Qadin.NET / Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Artıq bir neçə ildir ki, userlərimizin bir qismi virtual münasibəti realda da davam etdirir.

Etiraf edək ki, ünsiyyətin virtualdan reala keçidi haqda ilk dəfə söz edilərkən çoxumuza qəribə gəldi və bir mənalı qarşılanmadı..

Bu addımı atanlarsa aramızdakı daha cəsarətli xanımlarımız oldu.

Daha sonra ilk ümumi görüş keçirildi.

Ümumi görüş userlərimizin daha çoxluq təşkil etdiyi şəhərdə-paytaxtda təşkil edildi.

Sonrakı il isə ümumi görüşlərə  Sumqayıt, Mingəçevir də qoşuldu..

Artıq saytımızın yaranmasının 5-ci ilinə keçmişik..

Xanımlarımızın demək olar yarısı realda da ünsiyyət qurur.

Adətən ümumi görüşlərin yay aylarında təşkil edilməsinin səbəbi iş xanımlarının məzuniyyətdə olmaları, gəzinti, əyləncə üçün ən uyğun zaman olması ilə əlaqədardır.
Yayın sonuna çox az qaldı.

Bu yay da ənənəmizə sadiq qalaraq sayt istifadəçiləri ilə ümumi görüş keçirməyi planlaşdırırıq.

Sumqayıt şəhəri üçün   30 avqust 2013 -  cü il saat 13:00

Görüş yeri :                     Dənizkənarı park, "Sülh göyərçini" abidəsinin yanı

Bakı şəhəri üçün            31 avqust 2013-cü il saat 13:00

Görüş yeri :                      Dənizkənarı Milli park (Park bulvar)

Qeyd:  Görüşdə rəhbərlikdən Baş redaktor Ceylan Mumoğlu, sayt həkimi Kərəmova Natəvan, ekspert Məmmədova Fatma və redaktor  Quliyeva Afət  də  iştirak edəcəklər. 

Görüşlərə qatılmaq istəyənlər buyursunlar   laughing

Dediyimiz kimi yuxarıda göstərilən tarixlərdə Qadin.Net istifadəçilərinin görüşü təyin edilmişdi. 

Sumqayıt görüşü bəzi səbəblərdən həmin günü alınmasa da, sonrakı günlərdə userlərdən üçü  görüşə biliblər. Onlardan biri Aysel xanım (Tormento), digəri mən Gülşən xanım və Baş redaktor Ceylan xanım.

Bakı görüşü isə elə yazıldığı tarixdə həyata keçdi. 

Bakı görüşünə qatılan istifadəçilərimiz :

Baş redaktor Ceylan Mumoğlu, sayt həkimi Dr.Nata, ekspert Fatma xanım, Sapfir statuslu istifadəçi Shoko (Şəfəq), Firuzə statuslu istifadəçi Zerish (Zərifə), istifadəçi aynus18 idilər. 

Görüşdən xatirə şəkilləri ilə tanış olaq  laughing

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Bu şəkildə user Shokonun qızının küsmə jesti Fatma xanımla Ceylan xanımın Qadin.Netlilərin simvolik dostluq əltutma jesitini kölgədə buraxıb  biggrin

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Sapfir statuslu istifadəçi Tormento (Aysel) ilə görüş, Sumqayıt.

 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Ceylan xanımla söhbət zamanı qeyd etdi ki, Aysel xanımın nə qədər sadiq bir dost olduğunu canlı görüş zamanı bir daha təsdiq etmiş oldum. :)

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

 

Saytımızın üzvü olmasa da, bizlərin halını hər zaman kənardan izləyən çox hörmətli Elmira xanım da qonağımız oldu, görüşdə iştirak etdi.

Ceylan xanımın dediyinə görə görüş sonunda qızı Aysel xanımdan xahiş etdi ki, artıq ona da saytımızda bir hesab açsın, buna çox şad olduq :) 

Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)
Və nəhayət, Ceylan xanımla özüm də görüşdüm. 
Görüşümüzə saytımızın yeni istifadəçisi, həm də Ceylan xanımın keçmiş iş yoldaşı , hazırda isə mənim iş yoldaşım Dilarə xanımın da qatılması bir başqa rəng qatdı. 
Qadin.Netlilərin 2013-cü il görüşü (Görüşdük)

Görüşə qatılan hər bir xanıma sonsuz təşəkkürlər  winked

29 avqust 2013
GO BACK