Əziz Qadin.Net-lilər, əslində hardan baslayacağımı bilmirəm. O qədər qarışıq bir münasibət yaşamışam ki, yaxşısı budur lap əvvəldən başlayım. Həyatım çox darıxdırıcı keçirdi, heç kəslə ünsiyyət qura bilmirdim. Ətrafımda olan insanlar bunu yaşımla əlaqələndirirdilər: "Keçid dövrüdür, məktəbi yenicə bitirmisən, rəfiqələrinlə tez-tez görüşmürsən" və s. Mənsə tam əksinə, həyatımda kiminsə və nəyinsə çatışmadığını hiss edirdim. Rəfiqələrimin çoxu sosial şəbəkələrdə bir-biriləri ilə söhbət edirdilər. Əvvəllər buna pis baxırdım, sonra mənə də profil açdılar, istifadə qaydalarını öyrətdilər. Hər gün qızlarla yazışırdım, günümüzün necə keçdiyini müzakirə edirdik. Bir gün çox sevdiyim bir aktyorun da bu sosial şəbəkədən istifadə etdiyini gördüm (adını gizli saxlamaq istəyirəm).
Dost kimi yazışmağa başladıq. İlk günlər həqiqətən də belə idi. Günlər keçdikcə bu insana daha çox bağlanırdım. Bəlkə də ən yaxınlarımla bölüşə bilmədiyim sirlərimi, dərdimi bu insana deyirdim. Bir gün onunla münasibətimin dostluq olmadığını hiss etdim. Deyəsən dostluq sevgiyə çevrilmişdi (mənə görə). O, mənə subay olduğunu demişdi. Bir gün mən də ona sevgi etirafımı etdim. Təəccüblənmədi. Deyəsən bunu o, məndən qabaq hiss etmişdi. Hər şey də elə bundan sonra alt-üst oldu.
Bir gün heç tanımadığım bir qız mənə onun boşanma xəbərini verdi. Bu məlumatın onda hardan olduğunu soruşdum. "Mən onunla bir məhəllədə yaşayıram" dedi. Əslində inanmadım, xəbərin nə dərəcədə doğru olub-olmadığını bilmək üçün bunu onun özündən soruşdum, o da bundan əsəbləşdi. Elə bildi ona yalan deyirəm, guya özümdən uydururam. Mənə bir başqasının adını verib soruşdu ki, "bu adamdır sənə mənim boşandığım xəbərini deyən". Dedim: "Yox, başqasıdır". Mənə son sözü bu oldu: "Gözümdən düşdün!" İndi bir salamına belə möhtacam.
Baş verənlərə görə heç kəsi günahlandırmıram. Sevdiyimə görə peşman da deyiləm. Bu yolun sonunda ayrılığın olacağını bilsəydim, bu yola çıxmazdım. Nə bilim, bəlkə də bilə-bilə ki, bu münasibətin sonu yoxdur, bu yolda dayanmadım. Bir insan kimi düzgün biridir. Düzgün olmayan isə mənim hələ də onu dəli kimi sevməyimdir. Heç özüm də bilmirəm ki, nəyə ümüd bəsləyirəm? Bir şeyi bilirəm ki, onu ondan xəbərsiz hər zaman sevəcəyəm və yolunu gözləyəcəyəm. Gəlsə də, gəlməsə də...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün ulduz falı
Karbon pilinqi
Yun köynəyinizi yeniləyin
Azərbaycanda bu məhsullar bahalaşacaq?
Körpə pudrası ilə dolğun kirpiklər
Cudoçumuz qitə ikincisi oldu
Sürücülər üçün əla yenilik!
Dənizdə üzən oyuncaq ördəklər
Bacısı ilə 9 ildir düşmən olan, şəhzadə ilə evlənən Meqanın keçmişi
Natəvan K:"Əkiz oğlan uşaqlarını oğurlayardım..."
Pink evini 13 milyona satır - FOTO
Bu gecə dünyanın ən güclü komandaları üz-üzə gəlir, baş hakim türk olacaq
UNO şimşəkli buludun içinə girərək yox oldu – VİDEO
Ulduz Falı
Wi-Fi pulsuz olacaq
Sobada kartoflu ət (foto resept)
"Nəfəs və nəfs..."
Bu gün Bakıda sərnişin avtobusları nə vaxta qədər işləyəcək?
Qadınların siqareti atmasına nə mane olur?
Dəbli, yarım boğazlı çəkmələr
Zakir Həsənov Qarabağdan danışdı
Bazar günü 28 699 abituriyent qəbul imtahanı verəcək
Dünyanın ən qəribə brilyantı rekord qiymətə satıldı
Körpələr üçün oyuncaq seçimi
Leyla Əliyevanın dəstəyi ilə Rusiya-Azərbaycan komediya FİLMİ ÇƏKİLDİ - FOTO
Gizli günah qorxusu
Vaxtilə xalqının imtina etdiyi gözəl
Göz sağlığı ilə əlaqəli yanlış bilinən doğrular
DİQQƏT! Bu marşrut xətlərində dəyişikliklər edildi
Boşanmadan sonra səmimi görüntüləri yayıldı-FOTO
Hansı mərtəbədə yaşamaq sağlamlıq üçün problem yarada bilər?
Hündür daban yay ayaqqabıları
İzmirdə binanın çökmə anı – VİDEO
Azərbaycanda ana ölümü: 9 həkim işdən qovuldu
Kraliça İlham Əliyevə məktub göndərib
Damla şokoladlı şirniyyat (foto resept)
Bankları dirçəltməyin daha bir yolu
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
Köhnə telefon köşkləri indi...
İdman zamanı su içmək nə qədər əhəmiyyətlidir?
Üz dərisi üçün qidalandırıcı maskalar
Xaçmazda külək ağacları kökündən qopardı, kəndlər işıqsız qaldı
Mətbəx dizaynı
"ATƏT-in Yerevandakı ofisinin bağlanması - Ermənistanın Azərbaycan ərazilərinin işğalının nəticəsidir"
İlk kosmik turist təqdim edildi
Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb
Azərbaycanda qadınlar, yoxsa kişilər boşanmaya daha çox meyllidir?
Dünyanın ən nazik smartfonu bilindi
Çin şirniyyatı
Leyla Əliyeva qız anası oldu
- ŞƏRHLƏR