Əziz Qadin.Net-lilər, əslində hardan baslayacağımı bilmirəm. O qədər qarışıq bir münasibət yaşamışam ki, yaxşısı budur lap əvvəldən başlayım. Həyatım çox darıxdırıcı keçirdi, heç kəslə ünsiyyət qura bilmirdim. Ətrafımda olan insanlar bunu yaşımla əlaqələndirirdilər: "Keçid dövrüdür, məktəbi yenicə bitirmisən, rəfiqələrinlə tez-tez görüşmürsən" və s. Mənsə tam əksinə, həyatımda kiminsə və nəyinsə çatışmadığını hiss edirdim. Rəfiqələrimin çoxu sosial şəbəkələrdə bir-biriləri ilə söhbət edirdilər. Əvvəllər buna pis baxırdım, sonra mənə də profil açdılar, istifadə qaydalarını öyrətdilər. Hər gün qızlarla yazışırdım, günümüzün necə keçdiyini müzakirə edirdik. Bir gün çox sevdiyim bir aktyorun da bu sosial şəbəkədən istifadə etdiyini gördüm (adını gizli saxlamaq istəyirəm).
Dost kimi yazışmağa başladıq. İlk günlər həqiqətən də belə idi. Günlər keçdikcə bu insana daha çox bağlanırdım. Bəlkə də ən yaxınlarımla bölüşə bilmədiyim sirlərimi, dərdimi bu insana deyirdim. Bir gün onunla münasibətimin dostluq olmadığını hiss etdim. Deyəsən dostluq sevgiyə çevrilmişdi (mənə görə). O, mənə subay olduğunu demişdi. Bir gün mən də ona sevgi etirafımı etdim. Təəccüblənmədi. Deyəsən bunu o, məndən qabaq hiss etmişdi. Hər şey də elə bundan sonra alt-üst oldu.
Bir gün heç tanımadığım bir qız mənə onun boşanma xəbərini verdi. Bu məlumatın onda hardan olduğunu soruşdum. "Mən onunla bir məhəllədə yaşayıram" dedi. Əslində inanmadım, xəbərin nə dərəcədə doğru olub-olmadığını bilmək üçün bunu onun özündən soruşdum, o da bundan əsəbləşdi. Elə bildi ona yalan deyirəm, guya özümdən uydururam. Mənə bir başqasının adını verib soruşdu ki, "bu adamdır sənə mənim boşandığım xəbərini deyən". Dedim: "Yox, başqasıdır". Mənə son sözü bu oldu: "Gözümdən düşdün!" İndi bir salamına belə möhtacam.
Baş verənlərə görə heç kəsi günahlandırmıram. Sevdiyimə görə peşman da deyiləm. Bu yolun sonunda ayrılığın olacağını bilsəydim, bu yola çıxmazdım. Nə bilim, bəlkə də bilə-bilə ki, bu münasibətin sonu yoxdur, bu yolda dayanmadım. Bir insan kimi düzgün biridir. Düzgün olmayan isə mənim hələ də onu dəli kimi sevməyimdir. Heç özüm də bilmirəm ki, nəyə ümüd bəsləyirəm? Bir şeyi bilirəm ki, onu ondan xəbərsiz hər zaman sevəcəyəm və yolunu gözləyəcəyəm. Gəlsə də, gəlməsə də...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakıya QAR yağacaq?
Oruc tutarkən enerjili olmaq üçün nə etməli?
Hava haqqında - 17.02.2014
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Eynşteyn və sürücüsü
Qızmar havadan necə qorunmalı?..
Əkizlər ayrı-ayrı günlərdə dünyaya gəliblər
Sergey Lazarev 12 kq arıqladı
6 addımda doğru bikini seçmə yolları
Yüksək təzyiqin DƏRMANSIZ mÜALİCƏSİ
Nağıllar ölkəsi: Hindistan
Əl işim olan xonçalar
Ermənistanın sonu yaxınlaşır
Murat Boz seçəcəyi 20 nəfərlə Bakıda görüşəcək-FOTO
Kartofun içində bişmiş yumurta (foto-resept)
Toyuq ilə yay ləvəngisi
Nümunəvi olaq!
Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir
Cəbhədə qızğın atışma
Bu qız dünya gözəli seçildi - FOTO
Qarabağa buz yağdı
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Sevdim səni...
"Bataqlıq"
Saqqal və bığ çempionatı
Özcan Deniz BOŞANDI
Pendirdən qorxub ağlayan da var
Bakının "Formula-1" yolu
Gəlin-qaynana qarşıdurması
"Azərbaycanda sosial məsələlər uğurla həll olunur"
Ən gənc tələbə: “Arzum müəllim olmaq idi”
Maydanda üçüncü qüvvələr işləyir
İti öpmək faydalıdır?
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Bakıda ərəb mətbəxi təklif edən restoranların sayı artır
Eşqinizi alovlandırın
Şirin rolla (foto resept)
Check-up müayinə nəyə görə lazımdır?
MRT haqqında bilmədiklərimiz
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
İnsult və infarktın yeni müalicə üsulu
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb - FOTO
Utanmağın səbəbləri
Kraliça gəlinlər arasında ayrıseçkilik etdi-FOTO
Kədəri aradan qaldıran qidalar
Bu avtobuslarda nağd pul işləməyəcək
Üzüm budağının suyu - TƏBİİ DƏRMAN
Hava haqqında - 17.12.2013
Kəskin istilərlə bağlı xəbərdarlıq edildi
Brent markalı neft 44 dollara satılır
- ŞƏRHLƏR