Yeni formatda ilk müsabiqəmiz, ilk mövzumuz!
1 sms yaz, 1000 dəqiqə danış!
Bu müsabiqəmiz adından da göründüyü kimi mobil telefonlar, daha dəqiq qısa mesajlarla, SMS ilə bağlıdır.
Müsabiqənin keçirilmə vaxtı:
1-ci həftə: 04 - 09 noyabr
2-ci həftə: 11 - 16 noyabr
3-cü həftə: 18 - 23 noyabr
Final: 25 - 30 noyabr
1-ci həftınin mövzusu: Ayrılıq mesajları
İzahat: Hazır ismarıclardan istifadə etməyiniz tövsiyyə olunmur. Sırf öz düşüncələrinizdə canlandırdığınız fikirləri qeyd etməyiniz kifayətdir. Bəzən bir neçə sözdən ibarət yarımçıq fikir belə, həyatda böyük dəyişikliklər üçün kifayət edir ))
Tapşırıq: Düşünün ki, çox sevdiyiniz şəxsdən ayrılmısınız, çox uzaqlardasınız. Lakin onu çox sevirsiniz və bu ayrılıq sizin üçün dözülməz həddə çatıb. Açıqlayacağınız bir çox məqamlar, demək istədiyiniz minlərlə fikirlər var...
Lakin təəssüflər olsun ki, bu sahədə də sizin ki gətirməyib ))
Çünki, telefonunuzda yalnız 1 SMS-in göndərilməsi üçün balansa sahibsiniz. Yəni, bütün demək istədiklərinizi sadəcə 160 simvoldan istifadə etməklə, sms vasitəsi ilə qarşı tərəfə yazmalınız...
Son iştirak tarixi: Hazırladığınız sms, mesajları 07.11.2013-cü il, 23:59 tarixindən gec olmayaraq, hesabınıza daxil olarkən istifadə etdiyiniz e-mail ünvanını, adınızı qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz lazımdır.
08.11.2013-cü il tarixində səsvermə başlanacaq və 09.11.2013-cü il tarixində ilk həftənin qalibi müəyyən ediləcək. Səsvermə şərtləri daha sonra qeyd ediləcəkdir.
Qaliblərə mükafat:
1-ci yer: 300 dəqiqə danışıq balansı (istənilən mobil operator)
2-ci yer: 200 dəqiqə danışıq balansı (istənilən mobil operator)
3-cü yer: 100 dəqiqə danışıq balansı (istənilən mobil operator)
Qeyd: 160 simvol məqamına diqqət yetirməyiniz mütləqdir! Bu qaydanı pozan istifadəçilər müsabiqəyə buraxılmayacaq. Bu şərti pozmamaq üçün ilk öncə sms-i telefonunuzda yazıb hazırlaya bilərsiniz.
Qalib istifadəçilərin mobil telefon nömrələrinə yalnız Azərbaycan Respublikası ərazisində xidmət göstərən mobil operatorların danışıq kartları yüklənir.
Bütün operatorlar üçün 1 dəqiqənin qiyməti simvolik olaraq 0.05 AZN dəyərində qiymətləndirilir.
Digər ölkələrdən müsabiqəyə qoşulmuş və qalib olmuş istifadəçilərin mükafatları yalnız öz şəxsi istifadəçi hesablarına müvafiq QN xalları ilə əvəz edilərək yüklənilir.
08.11.2013 - 02:00 - S Ə S V E R M Ə
1. Səsvermə 08.11.2013 - 02:00 etibarı ilə başlayır və 08.11.2013 - 23:59 tarixinədək davam edir. Ekranın(saytın) sağ tərəfində görmüş olduğunuz "Sorğu" bölməsinin köməkliyi ilə seçmiş olduğunuz "SMS nömrəsinə" səs verə bilərsiniz.
