar. Hazırda gürcü siyasətində soyadlarını dəyişmiş çoxlu sayda erməni olması barədə isə mən danışmaq belə istəmirəm. Bu, Gürcüstan üçün utandırıcı və təhlükəli bir haldır. Bizim ölkəni məhv etmək məqsədlərindən biri də Gürcüstanda milli hakimiyyəti yaratmamaqdır. Bizim ölkənin indiki hakimiyyəti də gürcü və milli deyildir.
Gürcüstanda vəziyyət çox acınacaqlıdır. Ermənilər gürcü-erməni əlaqələrinin tədqiq olunması naminə müxtəlif işlər görürlər. Mən erməni kilsəsi tərəfindən maliyyələşən, Gürcüstanın əleyhinə fəaliyyət göstərən bəzi "gürcü araşdırıcı" erməniləri tanıyıram".
Erməni apostol kilsəsinin Gürcüstanda mövcud olan kilsələrə iddiası və həqiqətən də Anisdə Niko Mari tərəfindən gürcü əlyazmasının aşkar edildiyi ilə bağlı sualın cavabında Abdaladze deyib: "Məlumdur ki, Ermənistanın qədim paytaxtı Anisdə gürcü kilsələri olub. Bizdə Siqel-Qucari kilsəsinin Gürcüstan Patriarxlığına məxsus olmasına dair 1219-cu ilə aid tarixi sənəd var. Anisdə o zaman hərbi qarnizon var idi və orada çoxlu sayda gürcü yaşayırdı. Anisdə gürcü əlyazması ilk dəfə doğurdan da şərqşünas, qafqazşünas, filoloq, tarixçi, etnoqraf və arxeoloq, İmperiya Elmlər Akademiyasının akademiki (1912-ci il) Nikolay Yakovleviç Marr (Niko Mari) tərəfindən aşkar edilib. Bu əlyazmaları sonralar İvane Cavaxişvili və Varlam Dundua dərindən öyrəniblər. Əlyazmalardan da aydın görünür ki, Ermənistanda gürcü kilsələrinin nüfuz dairəsi çox geniş olub. Niko Mari sonradan ermənilər tərəfindən satın alındı".
Zabit Əsgərov
Milli.Az
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır