Hörmətli istifadəçilər!
Nəhayət ki, uzun müddətdir hər bir kəsin böyük maraq və intizarla gözlədiyi yeni bölümümüzü sizlərin istifadəsinə təqdim edirik.
Hər zaman olduğu kimi bu işimizdə də mühüm məqamları unutmadan və ən əsası sizlərə maksimum faydalı olmağa çalışmışıq.
İş rejimi, vaxt və başqa bir çox səbəblərlə əlaqədar olaraq televiziya kanallarını, veriliş və serialları davamlı izləyə bilməyənlər artıq saatlarla hər hansı verilişinizi yaxud serialınızı internetdə axtarmağa ehtiyac yoxdur. İzləmək istədiyiniz materialı rahatlıqla sevimli saytınızdan tapa bilərsiniz.
Bəli, bu gündən etibarən Qadin.TV portalı sizlərin ixtiyarındadır. Elə bu andan etibarən günün ən baxımli televiziya verilişləri, ekranlarda böyük maraqla izlədiyiniz yerli və xarici seriallar, möhtəşəm konsert zallarından konsertlərin video yazıları, balaca dostlarımız üçün cizgi filmləri, bir çox fərqli mövzularda müxtəlif video yazılar və əlbbəttə ki, yerli və xarici kinomatoqrafçıların istehsal etmiş olduğu köhnə və yeni filmləri heç bir yere getmədən, sevdiyiniz insanlarla, sevgi dolu ailə ortamında seçdiyiniz məkanda rahatlıqla izləyə bilərsiniz.
Hər zaman olduğu kimi, bu rahatlığı sizlərə biz təklif edirik...))
Təxminən son altı aydır ki, əməkdaşlarımız bu bölümün, Qadin.TV layihəsinin hazırlanması üzərində çalışır. Bilirik bir çoxları sual edəcək ki, bu kimə lazımıydı, onsuz da film və serialları izlədiyimiz bir çox video servislər mövcuddur.
Tələşlanmayın...) Sizlərə əsəbləşmək olmaz! Bütün suallarınızı cavablandırıb, qaranlıq məqamlara aydınlıq gətirəcəyik...
İlk növbədə ondan başlayaq ki, ən azından bu gün üçün Qadin.TV portalı - video saxlama, yayım servisi deyil!
Biz sadəcə ekspertlərimiz tərəfindən seçilmiş yerli televiziya verilişlərinin və fərqlənən yerli və xarici televiziya seriallarının videoyazılarını öz məlumat bazamızda olması şərti ilə sizlərə təqdim edirik. Biz bu siyahıya eynisi ilə filmləri, cizgi filmlərini və müxtəlif mövzulu video yazıları da əlavə edə bilərik. Həmçinin "Fərqli Həyat" bölməsində film, kino, teart, televiziya sahəsində çalışmış mədəniyyət və incəsənət xadimləri haqqında məlumatlar da təqdim edilir.
Bu portalı sizlərə təqdim etməkdə ən böyük məqsədimiz, heçdə "biz də varıq" deyib meydana atılmaq deyil. Biz bütün işləri sizlər üçün, sizlərin rahatlığı və istirahəti üçün edirik! Sırf Qadin.Net ziyarərçilərinin vaxtlarını daha səmərəli, daha rahat, daha əyləncəli, şən və mehriban keçirmələri üçün çalışırıq.
Qeyd etdiyimiz kimi təxminən 200 gündür ki, əməkdaşlarımız gördüyünüz materailları toplamaqda idilər. Hal-hazırda, siz bu xəbəri oxuduğunuz anda belə yeni materialların əlavəsinə davam edilir. Bu gün üçün saytda sizə təqdim edilən toplu halda 1800-dən çox videonu rahatlıqla izləmək mümkündür. Bütün videolar öz növbəsində, 6 film bölməsi, ümumilikdə 29 fərqli serial, 13 televizya verilişi və təbii ki, cizgi filmləri, konsertlər, müxtəlif video bölmələri üzrə yerləşdirilmişdir.
Eyni zamanda daha əvvəl qeyd edildiyi kimi film, kino, teart, televiziya sahəsində çalışmış mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığı haqqında maraqlı məlumatları "Fərqli Həyat" bölməsində tapa bilərsiniz.
Hər zaman milli dəyərlərimizə böyük önəm verdiyimizi dönə-dönə vurğuladığımız kimi bu işimizdə də bu mühüm nüansı unutmadıq!
"Milli kinomuz" film bölməsində Azərbaycan istehsalı olan ümumilikdə 90-dan çox film və televiziya tamaşası əlavə edilmişdir.
Yaxın günlərdə "Canlı Yayım" bölməsində seçilmiş yerli və xarici ölkə telekanallarını da canlı olaraq izləyə biləcəksiniz.