2. Səsvermədə yalnız qeydiyyatlı istifadəçilərin iştirak hüququ var.
3. "Özü özünə" səs vermiş istifadəçilərin səsləri etibarsız sayılır.
4. Səsvermə zamanı 01.11.2013-cü il tarixindən sonra qeydiyyatdan keçmiş şəxslərin səsləri etibarsızdır!
5. İştirakçı nömrəsinin ona məxsus olduğunu bəlli edən iştirakçının nəticələri ləğv edilir!
6. Kütləvi halda saxta səslərin toplanmasına cəhd göstərən iştirakçının səsləri ləğv edilir!
1 |
Get xoşbəxt olacaqsan deyib, arxamdan itələdiyiniz həyat bu idi? Səndə onlardan biri idin... |
2 | Həyatıma gətirdiyin ahəngi özünlə apardın. Gözlərin aydın, sevdiyim, qaranlıqlara qərq olmuş "sənsizlik" yaşayıram. |
3 | Həsrət boğur qəlbimi vüsalına dözmürəm |
4 |
Sevdim səni, çox... Ölüm ayırar, dedim... Ayırır! İndi gedirəm ayrılığa, ölüm ayrılığına... |
5 | Bir-birindən ulduzlar qədər uzaqda yaşayanlar var ikən, sevgilim ayrı olsaq da biz səninlə iki nar dənəsi kimi iç-içə, yan- yana, can-cana, qan-qanayıq. |
6 | Sənsiz necə olduğumu bilmək istəyirsən? |
7 | Günəşli gündüzlər olub qaranlıq, |
8 |
Zamanla keçər dedilər... amma keçmədi... O qədər sənsiz və böyük ki bu eşq, zaman da komek etmedi... |
9 | Bilmirsən, bilmirsən ki xəyalların, zənglərin, mesajların bəs etmir. Bilmirsən ki, dönəcəyin günü mənim qədər gözləyən yoxdur. |
10 | Səni çox sevirəm. Bəlkə bu sözü sənə çox deməmişəm amma bu sözün dəyərini indi başa düşdüm amma çox gecdi daha biz ayrıldıq. Mənim ürəyim sənsizliyə dözmür! |
11 | Külək atəş üçün nədirsə, ayrılıq da eşq üçün odur. Əgər eşq kiçikdirsə söndürər, böyükdürsə daha da qüvvətləndirər. İnanıram! Gözləyirəm! Təvəkkül edirəm... |
12 | Külək əsir... mesaj yazdım, "qalın geyin üşüyərsən, can" sənə yollayarkən gözlərim doldu, dayandım, "O" səni üşüməyə qoymaz yadıma düşdü... |
13 |
Uzaqdakı bir kimsə bəzən sadəcə düşünərkən yanımızda ola bilərmiş. Səni düşünürəm... |
14 | Qəlbimi yandırır bu həsrət, göz yaşlarımda boğuluram sanki. Səni görəcəyim, sənə yenidən sarıla biləcəyim günleri gözləyirəm. Allahım, nə olar ayrılıq yaşatma heçkəsə! |
15 | Həyatındakı son yerimi bilərək, bir daha görüşməyərək ayrıldıq. Ulduzlar qədər uzaq olsaqda xəyalımda yanımdasan. Ürəyimdə sevgini söndürməyərək son sözüm əlvida. |
16 |
Ürəksizdin ürəyimi sənə bağışladım, indi getmisən mən ürəksizəm... |
1-ci həftənin nəticələri
"SMS" mövzusunda keçirilən müsabiqənin ilk həftəsi sona çatdı. Keçirilmiş səsvermədən sonra əldə edilmiş nəticələri sizlərə təqdim edirik:
1-ci SMS - 20 səs - 19 keçərli, 1 keçərsiz
2-ci SMS - 4 səs - 4 keçərli
3-cü SMS - 8 səs - 8 keçərli
4-cü SMS - 1 səs - 1 keçərli
5-ci SMS - 5 səs - 5 keçərli
6-cı SMS - 11 səs - 11 keçərli
7-ci SMS - 6 səs - 6 keçərli
8-ci SMS - 2 səs - 2 keçərli
9-cu SMS - 1 səs - 1 keçərli
10-cu SMS - 4 səs - 4 keçərli
11-ci SMS - 12 səs - 12 keçərli
12-ci SMS - 3 səs - 3 keçərli
13-cü SMS - 2 səs - 2 keçərli
14-cü SMS - İstifadəçinin nəticələri ləğv edilmişdir (Səbəb: "özü özünə" səs vermə!)
