в™«в™«в™«DJ Aykaв™«в™«в™«
Mənim ən böyük maraq dünyam digər xanımlardan çox fərqlidir. Mənim hobbim nə ətir kolleksiyası yığmaqdır, nə geyimlərdir... Mənim hobbim yaşadığım həyatın hər anından xatirə toplamaqdır. Mən gəzdiyim hər yerdə çalışıram ki, bir yarpaq da olsa qırım və üstünə tarixini yazım ki, bu yarpaq mənim bu tarixdə dərilib. Hələ nişanlmla bağlı xatirələrimi demirəm. O xatirələr mənim üçün daha dəyərlidir. Bu dəvətnamə şəkinin də xatirəsi var. Toyumuzun dəvətnaməsidir. Nişanlım hərbçidir. Toyumuzdan bir xatirə qalmasını istədim. Bu dəvətnaməni ona yazdım ki, uzaq da olsa özünü burda hiss etsin, həm də sevinsin... Elə də oldu... MMS-lə yolladım, daha sonra özü gələndə dəvətnaməni ona verdim. Qısası, mənim həyatım da, hobbim də xatirələrimdir... Xatirələrim olmadan yaşaya bilmərəm. İnsan maddi yox, mənəvi şeylərə daha dəyər verməlidir, məncə...
Ayka Necef
Məni burda tanıyan insanlar bilirlər ki, bijuteriya toplamaq və düzəltmək, müxtəlif suvenirlər hazırlamaq mənim hobbimdir. Əl işlərim haqqında xəbər də hazırlamışdım. Mənim hobbim çoxdur. Gözəl ayaqqabıları və çantaları da bura daxil edə bilərik. Ümumən götürsək, həyatdakı bütün gözəllikləri, gözəl gül və mənzərə rəsmlərini sevirəm.
BELLA
Hobbim çoxdur. Amma bunlardan ən əsasları fotoaparatla şəkil çəkmək, güllərə dekor verməkdir. Hətta gələcəkdə bunlarla peşəkarcasına məşğul olmaq istərdim.
Selvi
İnsanı insan edən: düşünən və dayanmadan sorğulayan, bir şeyləri anlamağa çalışan maraq hissidir… Bəzən bir çox elmləri öyrənməyə, həyatın gizli qalan sirrlərini bilməyə can atırıq, amma sual verməyə çəkinirik. Niyəsə bunu zəiflik, savadsızlıq, dünyagörüşünün olmaması kimi qəbul edirik, halbuki bizi idarə edən və qəbul etməsək belə yaşama səbəbimiz olan maraq bunu tələb edir. Maraq insanin mənəvi olaraq varlığının səbəbidir. İnsan səmaya baxarkən gördüyü sonsuzluğu, bu həyata necə və nə səbəbə gəldiyini, ümumilikdə həyatı, dünyanın möhtəşəm və zəncirvari quruluşunu düşünərkən onun beynində dəhşət və təccüb doğur. Hər gün bu böyük quruluşun bir zərrəsi haqda olsa belə nəyisə başa düşmək üçün can atmaq və yalnız öz dünya görüşü çərçivəsində bu hadisələri dərk etmək insana sadəcə 1 müddətlik bəs edir. İnsana verilən fitri hisslərdən istifadə üçün bayagı desək bir növ kompas rolun oynayır maraq… Qurduğumuz xəyallar, planlar, atdığımız addımlar hamısı öz gücünü bu hissdən alır… İnsan bu günə qədər əldə etdiyi bütün naliyyətləri ugurları xoşbəxt həyatı və eyni zamanda məğlubiyyətləri uğursuzluqları bədbəxt həyatı sırf maraq ucbatından yaşayır…… Mənim maraq dairəm, hobbim bədii kitablar oxumaq, ədəbiyyatı dəhşət çox sevdiyimdən hər dəfə yeniliklər əldə etmək üçün çalışıram. Eyni zamanda footoaparatla şəkil çəkməkdə hobbimdir. Son söz olaraq maraq müqəddəsdir və çalışaq heç vaxt bu möhtəşəm zəncirvari quruluşa sahib olan dunyanın dünəninə, sabahına yox, bu gününə olan marağımızı itirməyək.
