Artıq bir neçə ildir ki, userlərimizin bir qismi virtual münasibəti realda da davam etdirir.
Etiraf edək ki, ünsiyyətin virtualdan reala keçidi haqda ilk dəfə söz edilərkən çoxumuza qəribə gəldi və bir mənalı qarşılanmadı..
Bu addımı atanlarsa aramızdakı daha cəsarətli xanımlarımız oldu.
Daha sonra ilk ümumi görüş keçirildi.
Ümumi görüş userlərimizin daha çoxluq təşkil etdiyi şəhərdə-paytaxtda təşkil edildi.
Sonrakı il isə ümumi görüşlərə Sumqayıt, Mingəçevir də qoşuldu..
Artıq saytımızın yaranmasının 5-ci ilinə keçmişik..
Xanımlarımızın demək olar yarısı realda da ünsiyyət qurur.
Adətən ümumi görüşlərin yay aylarında təşkil edilməsinin səbəbi iş xanımlarının məzuniyyətdə olmaları, gəzinti, əyləncə üçün ən uyğun zaman olması ilə əlaqədardır.
Yayın sonuna çox az qaldı.
Bu yay da ənənəmizə sadiq qalaraq sayt istifadəçiləri ilə ümumi görüş keçirməyi planlaşdırırıq.
Sumqayıt şəhəri üçün 30 avqust 2013 - cü il saat 13:00
Görüş yeri : Dənizkənarı park, "Sülh göyərçini" abidəsinin yanı
Bakı şəhəri üçün 31 avqust 2013-cü il saat 13:00
Görüş yeri : Dənizkənarı Milli park (Park bulvar)
Qeyd: Görüşdə rəhbərlikdən Baş redaktor Ceylan Mumoğlu, sayt həkimi Kərəmova Natəvan, ekspert Məmmədova Fatma və redaktor Quliyeva Afət də iştirak edəcəklər.
Görüşlərə qatılmaq istəyənlər buyursunlar
Dediyimiz kimi yuxarıda göstərilən tarixlərdə Qadin.Net istifadəçilərinin görüşü təyin edilmişdi.
Sumqayıt görüşü bəzi səbəblərdən həmin günü alınmasa da, sonrakı günlərdə userlərdən üçü görüşə biliblər. Onlardan biri Aysel xanım (Tormento), digəri mən Gülşən xanım və Baş redaktor Ceylan xanım.
Bakı görüşü isə elə yazıldığı tarixdə həyata keçdi.
Bakı görüşünə qatılan istifadəçilərimiz :
Baş redaktor Ceylan Mumoğlu, sayt həkimi Dr.Nata, ekspert Fatma xanım, Sapfir statuslu istifadəçi Shoko (Şəfəq), Firuzə statuslu istifadəçi Zerish (Zərifə), istifadəçi aynus18 idilər.
Görüşdən xatirə şəkilləri ilə tanış olaq
Bu şəkildə user Shokonun qızının küsmə jesti Fatma xanımla Ceylan xanımın Qadin.Netlilərin simvolik dostluq əltutma jesitini kölgədə buraxıb
Sapfir statuslu istifadəçi Tormento (Aysel) ilə görüş, Sumqayıt.
Ceylan xanımla söhbət zamanı qeyd etdi ki, Aysel xanımın nə qədər sadiq bir dost olduğunu canlı görüş zamanı bir daha təsdiq etmiş oldum. :)
Saytımızın üzvü olmasa da, bizlərin halını hər zaman kənardan izləyən çox hörmətli Elmira xanım da qonağımız oldu, görüşdə iştirak etdi.
Ceylan xanımın dediyinə görə görüş sonunda qızı Aysel xanımdan xahiş etdi ki, artıq ona da saytımızda bir hesab açsın, buna çox şad olduq :)
Görüşə qatılan hər bir xanıma sonsuz təşəkkürlər
XƏBƏR LENTİ
Bu yeməklər yuxuya təsir edir
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Öldükdən sonra Facebook hesabınız necə olacaq?
Bakıda yenidən zəlzələ gözlənilir?
Təqaüd tələbənin nəyinə yetəcək?
Facebook-dan qalmaqallı yenilik
Azərbaycanda güclü dolu yağıb: avtomobillər də əzilib
"Nissan" 42 mindən çox avtomobili geri çağırıb
Ölən qadının evindən 82 it tapıldı - FOTO
Ledi Qaqa fanatlarını söydü-SƏBƏB
Üç müğənniyə “Xalq artisti” fəxri adı verildi - Sərəncam
Su çərşənbəniz mübarək!
Nazirdən müəllimlərin sertifikasiyası ilə bağlı AÇIQLAMA
Obsesiv, kompulsiv pozğunluqlar
Qadın.Netlə bağlı ən xoş xatirələrimiz (2)
Orqanlarınızın ehtiyacı olanlara bağışlanmasını vəsiyyət edərdinizmi?
İTV “Səs Azərbaycan”ın lisenziyasını aldı
Prezident ailəsində xoş gün
Balıq ləvəngi (foto resept)
Yataq dəstləri
Ana-bala eyni geyimdə
Toyuqlu göbələk sote (foto resept)
Möhtəşəm binalar
Avro kəskin ucuzlaşacaq
Məsafəli sevginin 15 incə məqamı
Rəngarəng ayaqqabı modelləri (2)
Dünyada ən uzun şüşə körpü açıldı
Günün ulduz falı
Qısqanclığın səbəbləri
Ət kətəsi (foto-resept )
Ağciyərlərinizi qoruyun
Maykl Bolton bütün dünyaya İçərişəhəri göstərdi - FOT
Dünyada hansı ölkənin pasportu daha etibarlı və güclüdür?
Antidepressant məhsullar
Dadlı peçenye (foto resept)
Qızılaxtaran axtardığını tapdı
Regionda ən geniş tədbirlərdən olan "Xəzər İnşaat Həftəsi" gələn ay keçiriləcək
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Türk futbolçu Azərbaycan klubuna keçdi
Brayl klaviaturalı ilk telefon
Fərqli badımcan kürüsü (foto resept)
Kraliça gəlini ilə qatarla yola çıxır - FOTO
Eşşək südü və insan sağlamlığındakı əhəmiyyəti
Ünvanlı sosial yardımla bağlı YENİLİK
At şabalıdı
Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə
56 yaşlı Culianna - FOTO
İxtisas seçimi başladı
Rusiyalı alimlər yeni göbələk növü tapdı
Prezidentin köməkçisindən Fransaya SƏRT REAKSİYA: “Ermənidən daha çox erməni olmaq istəyir”
- ŞƏRHLƏR