Əziz Qadin.Net-lilər, əslində hardan baslayacağımı bilmirəm. O qədər qarışıq bir münasibət yaşamışam ki, yaxşısı budur lap əvvəldən başlayım. Həyatım çox darıxdırıcı keçirdi, heç kəslə ünsiyyət qura bilmirdim. Ətrafımda olan insanlar bunu yaşımla əlaqələndirirdilər: "Keçid dövrüdür, məktəbi yenicə bitirmisən, rəfiqələrinlə tez-tez görüşmürsən" və s. Mənsə tam əksinə, həyatımda kiminsə və nəyinsə çatışmadığını hiss edirdim. Rəfiqələrimin çoxu sosial şəbəkələrdə bir-biriləri ilə söhbət edirdilər. Əvvəllər buna pis baxırdım, sonra mənə də profil açdılar, istifadə qaydalarını öyrətdilər. Hər gün qızlarla yazışırdım, günümüzün necə keçdiyini müzakirə edirdik. Bir gün çox sevdiyim bir aktyorun da bu sosial şəbəkədən istifadə etdiyini gördüm (adını gizli saxlamaq istəyirəm).
Dost kimi yazışmağa başladıq. İlk günlər həqiqətən də belə idi. Günlər keçdikcə bu insana daha çox bağlanırdım. Bəlkə də ən yaxınlarımla bölüşə bilmədiyim sirlərimi, dərdimi bu insana deyirdim. Bir gün onunla münasibətimin dostluq olmadığını hiss etdim. Deyəsən dostluq sevgiyə çevrilmişdi (mənə görə). O, mənə subay olduğunu demişdi. Bir gün mən də ona sevgi etirafımı etdim. Təəccüblənmədi. Deyəsən bunu o, məndən qabaq hiss etmişdi. Hər şey də elə bundan sonra alt-üst oldu.
Bir gün heç tanımadığım bir qız mənə onun boşanma xəbərini verdi. Bu məlumatın onda hardan olduğunu soruşdum. "Mən onunla bir məhəllədə yaşayıram" dedi. Əslində inanmadım, xəbərin nə dərəcədə doğru olub-olmadığını bilmək üçün bunu onun özündən soruşdum, o da bundan əsəbləşdi. Elə bildi ona yalan deyirəm, guya özümdən uydururam. Mənə bir başqasının adını verib soruşdu ki, "bu adamdır sənə mənim boşandığım xəbərini deyən". Dedim: "Yox, başqasıdır". Mənə son sözü bu oldu: "Gözümdən düşdün!" İndi bir salamına belə möhtacam.
Baş verənlərə görə heç kəsi günahlandırmıram. Sevdiyimə görə peşman da deyiləm. Bu yolun sonunda ayrılığın olacağını bilsəydim, bu yola çıxmazdım. Nə bilim, bəlkə də bilə-bilə ki, bu münasibətin sonu yoxdur, bu yolda dayanmadım. Bir insan kimi düzgün biridir. Düzgün olmayan isə mənim hələ də onu dəli kimi sevməyimdir. Heç özüm də bilmirəm ki, nəyə ümüd bəsləyirəm? Bir şeyi bilirəm ki, onu ondan xəbərsiz hər zaman sevəcəyəm və yolunu gözləyəcəyəm. Gəlsə də, gəlməsə də...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
13 yaşlı idmançımız beynəlxalq turnirdə birinci oldu
110 illik ağacı KİTABXANA etdi-FOTO
Milyarderlərin "AND"-ı nə üçündür?
Məkkə Məşhədə iqtisadi savaş açdı
2010 YAY KOFTALARI
Oxatan bürcü qadını
Mart ayında gözlənilən hava açıqlandı
Saç düzümləri
Orxidea gülləri
Bu da yeni Mercedes AMG
5 saniyədə sakitləşməyin yolu
Meyitdən orqan köçürmək üçün klinikalar yaradılacaq
Azərbaycana yaşamaq üçün gələnlərin sayı artıb
Səudiyyə Ərəbistanı neftdən imtina edir
Dırnaq boyasını 3-4 dəqiqəyə qurutmaq üçün üsul
İbrahim Tatlısesdən kədərli mesaj-FOTO
Abortların sayı 2 dəfə azalıb
Bayram namazının vaxtı açıqlandı
Nikotin və alkoqol sağlamlığın qatı düşmənidir
Məşhur serialın yayım tarixi bəlli oldu
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
Bəylər üçün qalstuk
Hülya Avşar GÖZLƏNİLMƏZ TƏKLİF
Günün ulduz falı
QƏRAR VERİLDİ: Univeristet tələbələri maska taxacaqlar
40 yaşından sonra dəblə necə ayaqlaşmalı?
Prezidentdən yeni savaş anonsu
Asma çarpayı modelləri
Bahar yorğunluğuna müqavimət göstərin
Bakıda 400 manata toyuq satılır - FOTO
Qeyri-adi piyada keçidləri
Acunun yeni sevgilisinin estetiksiz GÖRÜNTÜLƏRİ- FOTO
72 milyon dollarlıq təyyarə satışa çıxarıldı - FOTO/VİDEO
İranlıları yuxudan zəlzələ oyatdı
Paralimpiyaçımız Avropa çempionu oldu
Yumurta və toyuq əti bahalaşacaq
Qışda koronavirusun ikinci dalğası ola bilər - Rəsmi
Yanan binanın aqibəti necə olacaq?
Google-un gəlirləri azalır
Əhvalınızı yüksəldəcək 9 qida
Düşmən Bərdədə təhsil obyektlərini atəşə tutub
DİM sədri abituriyentlərə müraciət etdi: “Başqalarının yerlərini tutmayın”
2020-də qarderobunuzu yeniləmək üçün məşhur tərzi
Prezident sərəncam verdi
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
Günün ulduz falı - 14.02.2014
Dua Lipa azərbaycanlı rəssamın əl işini paylaşdı-FOTO
"Papito" ifaçısı Azərbaycan filminə çəkilib
Şuşasız 23 il...
Ən təhlükəli pəhrizlər
- ŞƏRHLƏR