ШЁ Ro-Xe-Sa Щ‚Щ„ШЁ
Hobbim çoxdur, hansı birini yazm? Bir çox xanımların xoşladığı kimi mən də tikişlə məşğul oluram. Qurama hazırlayıram, batik (parça, dəri və ya kağız üzərinə bəzək vurma üsulu) ilə məşğul oluram, yayda fotoaparatla şəkil çəkməyi xoşlayıram, adi bir hörümçəyin torun üstündə necə gəzdiyini, qarışqanın yuvasına yemi necə apardığını diqqətlə izləyirəm, həşəratların maraqlı şəkillərini çəkirəm. Sonra baxanda bunlardan həzz alıram. Sakitlikdə bədii kitab oxumagi sevirəm. Amma ən çox təbiəti sevirəm. Təbiətin bütün gözəlliyindən, çiçəkdən, quşlardan, hətta çiskinli havada pənçərədən baxmağı belə xoşlayıram.
Ayka
Mənim ən böyük hobbim gəzməkdir. Gəzmək dəlisiyəm, dükan-dükan gəzsəm də doymaram. Maraq dairəm paltarlar, ayaqqabılardır. Geyinməyi sevirəm. Ən çox da qızımla gəzirəm, o mənim həyatdakı yeganə hobbimdir. Kompüterdə qorxulu kinolara baxmağı sevirəm. Ən çox da "Axırıncı baş" filmini maraqla izləyirəm. Bir də dadlı yeməkləri çox sevirəm...
Mənim ən böyük hobbim şirniyyat bişirməkdir, nə qədər yorğun olsam da şirniyyat bişirəndə bütün yorğunluğum gedir. Ən böyük arzum budur ki, özümə məxsus şirniyyat dükanım olsun. İnşAllah, arzularım bir gün həyata keçər. İnternetdə bəyəndiyim şirniyyat və yeməklərin çoxunu bişirirəm və çox dadlı alınır. Hobbim bir də dini kitablardır, nə qədər dini kitabım olsa, o qədər çox sevinirəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Romantik yataq otağı mebelləri
Uşaqlara qənaət etməyi necə öyrətməli?
Həzi Aslanov yad edildi
Məşhur tərzi: İzabel Goulart
Mimoza salatı (foto-resept)
Kerem Bürsin etirafı ilə diqqət çəkdi
Məşhurların 2019 qısa saç modelləri
Gənc qız Putini yerə çırpdı
Bakının bəzi küçələrində qaz olmayacaq
Haley Bieberin tərzi
“Fact Check Karabakh” daha bir erməni yalanını ifşa etdi - FOTO
İyul ayının qalibləri!
Insanların acizliyi-Allergiya
Fərqli salat (foto resept)
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
İlin ən yaxşı fotoşop şəkilləri
Milan moda həftəsində diqqət çəkən payız aksesuarları
Tənha insanlar üçün kreslo
Çox sevilən içki - kapuçino
Cəbhədə son vəziyyət
Parlaq saçların sirri
Pendirli zapekanka (foto resept)
Fədakar dost
Süd allergiyası nədir?
Gün ərzində 8103-ə ikinci icazə üçün müraciət etmək mümkündür? - RƏSMİ AÇIQLAMA
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
"Artıqçəkili şəxslər arıqlamaq üçün..."
Aleksandr Borodin
İskəndəriyyə kitabxanasının sirləri
Göbələk şorbası (foto-resept)
Yaşıl zeytunun faydaları
3 kəndin sakinlərini sevindirdilər
Rusiya FHN Ağdamı minalardan təmizləyəcək
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Balqabaqlı şorba (foto resept)
Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ
Uşaqların sosial-psixoloji inkişafı-25
Britni Spirs ərə gedəcək - FOTO
Qozlu peçenye (foto resept)
Azərbaycanda SMS icazənin müddəti artırıldı - RƏSMİ
Xizək üzərində hotel yaradıldı - FOTO
HAVA necə olacaq?-5 yanvar
"Arayışsız kredit" niyə ləğv olundu?
Sinir sistemini gücləndirən meyvə
2020-nin manikür modelləri
Ermənistanın növbəti yalanı ifşa olundu: Polkovnik Hafiz Ağayev sağdır
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
Bulqurun inanılmaz faydaları
İzmirdə möcüzə: 58 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Məşhur dieotoloq oruc tutmağın faydasından danışdı
- ŞƏRHLƏR