15-ci SMS - 3 səs - 3 keçərli
16-cı SMS - İstifadəçinin nəticələri ləğv edilmişdir (Səbəb: Kimliyini bəlli etmə!)
Nəticələrə əsasən ilk həftənin qalibləri:
1-ci yer: nrnr (lala)
2-ci yer: Lale_LR (Hacət-i Vuslat)
3-cü yer: Semedova (Semedova)
Qaydalara əsasən həftənin qalibi son final həftəsində mübarizə üçün iştirak hüququ qazanmış oldu. Digər 2-ci, 3-cü yerin sahibləri isə bu müsabiqədə iştiraklarını başa vurmuş oldular. Qaliblərdən xahiş olunur, 13.11.2013-cü il tarixinədək [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlasınılar.
Müsabiqənin ikinci həftəsi haqda bütün məlumatlar 11.11.2013-cü il tarixində açıqlanacaq.
XƏBƏR LENTİ
Romantik yataq otağı mebelləri
Uşaqlara qənaət etməyi necə öyrətməli?
Həzi Aslanov yad edildi
Məşhur tərzi: İzabel Goulart
Mimoza salatı (foto-resept)
Kerem Bürsin etirafı ilə diqqət çəkdi
Məşhurların 2019 qısa saç modelləri
Gənc qız Putini yerə çırpdı
Bakının bəzi küçələrində qaz olmayacaq
Haley Bieberin tərzi
“Fact Check Karabakh” daha bir erməni yalanını ifşa etdi - FOTO
İyul ayının qalibləri!
Insanların acizliyi-Allergiya
Fərqli salat (foto resept)
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
İlin ən yaxşı fotoşop şəkilləri
Milan moda həftəsində diqqət çəkən payız aksesuarları
Tənha insanlar üçün kreslo
Çox sevilən içki - kapuçino
Cəbhədə son vəziyyət
Parlaq saçların sirri
Pendirli zapekanka (foto resept)
Fədakar dost
Süd allergiyası nədir?
Gün ərzində 8103-ə ikinci icazə üçün müraciət etmək mümkündür? - RƏSMİ AÇIQLAMA
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
"Artıqçəkili şəxslər arıqlamaq üçün..."
Aleksandr Borodin
İskəndəriyyə kitabxanasının sirləri
Göbələk şorbası (foto-resept)
Yaşıl zeytunun faydaları
3 kəndin sakinlərini sevindirdilər
Rusiya FHN Ağdamı minalardan təmizləyəcək
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Balqabaqlı şorba (foto resept)
Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ
Uşaqların sosial-psixoloji inkişafı-25
Britni Spirs ərə gedəcək - FOTO
Qozlu peçenye (foto resept)
Azərbaycanda SMS icazənin müddəti artırıldı - RƏSMİ
Xizək üzərində hotel yaradıldı - FOTO
HAVA necə olacaq?-5 yanvar
"Arayışsız kredit" niyə ləğv olundu?
Sinir sistemini gücləndirən meyvə
2020-nin manikür modelləri
Ermənistanın növbəti yalanı ifşa olundu: Polkovnik Hafiz Ağayev sağdır
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
Bulqurun inanılmaz faydaları
İzmirdə möcüzə: 58 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Məşhur dieotoloq oruc tutmağın faydasından danışdı
- ŞƏRHLƏR