Qadin.TV-ni başqalarından fərqləndirən önəmli məqamlardan biri - təqdim olunan bütün videolar, hər biri özü üçün ayrı-ayrılıqda məlumat "kartına" sahibdir. Beləki, siz sadəcə video izləməklə kifayətlənmirsiniz, eyni zamanda izlədiyiniz film, serialın bütün lazımı məlumatlarını (istehsal ili, rol almış aktyorlar, pərdə arxası heyət və s.) əldə etmiş olacaqsınız. Həmçinin bütün məlumatlar sizlərə öz doğma dilimizdə, Azərbaycan Respublikasının rəsmi Dövlət dili Azərbyacan dilində təqdim edilir!
Düşünürük ki, hər zaman insanları maarifləndirməyi özü üçün prioritet mövzu olaraq təyin etmiş bir layihə üçün bu nüanslar çox mühüm bağlantı nöqtələrindən biridir.
Qeyd edilənlərlə yanaşı, bir çox film, serialları təqdim edən saytlardan fərqli olaraq "18+" mövzusunda saytda heç bir bölmə mövcud deyil. Hər zaman saytınızı izlədiyiniz kimi, video bölmənizi də rahatlıqla bütün ailənizlə birlikdə, baş ucalığı ilə izləyə bilərsiniz.
Müəllif hüquqları hər zaman bizlər üçün çox həssas bir məqamdır. Bu səbəbdəndir ki, material müəllifləri onları narahat edən istənilən sualları ilə bizlərə müraciət edə bilərlər. Etirazı olan müəlliflərin materialları yayımdan çıxarıla bilər!
Əlaqə bölməmiz vasitəsi ilə daha əvvəl izləmiş olduğunuz, tapa bilmədiyiniz, ən əsası yenidən izləmək istədiyiniz hər hansı film və ya serialın adını, onun haqqında bildiyiniz bütün məlumatlatları yazıb bizə göndərməyiniz kifayətdir ki, qısa bir zamanda istəyiniz reallaşdırılsın, siz həmin film və ya serialı sevimli saytınız vasitəsi ilə yenidən izləyəsiniz.
Xoş seyirlər...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rami Malekdən FOTOsessiya
Təyyarədə Eminə sürpriz -FOTO
Qəhvəli peçenye (foto resept)
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Qidaların faydalı xüsusiyyətləri
"Kupça"lar qapınıza gətiriləcək - Abşeronlulara şad xəbər
Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR
Kimlər ikinci dəfə koronavirusa yoluxa bilər? - Alimlər açıqladı
Göbələkli badımcan ruleti (foto resept)
Azərbaycan dünyanın ən çox hərbiləşmiş ölkələri sırasında 8-ci yerdədir
Kayahanın arvadı ərə getdi
Sabah su olmayacaq ərazilərin SİYAHISI
Şahzadənin doğulacaq övladı barədə ŞOK -FOTO
Düz qarına sahib olmağın yolları
Hansı ölkə internet lideridir?
Dünyanın ən bahalı retro maşınları Bakıda
Tariximiz zənginliyimizdir: Cek kurqanları
Məşhur dieotoloq oruc tutmağın faydasından danışdı
158 kiloqram arıqlayıb belə oldu
Yaz yorğunluğuna qalib gələcək məşqlər
Bədənimizi çimərlik üçün hazırlayaq
Nazirlik 13 dönər satışı müəssisəsinin sahiblərini cəzalandırıdı
Gözəl manikürlər
İsmail YK
Marsda "top" tapıldı
Avropa İrəvanı cəzalandırır
Azərbaycan erməni hərbçilərin meyitlərini təhvil verdi - RƏSMİ
Hicab geyimləri
Sakit okeanı ilk dəfə avarla keçib
Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF
Gəlinlər üçün saç düzümləri
“Kökəldiyim üçün efirlərə çıxa bilmirəm” - Xatirə
Hava proqnozu bildirən heyvanlar
Yaxşı ana olmağın sirləri
İçdiyimiz suyun tərkibində nə var?
TƏBİB rəsmisi yayla əlaqədar rayona getmək istəyənlərə səsləndi
Dollarla krediti olanlara ŞAD XƏBƏR
Bu da dünyanın ən gözəl qızı
Yaponiyaya gələn turistlərə pul veriləcək
2017-nin yaz trendi ayaqqabıları
Böcəkli süd içən "kukla"-FOTO
Təhsilin depressiyaya təsiri varmı?
Azərbaycandakı bəzi uşaq evlərində yenilik tətbiq ediləcək
Ədviyyatlar haqda nələri bilirik? (2)
Dünyanın ən bahalı məhsulları
Qırmızı aksessuarlar
Taxtadan heykəllər yaradan rəssam
“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir
Yuxu sağalma müddətini sürətləndirir
Azərbaycanda mobil telefonlara görə "qonaq vergisi"
- ŞƏRHLƏR